16.06.2013

Kimin dərdi var?

Aqşin Yenisey

Söyllədilər:
kimin dərdi varsa, əlini qaldırsın
qalxdı yer üzündən milyardlarca əl.
yalnız südəmər körpələr
analarının qalxmış əllərinə baxıb məsumca güldülər.
sonra gördülər:
ən yuxarı qalxmış donuq, soyuq nəhəng əl.
halına acıdılar.
soruşdular:
nədir bu bədbəxtin dərdi
kimdir bu əlin sahibi?
hamı diz çöküb çığırdı: - Allah olmaq istəyən daş heykəl!!!

Комментариев нет:

Отправить комментарий