Həmid Herisçi: Hər bir gürcü, ən ucqar kəndən olanı belə öz paytaxtını- Tiflisi sevir. Ən ucqardan gəlmə erməni öz Yerevanını sevir. Tək bizdən başqa. Bizdə kənd yazarlarının hamısı öz kəndini sevir, öz kəndlərini ölkənin paytaxtı görmək istəyirlər. Bakıya nifrətlərini gizlətmirlər. Niyə sevmirlər onlar Bakını? Niyə? Niyə Bakıya öz kəndlərini qısqanırlar? Niyə bakılı ola bilmirlər? Niyə öz kəndlərindəki axmaq çobanı dünyanın ən ağıllı adamı hesab edirlər? Kənd yazarları artıq bizi bezdirdi lap... Dəyişin. Şəhərli olun. İlk növbədə bədii mətndə.
Qızıbaşlar Fədai: Bizim ən yaxın dostumuz Rusiyadır ki, əhalinin 45%-i ordan qazanır və ailələrini dolandırır.
Elxan Xəlilov: Jirinovski deyir ki, 1988-89-cu illərdə ölkəyə soxulmuş “demokratların” 50%-i İsrail və ya Amerika kəşfiyyatının cəlb etdikləri agentlər idi. Müstəqillik və demokratiya adı altında SSRİ-ni dağıtdılar. Xalq inandı ki, azadlıq və müstəqillik adlı şeylər var. SSRİ-ni ancaq içəridən dağıtmaq olardı ki bunu da Qorbaçov etdi. Azərbaycanda da belə oldu. Sonralar məlum oldu ki, meydana çıxan aktivistlər hərəsi bir dövlətin cəsusudur. Milyonlar vəd edən, neftin bərabər bölünəcəyini bildirən, torpağınızı 5 santimetr qızıldan edəcəyik deyən demokratlar indi hardadır? Boğazından tutub üzəsən ki, bəs hanı qızıldan asfalt? Hər evin 2-3 krediti var, xalq zülm içində çabalayır. Amma onlar indi hərəsi bir partiya basqanıdır, katibə, muhafizəçi öz yerində, evində qulluqçu, özü də ayda 1-2 dəfə xaricə gedib gəlirlər, bəy kimi həyat sürürlər. Dünən şirinçaya möhtac olan indi Bakıda bəy olub. Birinin də usağı şəhid olmayıb müharibədə, xalqı qırdırıblar. Ona görə də mitinqlərinə 1000 nəfər adam gəlir. Millət hər şeyə inamını itirib, tüpürüb hər şeyə, öz qarnının hayındadır.
Kərbəlayi Tofik Səfərzadə: Türkiyədə ana oğluna başmaq atdığına görə, oğul ananı məhkəməyə verib. Məhkəmənin qərarı- başmaq soyuq silah olduğuna görə anaya 5 il cəza təyin etmək istəyir.
Şahlar Nur: Ölkədə hər şey yalan üstə qurulub. Qatıq qaradı. Sovet vaxtı hər şey gözəl idi. Çürük müstəqillik çoxmilyonlu sadə vətəndaşa problemdən başqa heç nə vermədi.
Tohid Lənkərani: Hər gün yeni layihə, yeni qanun. Bütün bu qanunlar da gəlir İmam Hüseyn məktəbinin və onun ucalan bayraqlarının başında sınır.
Anar Rzayev: Milliyyətçiliyik Allah yanında bəyənilməyən bir işdir.
Faiq Mirzəyev: Sovet yaşayışı dünyanın ən gözəl yaşayışı olub. Mən Almaniyada yaşayıram. Almaniyadan biz o vaxtı 10 dəfə yaxşı yaşamışıq. Yaşasın kommunizim! Avropanı istəyən partiyalarımız var, Azərbaycanda onlara çatdırmag lazımdı ki, millətimizi aldatmasınlar, bizim yolumuz sadəcə Rusiya ilədir, bizim müttəfiqimiz Rusiya olmalıdir!
