Namiq Hüseynlinin tərcümələri
“Əgər yüz minlərlə adam küçəyə çıxsa, bizi heç kim saxlaya bilməz!”
Bu sözlərin və “İnqilab 2.0” kitabının müəllifi Vail Qonim haqqında bütün dünya 2011-ci il misir inqilabı zamanı təsadüfən öyrəndi. O qısa müddətdə mətbuatın qəhrəmanına çevrildi. Vail Qonim “Google” şirkətinin Yaxın Şərq və Şimali Afrika bölməsinin marketinq direktorudur.
2010 –cu ilin yayında Vail Qonim tərəfindən “Facebookda” açılan səhifə bir növ Misir müxalif hərəkatı üzvlərinin görüş yerinə çevrildi. İlk günlər bu səhifəni on, on beş adam ziyarət edirdi. Cəmi beş ayın içində səhifə otuz beş min üzvünü ayağa qalxmağa, ədalətsizliyə, işsizliyə, rüşvətə və işgəncəyə qarşı üsyana qaldırdı.
Üsyan 25 yanvar 2011-ci ildə başladı, 11 fevral 2011-ci ildə isə diktatura hakimiyyəti devrildi.
“Time” jurnalına görə 2012-ci ilin ən gözlənilən kitabı “İnqilab 2.0”, Vail Qonim və onun ölkədəki vəziyyətdən narazı sadə vətəndaş rolundan, inqilab təşkilatçısına qədər yüksəlməsindən bəhs edir. Burda Qonimin qarşısında vaxt keçirdiyi kompyuter ekranında, salındığı həbsxana kamerasına qədər, “Facebook”da ilk günlər yazdığı reaksiyasız statuslardan, milyonları kövrəldən təsirli telemüsahibəsinə qədər bir çox şeydən bəhs olunur.
Vail Qonimin kitabını oxuyarkən adamı elə hiss bürüyür ki, sanki bu kitab təkcə Misir üçün deyil, həm də tamı-tamına bizim gözümüzün qarşısında, bəzən bizim özümüzün də iştirakı ilə baş verir.
Kitabdan bir parça:
- Salam, Vail. Niyə aləmi qarışdırmısan? Bu nə səs-küydür qaldırmısan?
Kapitan Rəfat məni belə, ötəri gülümsəyərək qarşıladı. Kabinetində kondisiyoner işləyirdi. İçəridə daha üç müstəntiq vardı. Yan-yana düzülmüş kitablardan otağın rəsmiyyəti dərhal duyulurdu. Kitabların arasında dini kitablar da gözə dəyirdi. Dövlət təhlükəsizliyi məmuru özünü elə göstərirdi ki, sanki dinə qarşı heç bir düşmənçiliyi filan yoxdur.
Mən ona baxıb, sakitcə gülümsəyərək cavab verdim:
- Heç bir səs-küy qaldırmamışam. Səs-küy qaldıran sizsiniz uşaqlar, özünüz də bilirsiniz ki, nəyi nəzərdə tuturam. Məni dəvət etdiyinizə sevindim, - bəzi şeyləri aydınlaşdırmaq istərdim. Nə vaxt Misirə gəlsəm adım nəzarət siyahısına salınır, pasportumu Dövlət Təhlükəsizlik Orqanlarının üstünə atırlar, özümü isə yükümün içində tam baxış keçirmək üçün bir kənara çəkirlər.
Problemlər mən 2001-ci ilin dekabrında, 11 sentyabr hadisələrinin üzərindən üç ay keçmiş ABŞ-dan qayıdarkən başlayıb. Yükümü götürərkən, aeroportdaxili radiodan öz adımı eşitdim. Məni təcili pasport yoxlanışına qayıtmağa çağırırdılar. Ordan kimsə adımı səsləndirirdi, mən də durub getdim. Bir məmur pasportumu götürüb, özümə də aeroportun Dövlət Təhlükəsizliyi idarəsi qarşısında gözləməyi tapşırdı. 40 dəqiqə üzücü gözləmədən sonra bir detektiv əlində mənim pasportumla qayıdıb, yükümü baxış üçün gətirməyimi xahiş etdi. O gün hər şey sovuşduğu üçün allaha şükür etdim. Başıma gələnləri 11 sentyabrla bağlı, adi təhlükəsizlik tədbiri kimi qiymətləndirdim. Lakin, o gündən başlayaraq inqilabın başlandığı günə qədər, hər dəfə Misirə gələndə məni kütlədən ayırıb, başdan aya yoxlayırdılar. Bu günə qədər də səbəbini bilmirəm.
