İsmayıl Səfioğlu
Bəli, bu Xocalıdır. Faciəni bilməyənimiz yoxdur. Amma nədənsə kimsə sual vermir: niyə Xocalı faciəsi təhqiq olunmayıb? Axı cinayət baş verib və bu cinayəti biz nə qədər erməni seperatçılarının üzərinə yıxsaq da hadisələrədək və həmçinin hadisələrdən sonrakı qaranlıq məqamları izah etməyə acizik. Həmçinin bu günədək Azərbaycanda 2 hökumətin (AXC və Əliyevlər) heç biri Xocalı faciəsini araşdırmağa cəhd göstərməyib.
Xocalının rəsmi olaraq soyqırım kimi tanınmaması, həmçinin bu faktin müxalifət tərəfindən bir dəfə də olsun tələb kimi qaldırlımamasını izah etməyə çalışaq. Soyqırımı faktının tanınması üçün hər-hansi bir dövlət, qurum vəsadət qaldırmalı, Beynəlxalq Hərbi Tribunala faktlar və şahidlərlə müraciət etməlidir. Soyqırımı faktı isbat olunmalıdır.
Xocalı faciəsinin məhz dinc əhaliyə divan tutulması faktı göz qarşısındadır. Fakt tanındıqdan sonra Beynəlxaq Hərbi Tribunal bəşəriyyətə qarşı törədilmiş cinayətı törədənləri cəzalandırmalıdır. Niyə nə hakimiyyət, nə də müxalifət düşərgəsi bu işdə maraqlı deyil! Niyə? Acınacaqlı olsa da, bu fakdır- maraqlı deyillər!
Onda gəlin, qaranlıq məqamları araşdıraq.
1.Camal Əhmədov, DQMV-nin Fövqəladə Komendantı. "Gecə saat 3-də dörd istiqamətdən Əsgərana hücum başlanmalı, dinc əhalinin Əsgərandan çıxıb Badara yolu ilə hərəkət edərək Badara və Xınzoreks erməni kəndlərinə köçmələri üçün onlara həmin yerdə dəhliz yaradılmalı, qoşunlarımızın bir hissəsi Qarqar çayının sağ və sol istiqamətindən hərəkət edərək Qara Qaya istiqamətindən Əsgərana gedən yolu bağlamaqla sol istiqamətdən Əsgəranı mühasirəyə almalı, Ala Yaqubun dəstəsi mərkəzi yolu təmizləyərək Əsgərandan keçib Xocalıya çatmaqla Xocalıdakı qüvvələrlə birləşməli idi. Faiq Baxşəliyevin dəstəsi isə Əsgəranın qərb istiqamətindən Daşbaşıya girib dağ yolu ilə 84-cü kilometr yolunu nəzarətdə saxlamaqla, Əsgəranı dinc əhalisinə dəhliz yaratmaqla onların Əsgərandan çıxmasına nəzarət etməli idi. Əməliyyat xəritəsini Atakişi Atakişiyev və Ağdamın prokuroru Zahid Tağıyevlə bir daha nəzərdən keçirdikdən sonra qəti olaraq bildirdik ki, Qarabağ müharibəsinin həllində Xocalı ən zəruri strateji əhəmiyyətli məkandır, Xocalı müharibə edən tərəflərin hansının əlində olsa, müharibə həmin tərəfin xeyrinə nəticələnə bilər".
"...Elə bu zaman AXC Ağdam şöbəsi fəallarından olan Novruzov Ramiz Tələt oğlu və Rəhman
Qılıncxanov kabinetə daxil olaraq "Fəhmin bəy, Bakıdan hökümət telefonu ilə sizi istəyirlər ",- deyə Fəhmin Hacıyevə müraciət etdilər. Müşavirə iştirakçılarından üzr istəyərək bayıra çıxmaq istəyən Fəhmin Hacıyevə "Fəhmin, oğlum, burada da hökumət telefonu var, buyur, kimdirsə səni Bakıdan axtaran, zəng et danış",- deyə Musa Məmmədov ona müraciət etdi. "Bəy, narahat olmayın, bu dəqiqə gəlirəm",- deyə o, müşavirə yerini tərk edərək həmin AXC fəalları ilə getdi. Onun olmadıği ərəfədə döyüş komandirləri Allahverdi Bağırov, Yaqub Rzayev, Faiq Baxşəliyev və Asif Məhərrəmov əməliyyat planı barədə rəy və təkliflərini bildirərək tabeliklərindəki hərbi qüvvə və vasitələr barədə məruzə edərək ən çox iki saat müddətində döyüş tapşırığını icra edib Xocalı ilə birləşə biləcəklər barədə məruzə etdilər. Onların məruzələri başa çatdığı anda Fəhmin Hacıyev əlində siqaret qutusu və bir ədəd siqaret olmaqla möhkəm dilxor halda kabinetə daxil oldu. Siqareti yandırmaq məqsədil məndən alışqan istəyərək "bəylər, özünüzü yormayın, heç bir əməliyyat keçirilməyəcək, Bakı Xocali əməliyyatına icazə vermədi",- deyə elan etdi.
