Vasif Əlihüseyn
Evə dolmuş qadınlar,
nənəmi çağırırlar, hələ də.
Baxışları kədərli,
yanaqlarından göz yaşı axır,
Dəsmalı ağızlarına tutub,
hönkürürlər..
Qızları saçlarını yolur,
ayaqlarından öpürlər nənəmin.
Babam da kövrəlib,
indi anladım,
“Ayrılıq” qadınını itirməkdi.
“Təklik” babam kimi yaşamaq.
Hər kəsin içində,
bir ölüm xofu var,
hər xofun içində bir ölüm gizli,
indi anladım insanlar nə qədər acizdi.
bir ölüyə qalx, deyə səslənəndə...
Evə dolmuş qadınlar,
nənəmi çağırırlar, hələ də.
Baxışları kədərli,
yanaqlarından göz yaşı axır,
Dəsmalı ağızlarına tutub,
hönkürürlər..
Qızları saçlarını yolur,
ayaqlarından öpürlər nənəmin.
Babam da kövrəlib,
indi anladım,
“Ayrılıq” qadınını itirməkdi.
“Təklik” babam kimi yaşamaq.
Hər kəsin içində,
bir ölüm xofu var,
hər xofun içində bir ölüm gizli,
indi anladım insanlar nə qədər acizdi.
bir ölüyə qalx, deyə səslənəndə...
Комментариев нет:
Отправить комментарий