Kapitan Rəfat yalandan özünü dostcanlısı kimi göstərirdi, elə bil biz oraya sadəcə söhbət üçün toplaşmışdıq. Amma bir yandan da kapitan əlində qələm və kağızla, söhbətimizi diqqətlə yazırdı. Ağır-ağır cavablarımı qeydə alıb, sonra sorğu-suala davam edirdi. Adətən onlar yuxarı və orta təbəqədən olan dindirilənləri də bu tip “dostcasına”, qeyri-rəsmi qaydada qarşılayırlar. (Daha kasıblarla, daha amansız rəftar edirlər.) Bu açıq-açığına qanunsuzluqdur.
Kapitan şəxsi məlumatlarımı soruşdu: ad, yaş, ünvan, ailə vəziyyəti. Mən cavab verdim. O arvadımın tam adını soruşdu.
- O, misirli deyil. Haralıdır?
- Amerikalıdır, - mən cavab verdim.
Mən arvadımın adını təkrarladım, o ərəb dilində yazdı və doğru yazıb-yazmadığını nəzərdən keçirməyimi xahiş etdi.
- Siz vətəndaşlığa görəmi amerikalı qadınla evlənmisiniz?
O mənim 2001-ci ildə evlənməyimə baxmayaraq, nə qrin karta nə də ABŞ vətəndaşlığına ərizə vermədiyimi biləndə təəccübləndi.
- Mən misirliyəm və bununla fəxr edirəm. Başqa ölkənin vətəndaşlığını almağa bir səbəb görmürəm, - mən dedim.
- Bəs Misirin nəyi belə xoşunuza gəlir? – o xeyli istehzayla soruşdu.
- Misirə sevgimi ifadə etmək mənə çətindir, amma bu qanımda var, - mən dürüst şəkildə cavab verdim. – Elə arvadım da, Misiri bu qədər çatışmamazlıqlarına rəğmən niyə belə çox sevdiyimi soruşur. Amma həmişə ona, bunun səbəbini bilmədiyimi deyirəm. Qulaq asın, kapitan, mən on üç yaşıma qədər Səudiyyə Ərəbistanında yaşamışam və hər il Misirə qayıdacağım tətil günlərini gözləmişəm, bir vərəq götürüb orda günləri yazmışam. Tətilə bir neçə gün qaldıqda isə, elə narahat olurdum ki, heç gecə də yata bilmirdim. – O bu sözlərin qarşısında istehza ilə güldü. Mən də cavabında gülümsədim və zarafat etdim: - Burda darıxdırıcı bir mühitin olmamağı xoşuma gəlir. Səhər yuxudan oyanırsan və günün necə keçəcəyini heç ağlına belə gətirə bilmirsən. Bəlkə elə sizin zəng etdiyiniz kimi, səhər kimsə zəng edib Dövlət Təhlükəsizliyi İdarəsinə çağırır.
O gülümsündü:
- Siz yüz faiz iğtişaşçısınız.
Rəfat əl-Quxarinin masasının üzərində Quran vardı. Güman ki, bununla hər kəsi kapitanın bütün günü müqəddəs kitab oxuduğuna və dinə qarşı heç bir düşmənçiliyi olmadığını göstərmək üçün edirdi. Hakimiyyət başındakı rejim misirli mütəşəkkil dini qruplara, xüsusilə də ictimai siyasətlə məşğul olanlara qarşı olduqca ehtiyatla yanaşırdı. Bu ehtiyatlanma minlərlə misirlinin Əfqanıstanda sovet işğalı ilə vuruşmaya getməsindən sonra daha da şiddətləndi. Ordan qayıdan çoxlu döyüşçülər (onlar özlərini mücahid adlandırırdılar) ərəb rejimlərini özlərini dönük və satqıncasına Qərbin aləti kimi apardıqlarına şahid olduqları üçün inkar etməyə başlamışdılar. Misir höküməti bu yeni ideyalar və onların tərəfdarlarından qorxurdu. 1980-ci ildə prezident Ənvər Sədat fövqəladə vəziyyətlə bağlı qanunu ləğv etmiş, ancaq bundan altı ay sonra, 1981-ci ildə Sədat radikal islamçılar tərəfindən öldürülmüş və fövqəladə vəziyyət bərpa olunmuşdu. Prezidentin öldürülməsi, höküməti beş yüzə yaxın siyasi və dini fəala qarşı amansız tədbirlər görməyə ilhamlandırmış, həmçinin İsraillə sülh müqaviləsi imzalamağa və Tel-Əvivə səfərlərə getməyə də cəsarət vermişdi.
Zamanla dini qrupların nüfuzu və sayı artdı. Bu qruplar eyni təbiətli deyildi, onların prinsip və məqsədləri isə heç də həmişə üst-üstə düşmürdü. Onların hamısını rejimlə düşmənçilik birləşdirirdi. Hüsnü Mübarək höküməti onlardan ehtiyatlanırdı. Mübarək bu qrupların misir kütlələri üzərində nüfuz gücünü anlayırdı, misirlilər təbiətlərinə görə dindardılar: 2011-ci ildə “Gallup ictimai rəy təşkilatının” min misirli respondent arasında apardığı sorğuda, rəyi soruşulanların 96%-i dinin “gündəlik həyatda mühüm rol oynadığını” demişdi. Sadə misirlilər üçün din xadimləri həsəd aparılan şəxslərdir, onlar xeyirxahlığın və doğruluğun simvolu, rejim təmsilçilçilərinin çoxunda heç olmayan dəyərlərin daşıyıcısıydı. Rejim dini qruplara hücumlar edəndə, onların nüfuzu dayanmadan artırdı. İqtisadi inkişafda ləngimələr və geriləmələr isə ancaq və ancaq bu nüfuzu artırırdı.
Dövlət Təhlükəsizliyi İdarəsi təkcə islamçı fəalları deyil, həm də bütün dini moizəçiləri və ilahiyyatçıları da, hətta univerisitet tələbələrindən tez-tez məscidə gedənləri də izləyirdi. Dövlət Təhlükəsizliyi İdarəsi belə adamları ehtiyatla çağırıb sorğu-sual aparır, dayandırmağa və yolundan döndərməyə çalışırdı. Zaman-zaman isə minlərlə insanı həbs edib, heç bir cinayət işi açmadan həbsxanalara doldururdular. Onları barmaqlıqlar arasında amansız münasibət və alçaldılma gözləyirdi. Belə neqativ təcrübəyə sahib insanlar azadlığa çıxan kimi, ya fanatikləşir ya da cəmiyyətə qarışıb keçmişi unutmağa çalışırdı.
Mən belə başa düşürdüm ki, mənim də sorğu-suala çəkilməyimin səbəbi məhz budur. Dövlət Təhlükəsizliyi İdarəsi mənim dini ya da siyasi fəaliyyətə qarışıb-qarışmadığımı bilmək istəyirdi. Xüsusilə də son dövrlər tez-tez xaricə gedib-gəlir, əsl demokratiyanı görürdüm deyə mənim haqqımda şübhələr get-gedə böyüyürdü. Artıq gələcəkdə mənə nəzarət edə bilmək üçün haqqımda bir qovluq hazırlamağın vaxı gəlmişdi.
Mən hələ orta məktəbdə oxuyarkən ibadət etməyə başlamışdım. Buna qədər az-az dua edirdim, amma dinin ümumi etik qaydalarına əməl edirdim, çünki valideynlərim də o qaydalara əməl edirdi, digər yandan da, mən Səudiyyə Ərəbistanında anadan olmuşdum. Bu ölkə təbiətində görə mühafizəkar ölkədir, onun cənubunda yerləşən Abha isə mühafizəkarlığına görə xüsusi fərqlənirdi, orda cəmiyyət və mədəniyyət böyük şəhərlərdən fərqli olaraq az inkişaf etmişdi.
