08.01.2017

5 manatın üzərindəki sözlərin mənası

“Türk millətinin adı sanı yox olmasın deyə atam Xaqanı və anam Xatunu ucaltmış olan Tanrı, dövlət verən Tanrı, Türk millətinin adı sanı yox olmasın deyə məni o taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğum üçün Xaqan oldum”.
Azərbaycan Respublikasında türk millətçiliyini və şovinizmini hakimiyyətdə olan zümrə hətta pulların üstündəki yazılarla təbliğ edir, amma yalandan deyir ki, multi-kultiralizmə sadiqdi. Yalan danışır bu hökümət onun ideoloqların ağzıyla.
Altaydan da uzaq olan, Çin Xalq Respublikasının şimalında Lobnor gölünün yanında Orxon və Yenisey çaylarının mənbələri yaxınlığında qədim türklərin soqdi əlifbasında qayaüstü yazıları var.
5 manatlıq əskinasın üstündə onun surəti var. Yəni Azərbaycan Respublikasının höküməti iddia edir ki, azərbaycanlıların hamısı- tatı da, talışı da, ləzgisi də, avarı da, ingiloyu da türkməndi, bütün etnoslar türkdü və hamısı Çinin şimalından gəlmədilər. Axmaq və gülməli iddia olsa da, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutu belə dəstəkləyir və bu yalana qoşulur.
Tarixi də siyasiləşdirib, konsepsiyalarını da türk milliyyətçiliyi üzərində qurublar. Azərbaycanda yaşayan xalqların hamsını turk elan edirlər... Ona görə də ermənilərə uduzurlar. Erməni də deyir ki, sən türk bura sonradan gəlmisən... Onda da məcbur olub ikinci saxtakarlıq edib deyirlər ki, yooox, burada yaşayan xalqlar elə əvvəl də türk olub. Toponimlərdə bu təsdiq olunmadığına görə üçüncü saxtakarlıq əl atıb başlayırlar yer adlarını dəyişməyə ki, yalanlarının örtbasdır eləsinlər!
Yalan... yalan dalıyca bir də yalan!!.. Axı səni nə məcbur edir ki, yalan danışasan? Sonra yalanını başqa yalanla şpaklyovka etmək məcburiyyətində qalasan. Olmaz həqiqi tarix yazasan ki, erməni tarixçıləri də sənin qabağında at oynatmasınlar? 7-8 ay bundan qabaq bir erməni tarixçisi bizim dörd tarixçinin xoruzunu qoltuğuna verdi. Yaqub Mahmudovu itin bir yerinə salıb çıxardılar. Amma bu ermənilər rəhmətlik İqrar Əliyev və Fəridə Məmmədovadan it kimi qorxurdular. Həqiqi tarix yazan akademikimizin kitablarını yığıb yandırdılar. Görəsən niyə? Sonradan uydurduqları saxta tarixlə erməni qabağında aciz qalaçaqdınsa, niyə ermənilərin iddalarına cavab verən, onları bağlayan akademikin kitablarını yandırırdın? Çox maraqlıdır. Nədir bunun səbəbi: alimlərimiz niyə siyasətçilərə yaltaqlanır və öz vicdanlarını ucuz satır? Bu suala cavab tapmaq lazımdır.
Siz də, Facebook istifadəçiləri belə hesab edirsiz ki, dədə-babalarınız köçərilər olub və Çindən gəlib? Evlərinizdə babalarınız, nənələriniz heç deyiblərmi ki, siz Çin xalqlarındansız?

Müttəqi Bərməki

Комментариев нет:

Отправить комментарий