Elçibəyçilik üçün Qarabağ məqsəd deyil- vasitədir. Əsl məqsəd üçün vasitə. Əsl məqsəd isə Azərbaycanın hesabına, hətta nəticədə Azərbaycan məhv olsa da, regionda İran və Rusiyaya ağır zərbə endirməkdir. Azərbaycan burda “peşkadır”. Buna görə Qarabağ məsələsini ən əvvəldən elə cür şəkilləndirmək, konstruksiya etmək lazımdır ki, Azərbaycan-Ermənistan münaqişəsi asanlıqla Azərbaycan-Rusiya, Azərbaycan-İran qarşıdurmasına keçsin. Bu heç Türkiyənin də səviyyəsi deyil, hərçənd arxa cəbhə missiyasını məhz Türkiyə icra edir. Bu məqsəd naminə yüzlərlə, minlərlə məlum və ağlagəlməz kanallardan təhsil sisteminə, yerli jurnalistikaya, aylıq icarəsi Amsterdam fahişəsinin bir gecəlik məvacibinə bərabər olan siyasətçilərə illər ərzində milyardlarla “səhm” yatırılır. Ki, qoyun kütlə “rus, fars, erməni - bunlar türkün düşməni” qışqırmaqla, qoyun siyasətçi Qarabağın azad olunmağı üçün Rusiyanın dağılmağını arzuladığını (guya ABŞ, Fransa ermənipərəst deyil!) bəyan etməklə bir gecənin içində bütün səhmləri artıqlaması ilə doğrultsun.
"Rusiya Dağılacaq" facebook səhifəsi
Комментариев нет:
Отправить комментарий