Onun bu sözlərini eşidən Qasım Kərimov "Kimdir ə o, icazə verməyən, de görək kimdir o? Voobşe,
sən özün kimsən? Mən zaslujenni çekistəm, deputatam, bəs sən kimsən? Səni kim göndərib bura?! İstəyirsən erməni Xocalını qırsın, arzunuza çatasınız? Ə, Allahverdi, Camal, Yaqub, Ağdaml deyilsiniz? Niyə bunu güllələmirsiniz? Ə, bəs bu Xocalı bizim millət deyil? Ə, Fəhminsən nəsən , bilmirəm, sən öl səni qılçalarından güllələtdirəcəyəm (Naxçivanlilarin agenti!)", - deyə daha ağır ifadələrlə qışqırıb Fəhmin Hacıyevi təhqir etdi. Sonra Aliko Novruzov Bakıdan Fəhmin Hacıyevin həbs edilməsi barədə göstəriş verildiyini bildirərək, onu və sərəncamında olan "Qrad" raket qurğularını axtarmağa getdi. Lakin tapa bilmədi. Beləliklə, həmin gecə əməliyyata başlaya bilmədik. Səhərisi gecə isə artıq gec idi".
" ...Həmin vaxt Ağdamda yalnız Prokurorluqda, MTN şöbəsində, İcra Hakimiyyətində və milis şöbəsində hökümət telefonu vardı. Həmin telefon sahibləri isə bizimlə birlikdə idilər. Digər yerdə isə hökümət telefonu yox idi.
Fəhmin Hacıyevin hansı hökümət telefonu ilə, kiminlə danışması və həmin əməliyyatı dayandırmaq üçün ona əmr verməklə xocalıların qanlarına bais olub konfliktin 20 il uzadılmasına səbəb ola həmin şəxsin kim olması bu günə qədər də sirr olaraq qalmaqdadır...."
"...Allahverdi Bağırovun fəaliyyəti nəticəsində döyüş meydanında və yollarda şəhid olmuş xocalıların meyitləri Ağdam məscidinə gətirildi. Mərkəzi qərargaha "Bakıdan bir qrup naməlum silahlı adamların gəlməsi və Xocalıların meyitlərini Bakıya aparmaq üçün maşınlara yığmaları barədə" məlumat daxil oldu. Sonra müəyyən olundu ki, Bakıdan göndərilmiş altı silahlıdan ibarət olan bu qrup həmin meyitləri Bakıya- Azadlıq meydanına aparmaq, meyitləri meydanda nümayiş etdirməklə insanları meydana cəmləmək və həmin qüvvədən istifadə etməklə Ayaz Mütəllibovun istefasına nail olmaq
tapşırığına əməl etmək üçün Ağdam məscidindən meyitləri özləri ilə gətirdikləri yük maşınlarına yığırlar.
Başda Ağdam milis şöbəsinin əməliyyat-axtarış bölməsinin əməliyyat müvəkkilləri Qəhrəman
Rəhimov (hazırda Bakı şəhəri, Sabunçu rayon Polisİdarəsinin əməkdaşıdır), Famil Həsənov
(hazırda Belarus Respublikasında yaşayır) və digərləri olmaqla yaradılan xüsusi əməlliyyat qrupu məscidə gedib həmin şəxsləri tərksilah edərək Milli Təhlükəsizlik Nazirliyinin Ağdam şöbəsinə təhvil verdik. Məsələnin araşdırılması mənim səlahiyyətlərim daxilində olmadığına görə həmin təxribat qrupunun hansı siyasi və ya ictimai qruplaşmaya aid olmalarını öyrənə bilmədim...."
