Professional
Oxucu Liqası
Ərəb baharının təşkilatçısı
–Facebook
Əsas məqsəd hakimiyyəti devirmək, dövlət çevrilişi etməkdir,
neftə yiyələnməkdir
17 dekabr 2011-ci ildə Tunisdə hakimiyyətə qarşı nümayişçilərin
etiraz dalğası «ərəb baharı»nın başlanğıc nöqtəsi oldu. İnqilab dalğası
Misirə keçdi. Liviyada vətəndaş müharibəsi baş verdi. Bəhreyn, Suriya,
Yəməndə xalq üsyanı, Əlcəzairdə, İordaniyada, Mərakeşdə və Omanda
kütləvi etiraz aksiyaları, Livan, Mavritaniya, Sudan, Səudiyyə Ərəbistanı
və Küveytdə sosial bərabərsizliyə qarşı etirazlar baş verdi.
20-dən çox ərəb ölkəsində təqribən eyni vaxtda kütləvi nümayişlər, etiraz dalğaları, üsyan və inqilab baş vermişdi.
Burada incə və düşündürücü məqam odur ki, 20 ölkənin təqribən
13-də xalq kütlələri Fasebook və Tvitter sosial şəbəkələri və Qooql əhatəli
internet şəbəkəsi vasitəsi ilə ayağa qalldırılmışdı.
İnternet vasitəsi ilə bütün ərəb dünyasını çalxalayan çağırışların
eyni məkandan idarə olunmasını güman etmək olmazmı? Əgər olarsa, o zaman
araşdırma aparmağa ehtiyac yaranır və bu ölkənin təqribən ABŞ olması
gündəmə gəlir.
Elə isə, gəlin, ehtimal və gümanlara yox, konkret faktlara istinad edək və «ərəb baharı»nın görünməyən
tərəflərini nəzərdən keçirməyə çalışaq.
Misirdə 13 yaşlı Fariqin Fasebook sosial şəbəkə ilə bütün ölkəyə
etdiyi çağırış hamıya bəllidir. Görək bu Fariq kimdir və onun internet
şəbəkə ilə əlaqəsi nə vaxt yaranmış, nə üçün xalqa müraciət etmiş, xalq
onun çağırışına hansı səbəbdən müsbət reaksiya vermişdir?
Əvvəlcə, qeyd edək ki, həmin Fariqin atası Səlim əl-Süveyn 12
il ABŞ-da yaşamış, Kaliforniyada ali təhsil almış, Lara adlı ABŞ vətəndaşı
ilə evlənmişdir. Bu ailə 2004-cü ildə Misirə gəlmişdir. Əslən Qahirədən
olan Səlim əl-Süveyn Qahirədə böyük internet şəbəkəsi yaratmış,
ABŞ-ın aparıcı firmaları ilə ticarət müqavilələri bağlamışdır.
Lara isə Qahirə Universitetinin beynəlxalq siyasi əlaqələr
fakültəsinin müəlliməsi kimi çalışmış,
Vaşinqton, Nyu-York, Texas və Kaliforniya şəhərləri ilə Siyasi Dialoqlar
Mərkəzinin direktoru kimi ictimai fəaliyyət göstərmişdir.
24 yanvar 2011-ci ildə Fariq Fasebook internet şəbəkəsi vasitəsilə
bütün Misir xalqına həyəcanlı bir çağırış etdi:
«Ey qədim və ulu Misir xalqı! Sabah
25 yanvar 2011-ci il saat 11-00-da Qahirədə Təhrir meydanında Misirin
yeni həyat dalğası baş qaldıracaq! Ba dalğa Misirə xoşbəxtlik və firavan
həyat gətirəcək! Hüsnü Mübarəkin hakimiyyətinin sonu çatmışdür.
Bunu o, özü də başa düşür və artıq hakimiyyəti təhvil vermək fikrindən
uzaq deyil. Qədim Misir mədəniyyətinin,
yüksək sivilizasiyasının, müasir həyat tərzinin inkişafı naminə,
xalqın şən və bəxtəvər günlərinin qurulması naminə, maddi və mənəvi
azadlıqların həyata keçirilməsi naminə Təhrir meydanına yığışın!
Misir xalqı ən yüksək mədəniyyətə malik olan xalqdır. Ən yüksək
mədəniyyətə malik olan xalq ən yüksək səviyyədə, digər xalqlardan
daha yaxşı yaşamalıdır. Bunu Təhrir göstərəcək! Təhrir bizim taleyimiz
olacaq! Təhrirə yığışın, Təhrirə axışın, Təhrirə gəlin!
Bu axın Misir xalqının azadlıq axını olacaqdır!
Mənim 13 yaşım var! Mən keçmişin bədbəxt Misirində yox, gələcəyin
xoşbəxt Misirində yaşamaq istəyirəm! Mənim kimi milyonlarla Misir
övladları yaxşı yaşamağa layiqdirlər! Xoşbəxt Misirin şən və ideal həyatı
uğrunda layiq olduğumuz haqqı almaq üçün Təhrir meydanında sabah
saat 11-də görüşəcəyik! Misir xalqı azadlıq xalqıdır! Azadlıq xalqını
azadlığa çağırırıq! Bu çağırış Misirin və Misir xalqının çağırışıdır!
Deməli, saat 11-00-da Təhrirdə!»
Ertəsi gün Fariqin bu çağırışına 500 min adam yığışdı. Üç gün ərzində
bu rəqəm artıq 3 milyonu keçmişdi. Qahirənin Təhrir meydanı azadlıq
meydanına yox, qarətlər, iğtişaşlar, qətllər meydanına çevrildi. Fariqin
kim olmasının artıq heç bir əhəmiyyəti yox idi. Üsyan alovu bütün ölkəni
bürüdü. Getdikcə gücləndi.
13 yaşlı bu oğlanı nə vadar etmişdi ki, bütün Misirə müraciət etməyə
məcbur olurdu? Atasının kifayət qədər var-dövləti, anası universitet
müəlliməsi, özü isə hər şeylə təmin olunan bir uşaq! Bu vaxta qədər heç
bir siyasi prosesdə iştirak etməyən, valideynlərinə, müəllimlərinə
və dövlət adamlarına qarşı şəxsi fikrini söyləməyən, o qədər də öz həmyaşıdları
arasında seçilməyən bu uşağın birdən-birə internetə müraciət etməsinin
səbəbi nə ola bilərdi? Burada yalnız bir arqument ortaya çıxır ki, bu
da çox çəkmədi ki, internet şəbəkələrində yayıldı: «ABŞ-ın sifarişi
ilə valideynlərin təşəbbüsü ilə çağırış edilmişdir!
Bəlkə də Fariqin valideynləri özləri uşağın adından çağırış
ediblər?»
Hər halda bu iki versiyadan biri həqiqətə uyğun gəlir.
İnternet şəbəkələrində bu çağırışın ABŞ-ın sifarişi ilə yazıldığını
iddia edənlərin əvvəlcə yanıldığını güman etmək olardı. Bir müddət
sonra hadisələrin inkişafı və Məhəmməd əl-Baradeyin Misirə gələrək
Hüsnü Mübarəkin istefaya getməsinin vaxtının çatdığını bildirən
bəyanatlar verməsi onu göstərdi ki, 13 yaşı bir gəncin çağırışı heç də
Misir xalqının ümumi rəyi deyildir.
Əvvəla, bu çağırışı edən Fariqin özünün kim olduğu,
valideynlərinin ABŞ-la əlaqəsinin sıx olduğu, bu ölkənin dövlət orqanları
ilə, qeyri-hökumət təşkilatları ilə və digər beynəlxalq təşkilatlarla
əlaqələrinin olması aydınlaşdırıldı və məlumatlar dolaşmağa başladı
ki, Misirin ssenarisi məhz ABŞ-da hazırlanmış, ABŞ vətəndaşının oğlu
tərəfindən çağırış elan edilmiş və Təhrir meydanındakı münaqişə bu
dövlətin əlaltıları tərəfindən qızışdırılmışdır.
Şimali Afrikanın aparıcı mətbuat orqanlarından
olan «Əl-Ərəb Nyus» informasiya agentliyinin Qahirə bürosu bu barədə
daha ciddi xəbərlər verirdi. Agentlik
yazırdı:
«Fariq adlı 13 yaşlı uşağın internetlə
bütün Qahirəni ayağa qaldırması ABŞ kəşfiyyatının işidir. Məsələ ondadır
ki, Fariqin atası Səlim internet şəbəkəsinə rəhbərlik edir. Bir gündə
bu qədər adamı meydana yığmaq, sürətli internetdən istifadə etmək, məlumatı
yaymaq, bütün saytlara və email agentlərinə, kütləvi informasiya vasitələrinə
göndərməyin öhdəsindən yalnız atası Səlim gəlmişdir. Anası Lara isə
bu xəbəri beynəlxalq aləmə, a cümlədən, ABŞ-ın siyasi dairələrinə məlumat
vermiş, oradan göstərişlər almışdır».
