15.06.2013

Qoyma dəli olum


Günel Treu

Üzümdəki gülüşdən nə?
gəl sən mənim qəlbimi gör!
Başıma nə daşlar düşüb,
götür onlardan saray hör!

Ürəyimdən axan qanı
gözlərim yaşa cevirir.
Gül kimi bahar ömrümü
kim belə qışa cevirir?

Viran qalıb duyğularım,
qırılmışam, yorulmuşam...
Harda sevgi qanmayan var,
gedib ona vurulmuşam!


Başına dolanım, Rəbbim
çoxmu düşmüşəm gözündən?
Məni bu həyatdan ayır,
nolar, ayırma özündən!

Daşürəyli insanlardan,
gəlib alsın ölüm məni.
Bir ağlım var, mənə yetən
qoyma dəli olum məni.

Комментариев нет:

Отправить комментарий