2. Adının açıqlanmasını istəməyən Xocalı sakini, hadisələrin iştirakçısı. "Biz son anadək dinc sakinlər olan Xocalıya ola biləcək hücuma inanmırdıq... Xocalı Ermənistanın silahlı qüvvələriylə tam zəbt olunanadək vuruşduq, Xocalıda olan XTPD-çılar son gülləyədək vuruşub şəhid oldular. Mən ağır yaralandım, nə vuruşa, nə də gizlənə bildim. Bu zaman hiss etdim ki, mənim səngərləndiyim divara erməni yaraqlıları yaxınlaşırlar. Özümə qəsd etmək istədim, amma patronum olmadı. Ermənilər 2 nəfər tanıdığım adamlar idilər, dedilər ki,"özünü ölülüyə vur, gecə gözü qaçmağa cəhd elə. Sizin Ayazın adamları, qoca Heydərin adamları Ağdam yolunun üstündə qaçanları qırırlar...."
3. Xocalı faciəsindən sonra, Milli Məclis. Mərhum jurnalist Cingiz Mustafayevin çəkdiyi kadrlarda onun kadrarxası sözləri : "(ağlayaraq)... ay Allaaah!.. Bu meyitləri kim bu günə salıb?!.. axı, burada erməni olmayıb... axı bu meyitlər dünən belə deyildi..." (kadrda səs kəsilir).
Kadr arxasından kimsə cavab verir: "Biz dünən meyitlərin hamısını daşıya bilmədik, biz gedəndən sonra gecə ermənilər qayıdıb eləyiblər". Bu inandiricidirmi? Necə yəni "qayıdib"? Axı orada erməni olmayib ki, bir qayıtsın da...
Lap deyək ki olub. Cingiz Musatafayev bir gün əvvəl gördüyü, burnu-qulağı yerində olan meyitlər barədə deyir o sözləri. Onun dünən gördüyü, bu gün isə çəkməyə gəldiyi meyitlərin gecə burnu-qulağı yoxa çıxıb. Yenə də deyirəm-çəkiliş Xocalıda yox, dağlarda, Xocalı-Ağdam istiqamətində gedib, təbii ki Xocalida gedə bilməzdi. Sual da buradan yaranir: Kim edib? Kimə lazim idi?
Bunu erməni yaraqlılarının etməsi asagıdakı səbəblərdən məntiqi deyildi:
1.Onlar öldürən kimi nəyi istəsəydi, kəsə bilərdi.
2.Quaq-burun kəsmək ücün gecə erməninin dağlarla kilometrlərlə yolu gəlməsi, meyitləri korlamaqdan ötəri özlərini təhlukəyə atmasi məntiqi deyil.
3.Meyitlərin hələ də ölduruldukləri yerdə qalmasını onlar bilə bilməzdilər, bunu YALNIZ BİZİMKİLƏR BİLİRDİLƏR. İfadəyə diqqət yetirin: "Dünən hamısını apara bilmədik". Meyitlərin erməni yaraqlıları tərəfindən korlandığını ehtimal etsək, onda əvvəlcə bu suala cavab tapmalıyıq onlar meyitlərin hələ də yerində olduğunu haradan bildilər?
4.Prezident Ayaz Mütəllibovun xatirələrindən. "Isa Qəmbərov: "Bizə Qarabağ yox, sənin istefan lazımdır". Faciədən sonra demokratik düşərgə cinayətin A.Mütəllibovun günahı oldugunu dedi, prezident adminstrasiyasını cinayətkar hərəkətsizlikdə günahlandırdı. Sual olunur: nədən o günədək XTPD-ni birbaşa koordinasiya edən prezident birdən-birə qırğın törətdi? Hakimiyyətdən istefa verməyəmi?
Məntiqi deyil. Bu cinayət hər şeydən əvvəl A.Mütəllibovun istefasını tələb edənlərə əlverişli idi. Xatırladıram ki, Xocalı hadisələrinədək XTPD-nın uğurlu əməliyyatları və erməni seperatçılarının DQMV-dən sıxışdırılması fonunda AXC sədri Əbülfəz Əliyev, AXC Müdafiə Komitəsinin üzvləri Tofiq Qasimov , Isa Qəmbərov, Etibar Məmmədov Rusiyanin "Vesti" kanalinda çıxış edərək, ermənilərin Azərbaycandan deportasiya olunduğu barədə məlumat yaydılar. Diqqət edin: separatçıların qovulmasıyla "ermənılərin deportasiyası" arasında ciddi fərq vardır- birinci halda kimsə separatçı olduğuna görə, ikinci halda isə kimsə sadəcə erməni olduğuna görə izlənmiş olur ki, Beynəlxalq normala görə mill məsubiyyətə görə insanlarin izlənməsini qadağan edilir. Bu isə faktiki olaraq erməni seperatçılarının bütün dünyaya bağırdığı "Qarabağ milli azadlıq hərəkatı" haqda iddialarını birdəfəlik təsdiq etdi və Azərbaycanı beynəlxalq dəstəkdən məhrum elədi.