Ceyhun Salahov: Gəncədə Aşura günü 80% obyektləri bağlı görəndə, mərkəzdən İmamzadəyə pulsuz zəvvar daşıyan avtobuslara, dəstə-dəstə qoca, qadın, uşaqların piyada getməklərinə, yolda onlara qulluq eləyən ehsan süfrələrinə baxanda, hətta o süfrələrdə polislərin oturduğunu gördükdə başa düşürsən ki, bu qadağalar hamısı boş-boş şeylərdi.
İntiqam Hacıyev: Baksovetdən avtobusla Yasamala tərəf yuxarı qalxanda N.Nərimanovun heykəlinin altında çox bpyük hərflərlə yazılmış sözlər yadıma düşür: Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır. Bu sözlər N.Nərimanova məxsusdur.
Fizuli Şəfiyev: Diş həkimi dostum var, deyir dişlərinizi qorumaq istəyirsinizsə, satışda olan diş məcunlarından, fırçalardan az istifadə edin.
Mirnisə Dadaşova: İranda kiminlə tanış olursan, deyir ki, universitretdə oxuyuram, ya da deyir ki, universitet qurtarmışam.
Elşən Cəfərov: Hamısını- millət vəkillərini, nazirləri və başqa yüksək vəzifəli gülənçiləri təyyarəyə mindirib, öz peyğəmbərləri olan Gülənin yanına Amerikaya göndərmək lazımdı. Azərbaycana radikal islamçıları onlar gətirib. Azərbaycanı bir partlamağa hazır olan çəlləyə məhz onlar gətirib çıxardıblar. Gülənçilərə məxsus bütün məktəblər bağlanmalıdır. İndi gizli fəaliyyətə keçiblər. Guya adları dəyişib, amma güləniçi direktorlar və müəllim heyəti elə yerində qalıb. Qafqaz universiteti buna misaldı. Guya gülənçilərdən alıb onu Sokara veriblər. Sokarın rəhbəri elə ən böyük gülənçidir.
Ramin Qardaşxanov: 22 il Sovet dövlətində yaşamışam, nə zülm görmüşəm, nə ədalətsizlik. Həyatımız sözün əsl mənasında mənalı keçirdi, bu gündən sabaha yaşamağa ümid var idi. Müstəqil idik, indikindən milyon dəfə müstəqil idik.
Fərid Cəfərov: Rusyada pul qazanırıq, İrandan da ərzaq, dərman alırıq. Bu, kasıb xalqa köməkdi. Türkiyə isə bizdən qaz alır, özü də “qaz” qiymətinə alır, geydirmə şeylərini od qiymətinə soxuşdurur.
Zeynəb Cəfərli: 18-ci ildə Rus ordusu köməyə gəlməsəydi, Osmanlı gədələri bütün düşünən başları kəsəcəkdilər. Elə indi də türklər bizə düşməndi. Evimin içində, üzü üzümə, dedi ki, “Azərbaycan adlı məmləkət yoxdu, bura bizim torpaqdı, əvvəl-axır gəlib oturasıyıq burda”...
Vüqar Məmmədov: Bir maraqlanardız, Qarabağ qayıtsa, orda torpağın sotunu sadə vətəndaşlara, ən əsas da şəhid ailələrinə neçəyə satacaqlar.
Qoşqar Əhmədov: 2007-ci ildə İran İslam Respublikasında ali məktəblərdə təhsil alan tələbələrin 60 faizi qadınlar olub. Bu gün isə bəzi əyalətlərdə 70 faizə çatır. Görəsən bizdə statistika nə deyir? O İrana “geri qalmış”, “mollabaşlar ölkəsi” deyənlərdən soruşmaq olar?
Rəfail Ağayev: 1980-81-ci illər olardı. Astara tərəfə gedən avtobusların biri ilə kəndə gedirdim. