25.06.2013

Seksdən yazmaq harada və niyə olmaz?!

Son zamanlarda marifçilik, gəncləri məlumatlandırmaq adı altında millətimizin , ən əsası da gənclərimizin əxlaqına güclü hücümlar olur. Gənclik ağıldan daha çox hisslərə, ehtiraslara meyilli olduğu üçün bu tələyə çox tez düşür. Əxlaqsız gənc, bir ailənin yox olması, bir neçə gələcəyimiz olan uşaqların millətə xeyri dəyməyəcək şəklidə böyüməsi deməkdir.
Seksdən yazmaq, danışmaq və bu işlə məşğul olmaq, olmazmı?
Əlbəttə olar, lakin harada və necə. Bax bunları bilmək lazımdır.
Məsələyə bir neçə yöndən baxmağa çalışacam. Birincisi ədəbiyyat yönümlü baxaq. Ədəbi əsərlərdə erotikanı abartılı şəkildə vermək nə qədər düzgündür?

Mən dahi deyəcəyimiz çox yazarın əsərlərini oxudum, bir –iki istisna xaricində kimsədə erotikanı günümüzdəki , kimi görmədim.Bəs nə oldu ki, birdən- birə bu məsələ gündəmə gəldi və əsərlərdə özünə yer tapdı?
Mənim fikirimcə bu sadəcə oxunmaq, reytinq və tanınmaq üçün olunan bir şeydir, daha onların dediyi kimi insanları məlumatlandırmaq üçün yox .Əksər saytlar da onlar kimi reytinq xatirnə öz oxucularını avropalı müğənnilərin çılpaq rəsmləri ilə “bəzəyirlər”, bu millətə vurduqları ziyanı düşünmədən. Bəhanələri də var “nə olacaq ey bizim yazdığımız bir iki əsər, onsuz millət elə şeyləri oxuyub,elə şeylərə baxır.
Deyim nə olacaq sizin yazdıqlarınızla və bunu bir misalla izzah edim.
“Bir mismar, bir nalı laxladar. Bir nal bir atı axsadar, bir at bir igidi apara bilməz və ən nəhayətində bir igid bir millətin savaşda məğlub olmasına gətirib çıxarar” bax bunlar olar əzizlərim lütfən yazığınız gəlsin bu gəncliyə. Ancaq mən sizə vətənimizi, millətimizi sevmədiyinizi demirəm. Sevirsiz və elədiklərinizin doğru olduğuna inanırsız, sadəcə hərdən düşünün siz də yanıla bilməzsinizmi? Baxın mən sizin yazdıqlarınızı da oxuyuram, sizdə arada bizim düşüncəli insanların yazdıqlarını oxuyun, görün nələr yazırıq.
Bu məsələyə ikinci yöndən, yəni milli mentalitet yönündən baxmağa çalışaq, gəlin. Əvvəlcə sizə bir sual verim, ancaq düzünü deyin. Sizlər yazdıqlarınınızı atalarınızın , analarınızın yanında oxuya bilirsizmi?
Cavabınız “hə” olsa da sizə inanmıram, yalan deyirsiniz. Baxın indi sizin yazdıqlarınızı oxuyan beyni qan olan gənclər bir gün böyüyəcək və sizdən üz döndərəcəklər , necə ki, sizi indi olqun insanlar oxumur. Əgər yadda qalmaq, ədəbiyyat tariximizdə iz qoyub getmək istəyirsizsə lütfən ağlınızı başınıza toplayıb millətə yararlı yazılar yazın. Biz əxlaqa , ailəyə dəyər verən, bu uğurda ölən bir millətik, kirlətməyin adımızı və ləkələməyin.
İndi isə bir başqa yöndən baxaq məsələyə.Din yönündən, yəni bu işə Allahın(a.c) necə baxdığını görək. İslam dini hər bir məsələdə olduğu kimi intim munasibətlərdə də bizə doğru yol göstərir və bizi məlumatlandırır. Səhv etmirəmsə İmam Qazəli bu məsələ haqqında böyük bir əsər yazıb. İstəsəz gedib tapıb oxuya bilərsiz, əgər kafkanı oxumaqdan vaxtınız artıq qalsa.
Dinimiz ilk öncə bu işi yalnız həyat yoldaşımız ilə etməyi halal sayır. Gerisi haramdı biz zina etmiş sayılarıq və olarıq zani. Və sizə bir “şad” xəbərim var siz hər fürsətdə ateist olduğunuzu deyirsiz ya, Rəbbim sizləri cəhənnəmlə müjdələməmizi əmr edir . Cəhənnəmə gedərkən özünüzə yoldaş axtarmayın.

Комментариев нет:

Отправить комментарий