Yaxın qohumum Daliya 1997-ci ildə 25 yaşında maşın qəzasında həyatını itirdi. Onun ölümü məni sarsıtdı və hazırlıqsız ölmək istəmədiyim üçün dinimi öyrənməyə başladım. Moizəçilərə qulaq asıb, öyrənir, dini ədbiyyat oxuyurdum. Həyatın ölümdən əvvəl qısa sınaq olduğunu başa düşürdüm. Gündə beş dəfə saatbasaat ibadət edirdim, özü də tez-tez məscidə gedirdim.
Univerisitetdə təhsil alarkən çoxlu dini qruplaşmalar və ideologiyalarla qarşılaşdım, həmçinin “Müsəlman qardaşlığı” ilə də tanış oldum və onların fəaliyyətindən iştirak etdim. Amma baş verənləri həmişə sərbəst, heç kimin təsiri olmadan anlamağa çalışırdım. Bir neçə dəfə görüşdüyüm məşhur bir şeyx mənə demişdi: “Vail sənin problemin ondadır ki, sən həmişə öz məntiqinlə hərəkət edirsən və heç kimdən nümunə götürmək istəmirsən”. Çoxunun qəbul etdiyi həqiqətləri qəbul etmək mənə çətin gəlirdi. Mənim üçün ən önəmlisi, problemləri diqqətlə öyrənib, ancaq bundan sonra ürəyim və ağlımın köməyi ilə nəticə çıxartmaq idi. Çox az adam on səkkiz yaşlarında olan gənclərin belə hər şeyi analiz etməsini bəyənir. Özü də məsələ təkcə yaşda deyil. Qlobal KİV-lərin və müasir kommunikasiya vasitələrinin mütəmadi təsiri altında misirli gənclər sərbəst və dərin mühakimə yürütməyi az-çox öyrəniblər.
- Deməli sizin atanız Səudiyyə Ərəbistanında yaşayıb. Neçə il? Onun dini və siyasi baxışları nədir? – deyə kapitan Rəfat soruşdu. Görünür, onun fəaliyyəti ilə bağlı, mənim və ailəm haqqında daha çox məlumat toplamaq tələb olunurdu.
Atam, orta təbəqədəyə aid, tipik əməksevər misirlidir. O 1950-ci ildə anadan olub, onun dövründəki gənclik ərəb millətçiliyinə və 1952-ci il inqilabına böyük töhfə verib. Həmin il axır ki, misir kralı Fərrux devrilib və Misir respublikası yaradılıb. Haqq dünyasına qovuşmuş babam “Misir dəmir yollarında” dövlət məmuru işləyib. Onun yeddi oğlu olub, hamısını böyütmək və təhsil vermək üçün çoxlu çətinliklər çəkib. Övladların ən böyüyü atam tibb univeristetini bitirib, dövlət xəstəxanasına işə düzəlib.
1979-cu ildə atamla anam evlənib, ondan bir il sonra mən dünyaya gəlmişəm. Atamın qazancı ailəni dolandırmağa bəs etmədiyindən, işləmək üçün Səudiyyə Ərəbistanına getməyə qərara alır. Misirlilərin çoxu üçün ora əsl çörək qapsı idi. Səudiyyə Ərəbistanında misir dövlət xəstəxanalarındakından iki dəfə çox maaş verirdilər. Atam da mühacirlərin çoxu kimi, bir miqdar pul toplayıb, bir neçə il sonra öz ölkəsinə qayıdaraq, Qahirədə sərbəst həkim kimi çalışmaq istəyirdi. Misirin istedadlı vətəndaşlarının kütləvi şəkildə xaricə axını ölkəyə böyük zərər vururdu.
O vaxtlar ölkədəki iqtisadi vəziyyət dəhşətliydi. Hər il minlərlə misirli Amerikaya köçmək ümidiylə “qrinkart lotereyasında” iştirak edirdi. Hər yolla iş axtarmaq ümidiylə misirlilər Fars körfəzi ölkələrinə, Kanadaya ya da Avropaya üz tuturdular. Zamanla mühacirət genişlənib, misirlilərin ümumi arzusuna çevrildi. Heç bir ixtisası olmayan işçilərin heç başqa yolu da yox idi. Bəziləri dənizdə batmaq hesabına belə olsa, var qüvvəsiylə qanunsuz yollarla qayıqlara doluşub Avropaya üzürdülər. Hələ də bir misir komedyeninin misirin gələcəyi ilə bağlı sualına cavabını xatırlayıram: “Misirin gələcəyi Kanadadır”.
