27.06.2013

Özünə qayıdışın nümunəsi

Talış xan nəslinin davamçısı, tədqiqatçı və jurnalist Rəzzaq Xansuvar Talışxanova ithafən

Müasir Talış gənclərinin müxtəlif qayğıları, necə deyərlər, dərdi–səri var. Təhsil, iş, ev və sair, bunlar hamıya məlumdur, bir də hamısını sadalamağa ehtiyac yoxdur.
Son 20–25 ildə bu problemlərə daha biri əlavə olunub, bu da, bəzi üzdəniraq pantürkçilərin yaratdığı süni milli ayrıseçkilik problemidir. Bütün Talış bölgəsinin gəncləri bu problemləri, çətinlikləri öz həyatlarında hiss edir və yaşayır.
Bu qədər gərgin ab–havada, illərlə arxa planda qalan Talışın dil, mədəniyyət, tarix və digər problemlərinə güzgü tutmağa çalışmaq, bu işlərə vaxt ayırmaq böyük bir fədakarlıqdır!
Yaradana şükürlər olsun ki, belə qeyrətli gənclərimiz var və bu gənclərin içində Rəzzaq Xansuvar Talışxanov xususi ilə seçilənlərdəndir! Talış tarixinin araşdırılmasına xususi səy göstərən bu gənc hər cür alqışa laiqdir! İnsan özünü, böüklüyünü, gücünü bilmək üçün tarixini, keçmişini bilməlidir, keçmişini bilməyənin gələcəyi, böyüklüyü olmaz. 
Biz arzu edirik ki, bütün talış gəncləri öz vətəninə, öz xalqına, öz tarixinə, öz mədəniyyətinə bu cür fədakarlıqla və həssaslıqla yanaşsın! Gənclərimizə, o cümlədən Rəzzaq Xansuvar Talışxanova bu müqəddəs işdə uğur arzulayırıq!
Bu şerlərimi Rəzzaq Xansuvar Talışxanova həsr edirəm.

Millətinə oğul ol

Baxıram, bu torpağın,
varı, zəri talanıb.
Gilondan ta Səlyona
nıso, keri talanıb.
Divalona sökülüb,
Coni, Veri talanıb.
Bəlləburun adı var,
Izi, yeri talanıb.

Hardadır o butkələr,
hardadır o mobutlar?
Hanı Moğların sözü,
müdrikliyə subutlar?
Məzdolar hara getdi,
hara itdi xəyotlar?
Bu yurdu söküb – töküb,
qırhaqır, tuthatutlar...

Kim olublar Şumerdlər,
tarixdə sorağı var.
Kaspilər, Kədusilər,
hamsının bir bağı var.
Kölgəsindən qorxublar,
Merdlərin yarağı var.
Qoy öyrənsin tarixdən,
kimin ki marağı var!

Özünə tay bilmə bu
"şanlı” qaramatları.
Araşdır tarixini,
keç hər cür Çinvatları.
Qoy açılsın Zərdustun
qat bağlamış Qatları!
Öyrət oğluna kimdir
dədə Atropatları!

Qara ələm altında,
çoxu azdı yolunu.
Şəri başa qoyaraq,
çaldılar dümbülünü.
İtdi müqəddəs yerlər,
yırtdılar haqq tülünü.
Məhf oldu Otəşqolar,
sovurdular külünü...

Bunları bilməyən qul..._
quldan xalqa nə oğul?!

Özümü axtarıram

Bu Talış torpağının
astarında, üzündə,
Babəkin iz qoyduğu
dağlarında, düzündə,
Mustafanın əzmində,
Zülfuqarın sözündə,
Anburların kökündə,
bənövşənin gözündə
axtarıram özümü.

Hər daşına dil töküm,
bir söz var hər daşında,
Ucalan qalaların,
daşlaşmış yaddaşında,
O qoç heykəllərinin
min bəlalı başında...
Şanlı gələcək üçün,
keçmiş axtarışında_
axtarıram özümü 

Baladdin VEŞO 
Lik, Andurmə,
"Tolışon Sədo” qəzeti N:53, 26 iyun 2013-cü il 

Комментариев нет:

Отправить комментарий