09.01.2017

Bu onun öz işidir

Seyfəddin Talışıstani

Səhifələrdə, paylaşmaların şərhlərində tez-tez görürəm ki acından günorta duran pantürkçülər, güya azərbaycançılar və başqa "guyalar" ermənilərlə yazışan, söhbətləşən, hətta normal bir insanı münasibətdə olan talışları qınayırlar. Niyə qınayırsınız? Rusiyada yaşayan talışlar rusiyalıdırlar, onların ermənilərlə problemləri yoxdur. Başqa ölkələrdə doğulub boya-başa çatan, və yaxud təqiblərdən baş götürüb Azərbaycandan qaçan talışlar da vətənlərindən inciyiblər və ermənilərlə olan problemi öz problemi kimi qəbul etmirlər. Ermənilər də sosial şəbəkələrdə talışlarla heç bir problem yaşamır. Ermənilərin nə talışlara, nə də talışların tarixi torpaqlarına heç bir iddiası yoxdur. Ermənilər talışları özünə düşmən saymır. Bu onların rəsmi mövqeyidir. Hətta talışlar haqqında kitablar yazırlar, konfanslar təşkil edirlər. Universitetlərində Talış dili fakultəsi açıblar. Bu fakultə Azərbacanda deyil, Ermənistandadır. Başa düşürsünüz? Talış məgər Ermənistanda yaşayan xaqldır ki orda fakultə açıblar? Və onlar bilirlər ki, əksinə, talış tanka minib gedib erməninin üstünə, onlarla vuruşub, qırıb onları. Talış ermənilərə qarşı düşmənçilik edib. Bunu da talışlar Azərbaycan xalqına bir müsəlman, həmvətənli dəstəyi kimi edib. İndi də Azərbaycan ordusunda çoxlu talışlar xidmət edir və ön cəbhədədə az deyillər.
Mən özüm şəxsən ermənilərlə dostluq etmirəm. Belə ola bilər, marağa, hansısa erməni ilə mədəni şəkildə yazışam. Sözüm nədir? Sözüm odur ki kimsə hansısa talışın üstünə düşüb ermənipərəst, filanpərəst, bəhməkanpərəsət deməsin. Bu onun öz işidir. İndi biri ermənini özünə düşmən saymır. Guya Azərbaycan dövləti sadə erməniləri düşməm elan edib ki? Azərbaycan dövləti onlara yüksək status, muxtar dövlət təklif edir. Azərbaycan dövləti erməniləri Bakiya dəvət edir, onlardan müsahibə alır, onlara yaşayış yeri verir. Talışla düşmənçilik edən Nuru paşalar olub. Talışa düşmənçilik edən fəaliyyətdə olanlar pantürkçülərdir. Erməni talışları erməniləşdirmir ki. Dillərini dəyişmir ki. Yəni, yeri gələndə erməni ilə xoş münasibətdə olan talış belə də cavab verə bilər. Məni düz başa düşün, mən indi burda talışları ermənilərlə hansısa ittifaq yaratmağa dəvət etmirəm. Mənə görə zəbt olunmuş müsəlman torpaqları azad olunmaldır və qaçqınalar doğma diyarlarına qayıtmalıdır. Müsəlman xalqı öz doğma ellərində yaşmalıdır. Müsəlmanalrın zəbt olunmuş torpaqları geri qaytarılmalıdır. Şuşa məscidlərindən "Allahu Əkbər" sədaları gəlməlidir. Dağıdılmış Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər bərpa olunmalıdır. Məscidlərdə namaz qılınmalıdır. Mən bunu arzulayıram və bir gün bu olacaq. Mən Azərbaycan xalqının xoşbəxtliyini arzulayıram.
