"Azərbaycan Polisi günü" münasibətilə
"Çərşənbə günündə çeşmə başında,
Gözüm bir alagöz xanıma düşdü."
(Aşıq Ələsgər)
Çərşənbə günündə mən «CİP» maşında,
Gözüm bir alagöz xanıma düşdü.
«Avtoşluq» elədim ahıl yaşımda,
Gördü yol polisi, dalımca düşdü.
Deyincə: «tayım yox, təkəm, maşallah»,
Az qaldı ki, gedəm kəllə-mayallaq,
Fit çaldı polismen, qaşqabaq sallaq,
Üşütmə, qızdırma qanıma düşdü.
İşarət elədim, fikrimi bildi,
Yaxın buraxmadı, geri çəkildi,
«Rüşvətdən uzağam!»-dedi və güldü,
Güləndə qadası canıma düşdü.
Bu gülüş onu da, məni də yaxdı,
Əlimdə «onluğa» qəzəblə baxdı,
«Dubinka» fırlandı, şimşək tək çaxdı,
Sındı qol-qanadım, yanıma düşdü.
Yoxlayıb dedilər, bu ki, hallıdı,
Bu halda cərimə çox bahalıdı,
Yazdılar ki, «CİP» də özgə malıdı!..
Bu ləkə adıma, sanıma düşdü.
Əli Ələsgər tək, day bundan belə,
Baxmaz linza taxmış bic gözəllərə!
Vurğunam əzəldən qara gözlərə,
Qaçdım, öz xanımım yadıma düşdü!
"Çərşənbə günündə çeşmə başında,
Gözüm bir alagöz xanıma düşdü."
(Aşıq Ələsgər)
Çərşənbə günündə mən «CİP» maşında,
Gözüm bir alagöz xanıma düşdü.
«Avtoşluq» elədim ahıl yaşımda,
Gördü yol polisi, dalımca düşdü.
Deyincə: «tayım yox, təkəm, maşallah»,
Az qaldı ki, gedəm kəllə-mayallaq,
Fit çaldı polismen, qaşqabaq sallaq,
Üşütmə, qızdırma qanıma düşdü.
İşarət elədim, fikrimi bildi,
Yaxın buraxmadı, geri çəkildi,
«Rüşvətdən uzağam!»-dedi və güldü,
Güləndə qadası canıma düşdü.
Bu gülüş onu da, məni də yaxdı,
Əlimdə «onluğa» qəzəblə baxdı,
«Dubinka» fırlandı, şimşək tək çaxdı,
Sındı qol-qanadım, yanıma düşdü.
Yoxlayıb dedilər, bu ki, hallıdı,
Bu halda cərimə çox bahalıdı,
Yazdılar ki, «CİP» də özgə malıdı!..
Bu ləkə adıma, sanıma düşdü.
Əli Ələsgər tək, day bundan belə,
Baxmaz linza taxmış bic gözəllərə!
Vurğunam əzəldən qara gözlərə,
Qaçdım, öz xanımım yadıma düşdü!
Комментариев нет:
Отправить комментарий