30.06.2013

DAĞLAR


Vüsal Hicranoğlu

Bu qədər cahü cəlal hardan alıbdır dağlar,
Sanma ağ saçlı görürkən qocalıbdır dağlar.

Zirvəsiylə yetişibdir göyün ənginliyinə,
Yerə möhkəm kök atıbdır, ucalıbdır dağlar.

Toxunub zirvəsi ilə deşərək sinəsini,
Buludun göz yaşı ilə qaralıbdır dağlar.

Gözləyir dostları, göz yolda, durub lal, dinməz,
Qoca şair kimi san fikrə dalıbdır dağlar.

İtirib Cəfəri, həm nakam olan Müşfiqini,
Həsrətin rəng ilə, bax saralıbdır dağlar.


Şair övladınız əsla sizi yaddan silməz,
Ta sizə mehr Vüsal,çünki salıbdır,dağlar

Комментариев нет:

Отправить комментарий