10.01.2017

Ayətullah Sistaninin bu fətvası olmasaydı…

İran İnqilabı Rəhbəriyyət Bürosunun sədri Məhəmmədi Gülpayiqani bu sözlərlə çıxış edib. Ayətullah Asifi barədə keçirilən konqresdə Höccətül-İslam Məhəmmədi Gülpayiqani mərcəiyyətin İŞİD-ə qarşı mübarizədəki rolundan danışıb.O belə deyib: “Bu bir reallıqdır ki, əgər Ayətullah Sistaninin fətvası olmasaydı, nə Kərbəla, nə də Nəcəf qalardı. Bu fətvadan  sonra alimlərə və mərcəiyyətə güvənən insanlar İŞİD-ə qarşı döyüşmək üçün meydanlara çıxdılar. Bu gün İslam düşmənləri bur gerçəyin fərqinə varıblar. Dolayısıyla mərcəiyyət məqamını sarsıtmak və xalqın gözündən düşürmək üçün sistematik olaraq çalışırlar. Buna görə də müsəlmanlar son dərəcə ayıq olmalı və düşmənin oyunlarına alət olmamalıdırlar. Təkfirçilər Nəcəf və Kərbəlanı yerlə-yeksan etməkdən sonra Məşhəd şəhərində yerləşən İmam Rza türbəsini də hədəfə almışdılar. Lakin Ayətullah Sistaninin  fətvasını düşmənin planlarını pozdu. 1 milyon aşiq insan terroristlərə qarşı vuruşmaq üçün hazır vəziyyətə gəldi. Bunu açıq aşkar söyləyirəm: Əgər Ayətullah Sistaninin fətvası olmasaydı, nə Kərbəla qalacaqdı, nə də Nəcəf!”

Комментариев нет:

Отправить комментарий