Agentliyin araşdırmasına görə
Fariqin çağırışı ABŞ-ın təşkilidir, Qahirədə təşkilatçılıq işlərini
isə məhz ABŞ tərəfindən 12 il əvvəl Qahirəyə yerləşdirilmiş öz agentləri
– Səlim və Lara, yəni Fariqin valideynləri olmuşdur.
MAQATE-nin rəhbəri, əslən misirli olan Məhəmməd əl-Baradeyin
birdən-birə Misir prezidenti olmaq istəyinin kökündə də məhz ABŞ faktorunun
dayandığı şübhəsizdir. Əgər MAQATE ABŞ-ın məqsədləri üçün fəaliyyət
göstərən bir təşkilatdırsa, bu təşkilatın rəhbəri də ABŞ-ın agentura
şəbəkəsinin üzvü olmalıdır. Nəzərə alsaq ki, Məhəmməd əl-Baradey
ABŞ-dan Misirə prezident olmaq iddiası ilə gəlmişdirsə, deməli, bu iddianın
tam təfərrüatları Ağ Evdə cızılmış, Məhəmməd əl-Baradey Misir prezidentinə
namizəd seçilmiş və Misirə göndərilmişdir.
Fariqin atasının 12 il ABŞ-da yaşamasını və anasının ABŞ vətəndaşı
olmasını diqqət mərkəzinə gətirsək şübhə etmək olmaz ki, 13 yaşlı bu
uşağın çağırışının konturları da məhz ABŞ agentləri tərəfindən hazırlanmışdır.
Deməli, «ərəb baharı»nın ilk ssenarisini məhz Ağ Evin rəhbərləri
yazmışlar.
Daha bir maraqlı məqama Livanda rast gəlirik. O qədər də inkişaf
etməyən bu ölkədə internet şəbəkəsinin zəif olduğuna baxmayaraq
fevralın 27-də təqribən yenə də saat
11-00-da Fasebook şəbəkəsi vasitəsilə yeni çağırış edildi. Əhali Livanın
paytaxtı «Əzablılar meydanı»na çağırılırdılar.
Qəribə də budur ki, internet vasitəsilə demokratiya, azadlıq,
sosial bərabərlik və hüquqi dövlət şüarları səsləndirilir, xalqın həyat
səviyyəsini yüksəltmək üçün islahatlar verilməsi tələb olunurdu. Əhalinin
ən zəif yerlərindən «tutan» təşkilatçılar bu kimi vədlərlə insanları
«Əzablılar meydanı»na dəvət edirdilər.
Ertəsi gün isə meydanda tamamilə başqa şüarların səsləndirilməsi
bunun da müəyyən qüvvələrin təxribatı olduğunu üzə çıxardı. Nümayişçilər
hansı tələblər irəli sürməyə başlamışdılar. Onların tələbləri belə
idi:
«Hizbullah» şiə qruplaşmaları silahı yerə qoysunlar, Livan ordusunun
tərəfinə keçsinlər.
Elə həmin meydanda Hizbullah tərəfdarları ilə digər din qruplaşmaları
arasında münaqişə qızışdı, qarətlər başlandı, təxribatlar törədildi
və asayiş pozuldu.
Amma dini icmaların işə qarışması nəticəsində vəziyyət stabilləşdi,
müvəqqəti barışıq əldə olundu.
Barışıq zamanı bir-birinə ziddiyyətli
mövqe tutan iki qruplaşma arasındakı anlaşma nəticəsində məlum
oldu ki, bu da təşkildir.
Suriyada başlanan etiraz dalğası da Misirin analoji variantı
demək idi. Yenə də həmin Fasebook sosial şəbəkəsi vasitəsilə 4 fevral
2011-ci il tarixdə bütün Suriya əhalisinə müraciət edərək bu günü xalqın
«Qəzəb günü» adlandırdı və saat 11-00-da hamını meydanlara axışmağa çağırdı.