Səudiyyə Ərəbistanında bir neçə il yaşadıqdan sonra atam da bir çox yerliləri kimi 1980-ci illərdə çox yayılmış islamçı özəl investisiya şirkətlərinin tələsinə düşdü. Bu şirkətlər çox böyük, 30% hətta 40%-ə qədər illik mənfəət vəd edirdilər, digər tərəfdə isə banklar cəmi 10% mənfəət verirdilər. Atam gəlirini artırmaq üçün bütün qazandıqlarını dörd belə şirkətin hesabına yatırtdı. Dindar misirlilər banka alternativ xidmətlər təklif edən şirkətlər yaratmışdılar. Lakin, islam ilahiyyatçılarının çoxu mənfəət kimi alınan bu pul faizlərini sələmçilik hesab edir və buna görə də şəriət qaydalarına görə haram bilirdilər.
Bir neçə il sonra bu biznesin həcminin gözlənilməz dərəcədə artması misir hakimiyyətinin ona qarşı mübarizə aparmasına gətirib çıxardı. Rejim hər şeydən əvvəl, hakimiyyətə loyal iş adamlarını qorumağa çalışır və özəl biznesin iqtisadiyyata fəal təsir edəcəyindən, həm də bankları zərərə salacağından ehtiyatlanırdı. Belə şirkətlərin hamısı dövlət tərəfindən donduruldu, onların təsisçiləri fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı ilə həbs olundu. Atamın illərlə Səudiyyə Ərəbistanında ağır əməklə qazandıb topladığı pullar eynilə ölkədə və ölkə xaricindəki bir çox orta təbəqədən olan insanlarınkı kimi batıb getdi.
Buna görə də atam, əvvəlcədən ölkəyə qayıtmaq arzusunda olsa da, Səudiyyə Ərəbistanında daha da uzun müddətliyə qalmağa qərar verdi. Hər dəfə atamdan ölkəmizə niyə qayıtmadığımızı soruşanda cavab verirdi: “Axı Misirdə beş nəfərlik ailəni, beşcə günə bəs edən, bir neçə min funtluq maaşla necə dolandırım?” Atam öz nəslinin tipik nümayəndəsidir. O şəndir, hamı onu sevir, siyasət haqqında isə həmişə hakimiyyətdə olanları yüngülcə ələ salan lətifələr danışırdı. “Heç nəyi vecinə alma, yaşa həyatdan zövq al” – onun həyat fəlsəfəsi bundan ibarət idi. O problemləri mərdliklə qarşılayıb həll etmək əvəzinə, onlardan boyun qaçırmağı üstün tuturdu. Onu günahlandırmıram: onun nəsli 1952-ci il inqilabına təsir edib.
Anamsa hər il atamın Misirə qayıtmasını, şəxsi müayinəxana açmasını və yenidən öz vətənimizdə yaşamağımızı təkid edirdi. Axır ki, bütün ailəmiz (mənim həm də qardaşım və bacılarım vardı) oturub, atamdan başqa hamımız Misirə qayıtmağımıza qərar verdik, atamsa iki-üç ilə şəxsi müayinəxana açacaq qədər pul topladıqdan sonra ölkəyə qayıdar. (Bu heç vaxt baş vermədi, atam hələ də Səudiyyə Ərəbistanında yaşayır).
Kapitan Rəfat atamın heç bir siyasi və dini qruplaşmada iştirak etmədiyini öyrənəndən sonra ona marağını itirib söhbətə davam etdi:
- Bəs siz Misirə nə vaxt qayıtdınız?
1994-cü ildə. Mən bizim Muxandəsindəki evimizin yaxınlığında, Zamalikdə yerləşən özəl məktəbə yazıldım. Bu şəhərətrafı yerlərin hər ikisi Qahirədə ən yaxşı yaşayış yerləridir. Mən onda doqquzuncu sinifə gedirdim. Misirə qayıtmaq həyatımın ən xoşbəxt anlarından biridir, amma atamdan uzaqda yaşmaq da xoş deyildi. Mən hisslərimi elə də açıq ifadə etmirdim. Atam üçün çox darıxır və onun vətəninə geri qayıtmağını gözləyirdim. O ildə bir dəfə qırx beş günlüyünə məzuniyyətə gəlirdi və onda da hara getsə arxasınca gəzirdim. Mən onun zarafatlarına gülürdüm, həm də onun təvazökarlığı və səmimiliyi məni valeh edirdi. O Səudiyyə Ərəbistanına geriyə qayıdanda, gözlərimdən yaşlar axırdı.