Amma bununla belə heç kəs Azərbaycandan küsmüş, incimiş talışa irad tuta bilməz. Ermənilər baxın necə iş görür! Azərbaycanda talışların haqqı ödənilməyəndə ermənilər talışlara deyir ki, mən səni dəstəkləyirəm. Axı niyə Azərbaycan dəstəkləmir talışı ki, erməni düşüb ortaya? İndi biri deyə bilər ki, erməni bicdir, öz məqsədi üçün edir. Yaxşı, bəs sən də ağıllı ol da, sən də heç olmasa öz məqsədin üçün talışın haqqını ver də! Necə olur ki erməni sənin etmədiyini edir, sən də deyirsən erməni öz məqsədi üçün edir, erməniyə inanma. Yaxşı, bəs sən elə et talış sənə inansın da! Sən talışlar üçün Bakida konfrans təşkil elə, tədbirlər təşkil elə, televiziya ver, qazetlər ver, radiolar ver. Ver bunları, erməni də səndən küsmüş, incimiş talışdan istifafə etməsin də. Türkiyədə ermənilər barəsində bir sorğu videosu var. Görəsiz necə xoş sözlər deyirlər ermənilərə. Nədənsə bu nadan "vətənpərvərlər" Türkiyəni suçlamırlar. Belə şey ortaya qoyuruq, dərhal deyirlər indi ermənilər Türkiyədə yüzillərdi yaşayır da! Onları niyə ağa çıxarısınız ki? Tənqid edin də. Deməli, bütün türk dövlətlərinin ermənilərlə münasibətləri ola bilər, ancaq talışlara olmaz. Özü də dəxli yoxdur Azərbayacan talışıdır, yoxsa Rusiya, İran, İngiltərə, Amerika talışıdr. Bütün talışlar elə bil bunların dədəsinin malıdır, ya da qullarıdır. Bunlar kimlə düşmənçilik edəcəksə, talış da quyruq kimi gərək bunlara qoşulsun. Qoşulmasa xaindir. Sən talışın bütün haqlarını ver, əlindən alınmış muxtariyyətini qaytar, həqiqi qardaşlıq elə, onda talış da deyər ki, Azərbaycan mənim canımdır, ciyərimdir. Sən özün talışların böyük bir hissəsini özündən küsdürmüsən. Bayraq olmaz- separatçısan, amma türk tayfalarının hərəsinin bir bayrağı var, hamısını bəh-bəhlə paylaşırsınız. İraq türkmənlərin bayrağını paylaşırsınız- bu separatçılıq deyil, amma talışa olmaz. Himn olmaz- separatçılıqdır. Muxtariyyət olmaz- separatçılıqdır. Amma türkmənlərə İraqda, Suriyada muxtariyyət tələb edirsiz. İranda türklərə muxtariyyət tələb edirsiniz. Ən azı muxtariyyət tələb edirsiniz. Hələ bir bayraqlarını da hər yerdə paylaşırşınız. Rusiyanın yarısına iddia edirsiniz. Bu separatçılıq deyil. Çində uyğurların dərdini çəkirsizniz, bayraqlarını da paylaşırsınız. Onların heç birisi sizin yanınızda erməni ilə döyüşməyib, şəhid verməyib. İnsaflı olun! Sizə dəstək olaraq Talış xalqı qədər Qarabağda heç bir xalq şəhid verməyib. Talışlar müharibədə irəlidə gedib. Canlarından keçib. Onlar Azərbaycan üçün döyüşmürdülər? Yaxşı, bəs talışlar necə olsun? İtsin, batsın, silinsin, məhv olsun, assimilləsiya olsun ki siz pantürkçülər rahat olasınız?
Bu siyasəti dəyişmək gərək. Ədalətli olun. Allahın ədalətinə baxın, Qurana və Sünnəyə baxın görün siz necə də ədalətisiz iş görürsünüz. Allahın qəzəbinə tuş gəlməyin.
Mən bir talış olaraq bütün mömin və ədalətli türk qardaşları talışların haqqının müdafiəsinə çağırıram. Bununla siz sübut edəcəksiniz ki, həqiqətən də bizə bir müsəlman qardaşsınız. Mən belə türkləri sevirəm, onlarla həmdərdəm, onların sevinci bizim sevincimizdir. Onların şəhidi bizim şəhidimizdir. Onlar ədalətli olarlarsa, bizə o ədalətə dəstək verərik.

Комментариев нет:

Отправить комментарий