14.02.2014

Türklər Bakını soydular


1918-ci il sentyabrın 16-da osmanlılarla müsavatçılar arasında bağlanmış alçaldıcı sazişə əsasən Azərbaycan hökuməti Osmanlıya ilkin olaraq 2 milyon lirə dəyərində ərzaq və digər məhsullar verməyi öhdəsinə götürürdü. Ən təəccüblüsü isə o idi ki, bu müqavilədə Osmanlı tərəfi adından Gəncə dəmiryol idarəsi çıxış edirdi, bu isə o demək idi ki, Azərbaycan dəmiryollarını osmanlılar öz əmlakları hesab edirdilər. Bu hal özünü Osmanlının müttəfiqi olan Almaniyayla Müsavat arasında bağlanan sazişdə də öz əksini tapırdı.
Sazişə əsasən Almaniya Azərbaycan dəmiryollarından heç bir rüsum ödəmədən və icazə istəmədən istədiyi kimi istifadə edə bilər, Azərbaycandakı alman koloniyalarından özü üçün ordu toplaya və bundan istədiyi kimi istifadə edə bilərdi. Bununla da, Azərbaycan heç bir haqq olmadan alman hərb maşınının yüklərini daşımağa məcbur edilirdi.
1918-ci ilin dekabrında «Jizn nasionalnostey» qəzeti yazırdı: «Alman və türklər Qafqazdan hər şeyi daşıyıb aparırdılar… Bütün oktyabr və noyabr ayları ərzində türklər küllü miqdarda mal, fabrikat və texniki əmlakı daşıyıb aparırdılar». Beləki, Osmanlı işğal qüvvələri 1918-ci ilin oktyabr-noyabr aylarında «Elektriçeskaya sila» səhmdar cəmiyyətinin 115 milyon manatlıq, «Şəhərlər ittifaqının» 23 milyon manatlıq əmlakını qarət edib Bakıdan çıxarıb apardılar. Talanlar zamanı «Volqa-Kama ticarət bankının», «Qafqaz və Merkurii», «Əmtəə anbarları Şərq cəmiyyətinin», «Qafqazski xlopok» səhmdar cəmiyyətinin milyonlarla manatlıq əmlakı qarət olunaraq xaricə daşınırdı.

Paylaşdı: Saleh Mehdizade              3,14-thagOras 

Комментариев нет:

Отправить комментарий