15.06.2013

SƏNİ GÖRCƏK

Səadət Əliqızı

Səni görəcək sevincdən uçunuram,
Sevgidən titrəyirəm.
Qara gözlərini çox sevirəm,
Gözlərinin dərinliyində azıb itirəm...
Saçlarını sığallayıb, yanağına toxunmaq istəyirəm.
Hər gün  səsinlə oyanmaq istəyirəm.
Sənlə tutub əl-ələ bu dünyadan qaçmaq,
Öz dünyamıza yaşamaq istəyirəm.
Bilsən səni necə SEVİRƏM!
Ürəyimdə gizlədib, sənə deyə bilmirəm.
Sənin varlığın üçün
Tanrıya səcdə edirəm!


QİYMƏTLİ   EHTİYACINIZ

dəyərini gec anlayacaqnız ən qiymətli ehtiyacınız . 
Başladığım nöqtədən çox uzaqdayambir az yorğun bir az bitkin 
Arxaya qayıtmaq gec,dayandığım yerdən  zirvəyə hələ çox
Zaman yetməyəcək bəlkədə
İtirdiyim zamanları   qaytarmaq münkünsüz 
düşündükcə...   hayqırmaq , hayqırmaq istiyirəm
İnsanlar zamanı boşa xərcləməyin o, sizin

ÖLSƏM  BU  SEVGİNLƏ MƏNİ UĞURLA

Elə bəxtəvərəm məhəbbətinlə
Bəzən də qorxudur bu sevgin məni
Hərdən dəniz  kimi o, təlatümlü
Bəzən də susqundur gözləri, nəmli

Axtar yer üzünü bənzəri yoxdur
Həm dərin, həm məsum ülvi bu hisslər
Süzülüb bir nurdan qəlbimə axdı
Rəngli röyadır şirin və gözəl

Sonsuz yaşayacaq sevgim canımda
Bunu anlayıram mən varlığımla
O qədər xoşbəxtəm  hər bir anında
Ölsəm bu sevgimlə məni uğurla.

Görüşərik  biz

Susmusan üzdə sonsuz bir kədər,
Baxdım gözlərinə qəlbim üşüdü.
Danış ürəyində qalmasın sözlər,
inana bilmirik bu son görüşdür.

Külək də dağıdır qəsdən saçımı,
Əlinsə uzanıb yığmır onları .
Nə oldu  bizə  nə oldu  söylə
 Hanı ömrümüzün xoşbəxt anları

İndi  yaşayarıq tənha sevgisiz,
Qəmli xatirələr  bölüşərək  biz,
Sığınaq tanrının mərhəmətinə,
Bəlkə yenidən görüşərik biz.

Комментариев нет:

Отправить комментарий