15.06.2013

Yenidən partla

Ramin Cahangirzadə

Sus!
Hər nəyi içində saxla!
Ürəyin bulansa da,
Heç nə demə!
Heç nəyi açıqlama!
Heç nəyi gözləmə!
Açılmaz qapının arxasında dayanıb,
Kimsənin sənə yazıqliği gəldiyinə inansan da,
Yazıqlığını boğ!
Dişlərini qıs,
Qısıl öz içinə!
Qısıl…!
Qısıl…!
Qısıl…!
Qızış…!

Yan…!
Yenidən partla
Tikə-tikə səpələn hər yana…
Gözlərin buludlara ilişib qalsa da,
Bulvardakı bitən barmaqlarına düşün.
Yenidən yağ
Yenidən bit!
Çolaq qıçlarını
İşıq dirək tellərindən as!
Burul…!
Burul…!
Sıxıl…!
Sıxıl…!
Sıx özünü
Qoy bütün qaranlıqlar canından süzülsün
Bir damcı da qalmasın səndə…!

Комментариев нет:

Отправить комментарий