26.06.2013

Vəfa Mürsəlqızı - Göydən üç alma düşdü

 Daha çilik-çilik arzularımı,
 Yığıb saxlamağa,ürəyim yoxdur.
 Nə mənim ağ atlı igidim qalıb,
 Nə sənin gül üzlü, mələyin yoxdur.

 Daha aldatmayaq bir-birimizi,
 Nədir bu dünyada əbədi olan?
 Dolaşıq salamyaq taleyimizi,
 Məcnun da yalamış, Leyla da yalan.

 İxtisar olunan kəsrlər kimi,
 Cümlələr bir az da sadələşəcək,
 Səninçün ecaskar görünən biri,
 Bir səhər sadəcə adiləşəcək.


 Daha səngiyibdir sübh görüşləri,
 Cümlələr sözlərlə əvəz olacaq,
 Hərdən kefimi də xəbər almazsan,
 Sadəcə, sadəcə unudulacaq.

 Sonra da maraqlar dəyişər tamam,
 Günahı qürurun boynuna düşər,
 Sonra da başqası gələr ömrünə,
 Sonra o, səninçün ilahiləşər.

 Mən coxdan bilirdim, nə vaxtsa bir gün,
 Belə soyuyacaq, dəyişəcəksən,
 Göylərdən ovcuna düşən kimi mən,
 Gözümdən bir damla sən düşəcəksən.

 Bizim nağılımız harda başladı?
 Bir yer göstr onu bitirim, gedim,
 Hərəyə axırda bir alma düşür,
 Dur almamı gətir, götürüm gedim.

Комментариев нет:

Отправить комментарий