Anam əlindən gələn kimi onun boşluğunu doldururdu. O özünü üç layiqli və məsuliyyətli uşaq tərbiyə etməyə həsr etmişdi. Onun uşaqlarını tərbiyə etmək üçün fədakarcasına ərindən uzaqda qalması məndə güclü təəssüratlar oyadırdı. O ümumimiyyətlə güclü şəxsiyyət idi, amma istənilən qərarı qəbul edərkən şübhəsiz birinci yerdə uşaqları dayanırdı.
Xoşbəxtlikdən məktəbə tezcə uyğunlaşdım. Mütəsim adlı istedadlı bir oğlanla dostlaşdım. O sinifdə hamıdan yaxşı oxuyurdu. Mən imtahanlarda onunla əməkdaşlıq etmək istəyirdim, amma əbəs yerə. Mütəsim həddən artıq çalışqanıydı. Mən 92,5 % göstəriciylə doqquzuncu sinif üzrə ondan sonra ikinci yeri tutdum (bizim təhsil sitemində bu əsas məktəbin sonuncu ilidir). Mütəsim dövlət orta məktəbinə keçməyi qərara aldı və istedadlı uşaqlar üçün sinfə girdi. O məni də bizim özəl məktəbdən çıxıb Orman orta məktəbinə keçməyə razı saldı.
- İstedadlı uşaqlar üçün sinifdə bizim yarışacağımız biriləri olacaq, həm də Qahirənin ən yaxşı müəllimləri orda olur, - o dedi. Bu dəlillər mənə bəs edirdi, bununla belə əsl Misirlə tanış olmaq, özəl məktəblərdə təhsil almaq imkanı olmayan müxtəlif təbəqələrin insanlarıyla qarşılaşmaq istəyirdim.
1995-ci ilin yayında istedadlı uşaqlar üçün sinifə giriş imtahanını buraxıb həmişəki kimi atamın yanına getdim. Getməzdən öncə qəbul komissiyasındakı məmurlar məni qayıdanda test imtahanını verə biləcəyimə inandırmışdılar. Bədbəxtçilikdən, onlar vədlərinə əməl etmədilər və mən adi uşaqların oxuduğu sinifdə oxumalı oldum.
Orman orta məktəbi mənə mədəni bir məktəb kimi gəlirdi. Dövlət məktəbinin belə olacağını heç ağlıma gətirməzdim. Məktəbin abu-havası oğlan uşaqlarına artıq miqdarda testosteron ifraz etdirirdi. Oyun meydançasındakı davalar həmişə travmalarla qurtarırdı. Siqaret, bəzən hətta həşiş çəkmək üçün ayrıca bir guşə ayırmışdıq. Dərsdən qaçmaq adi məsələydi, şagirdlər bir miqdar şirinlik verib (rüşvətlə) məktəbin darvazalarından çıxırdılar. Siniflər mənim öyrəşdiyimdən iki dəfə böyük idi, burda altmış uşaqla birlikdə oxuyurdumsa, əvvəlki məktəbdə sinfimiz cəmi otuz uşaqdan ibarət idi.
Mən əvvəlki məktəbimin direktoruna zəng edib geriyə qayıtmağa çalışdım. O isə məni yenidən məktəbə götürməkdən boyun qaçırdı, olduğum yerdə qalmağım üçün mənə cürbəcür şirnikləndirici təkliflər etdi, hətta həmin vaxt oxuduğum məktəbdə təhsil haqqımın azaldılmasına da kömək edəcəyinə inandırdı.
Mənsə inadkar idim və onun təkliflərini rədd etdim, məni yenidən məktəbə qaytarmadığı üçün onu qınamaq doğru olmazdı. Lakin, o günlərdə özüm də bilmədən həyatımın ən mühüm qərarını verdim.
Çevirdi: Namiq Hüseynli

Комментариев нет:
Отправить комментарий