"Cinayətkar hərəkətsizlik" sözü də burada yersizdir, çünki həmin vaxt Azərbaycan hökumətinin əlində indiki nizami ordu yox idi. Ordunu AXC fəallarının, yerli camaatın təşəbbüsü ilə təşkil olunmuş ayrı-ayrı könüllü briqadalar, SSRİ Ordusunda xidmətini tam qurtarmayaraq Azərbaycana ezam olunan və ya Rusiya h/h-ni sadəcə tərk edərək vuruşan insanlar təşkil edirdilər ki, bu batalyon və briqadalar vahid komandanlığa tabe deyildilər.
Mən Fəhmin Hacıyevə "hökumət xətti" ilə edilən zəng epizodu bağlı araşdırmalar apardım və belə bir məlumata rast gəldim. Fəhmin Hacıyev: "Xocalıların faciəsinin günahları H. Əliyev və onun komandasının üzərindədir. Biz Ağdamdan H.Əliyevə zəng edib danışanda ona xəbərdarlıq etdik ki, çoxlu qan tökülə bilər, cavabında H.Əliyev dedi ki, "siz qarışmayın. İndi bizə qan lazımdır".
Diqqətinizi bu frazadakı bir sözə yönəldin: "Zəng edib" və "bizə". Bu sözlərə qayıdacağam.
Epizodda F.Hacıyevin məntiqinə uyğun olmayan momentlər vardır və suallar yaranır.
1.Şahid ifadələrinə görə, onu hökumət xətti ilə telefona çağırıblar, amma o deyir ki "zəng edəndə".
2.Şahid ifadədələrinə görə həmin vaxt Xocalıdan dinc əhlinin evakuasiyası planı hazırlanırdı və HEÇ BIR QAN TÖKÜLMƏSİNDƏN HƏLƏLİK SÖBƏT GEDƏ BILMƏZDİ!
3.Deyək ki, F.Hacıyev hansısa bizə məlum olmayan faktorları nəzərə alaraq qan tökülə biləcəyini yəqinləşdirib. Onda sual yaranır: niyə F.Hacıyev məhz H.Əliyevə zəng edib? Axı hamımız bilirik ki,H.Əliyev həmin vaxt hökumətdə Naxçıvan MV MM-nin spikeri kimi təmsil olunurdu və gedən hərbi əməliyyatlara təsiri imkani həmın vaxt Agdamda Xocalı sakinlərinin evakuasiyası planı hazirlayan adamların təsir imkanından heç də çox deyildi!
İndi isə ifadələrin təhlilindən çıxardığım nəticə. DQMV-nin FK-ı Camal Əhmədovun ifadəsindəki zəng heç də F.Hacıyevin dediyi zəng deyil. Birinci zəngdə hələlik bizə məlum olmayan adamdan H.Əliyevin "qarışmayın" əmrindən təlaşa düşərək, ikinci ikinci birbaşa zənglə dəqiqləşdirmək qərarına gəlir. Ola bilsin ki, o həmin günə kimi kimə xidmət etdiyini və nələr etməli olduğunu yaxşı dərk etməyibmiş. Bundan başqa, dediyi sözləri H.Əliyevin ünvanına ittiham kimi səsləndirən F.Hacıyev dolayısı ilə həmin cinayətdə öz rolunu isbat etmiş olur. Bu versiyanı yuxarıda qeyd etdiyim "bizə" sözləri parlaq sübut edir. Fəhmin Hacıyev əgər özü də o komandada olmasaydı, cavabında "mən sizinlə deyiləm" deməliydi. Lakin bunun əvəzinə o geriyə- məşvərət kabinetinə dilxor halda daxil olur və "bəylər, özünüzü yormayın, heç bir əməliyyat keçirilməyəcək, Bakı Xocalı əməliyyatına icazə vermədi" deyir! Deməli, "Qarışmayın" sözləri xahiş olmayıb, bu rəisin əmri olub.
https://www.facebook.com/safioqlu

Комментариев нет:
Отправить комментарий