Çəkilək xəlvətə bir mən, bir o yar, yeri var.
O gün Allaha duam var, səsimi eşidə,
Yatıra var nə qədər mərdiməzar, yeri var.
Gələ çarşablı yarım, şad eləyə məni kaş,
Çəkə üzdən niqabın nazlı nigar, yeri var.
Görəm on dörd gecəlik ay üzünü mən onun,
Gedərəm əldən-ayaqdan nəyi var, yeri var.
Tökə zülfün kürəyə, dalğalana, ölərəm,
Qızara gül yanağı, üz də hamar, yeri var.
Çəkə pambıq kimi yumşaq əlini saçıma,
Tuta lap dizləri üstündə xumar, yeri var.
Təbiət lütf eləyə nemətini, nə olar...
Səpə narın yağışın fəsli-bahar, yeri var.
Deməsinlər mənə, Sabir, bu qəzəl kimədir?
Eləsəm ismini mən aləmə car, yeri var?
Комментариев нет:
Отправить комментарий