Bəşər Əsəd kompromisə gedərək ölkədə 48 ildən çox davam edən fövqəladə
vəziyyəti aradan götürdü, amma bu heç nəyi dəyişmədi.
Halbuki nümayişçilər ilk növbədə «fövqəladə vəziyyət aradan
qaldırılsın» şüarları ilə küçəyə çıximışdılar. Belə bir mənzərə yaranmışdı
ki, onların tələblərinin əsasında məhz bu dayanır, amma bu tələb yerinə
yetirildikdən sonra nümayişçilər daha da qızışaraq Bəşər Əsədin
özünün istefaya getməsi tələbini irəli sürdülər.
Təbii ki, burada bütün amillərin xarici faktora əsaslanmasını
söyləmək ədalətsizlik olardı. Çünki hücumlardan, qarətlərdən qızışmış
xalq kütlələrinin qabağında heç nə dayana bilməz. Müxtəlif təbəqələrdən
ibarət olan nümayişçilər dəstəsinin tələbləri də müxtəlif cür səslənir.
Somalidə 13 fevral 2011-ci il saat 11-00-da mərkəzi meydana yığışaraq
əvvəlcə əmək haqlarının artırılması tələbini irəli sürdülər, sonra
isə üsyançılar «Mücahidlərin Şəbab Hərəkatı» qruplaşmasının lideri
Şeyx İbrahimin və Federal hökumətin başçısı Şeyx Şərif Əhmədin hakimiyyətinin
devrilməsini tələb etdilər.
Bütün bu hadisələrin fonunda analogiya üzrə konkret faktları
nəzərdən keçirsək hansı amillərin əsas rol oynadığını müşahidə edərik.
Bu amillər hansılardır:
1.Baş vermiş etiraz aksiyalarının ssenarisi və tələbləri
demək olar ki, eynidir.
2.Çağırış vasitəsi əsasən Fasebook-dur.
3.Başlanma vaxtı hər yerdə saat 11-00-ı əhatə edir.
4.Əsas məqsəd hakimiyyəti devirmək, dövlət çevrilişi etməkdir,
neftə yiyələnməkdir.
Qeyd olunan bu amillərin zaman və məkan baxımından analitik
təhlilini aparsaq və hadisələrin gedişinə rəhbərlik edən qüvvələrin
haradan qaynaqlandığını analiz etsək aşağıdakı yekun nəticəyə gələrik:
1.«Ərəb baharı»nın ssenarisi ABŞ-da hazırlanmışdır.
2.Ərəb dünyasını etiraz aksiyalarına çağırışı həyata keçirən
Fasebook sosial şəbəkəsi ABŞ tərəfindən idarə olunur və bu şəbəkəni
idarə edənlər əhalini meydanlara yığmaq üçün kütləvi çağırışlar edirlər.
3.Etirazların əsas məqsədi dövlət çevrilişləri etmək və rejimləri
dəyişmək vasitəsilə ABŞ-a yaxın olan hökumətlərin qurulması -
ABŞ-ın siyasətinə uyğundur.
4.Əsas hədəfin müsəlman ölkələri olması ABŞ-ın rəhbərliyi ilə
Avropanın mənafeyinə uyğundur.
5.Əsas inqilabların neft ölkələrində baş verməsi ABŞ-ın neft
siyasətinin başlıca prioritetlərindən biridir. Deməli, 2010-cu
ilin dekabrında başlamış olan «ərəb baharı» ssenarisi ABŞ tərəfindən
hazırlanmış bir «tamaşa» olmuşdur ki,
bu «tamaşa»nın quruluşçu rejissoru, bədii rəhbəri Ağ Ev olmuş,
rolları isə məzlum xalq kütlələri oynamışdır.
Geosiyasi məkanda xalqı ümumxalq inqilaba qaldıran qüvvələrin mükafatlandırılmasını yada salsaq,
bir daha «ərəb baharı»nın xarici qüvvələrin təşkili olduğuna heç bir
şübhə qalmaz.
Belə ki, 2011-ci ilin sentyabrında Yəməndə xalqı ümumxalq etiraz
aksiyalarına səsləyən lider Təvəküllə xanım Kərmanın Nobel mükafatına
layiq görülməsi bu fikri bir daha təsdiq
edir ki, inqilab heç də öz-özünə baş verməmişdir və onu təşkil edənlər
vardır!
Комментариев нет:
Отправить комментарий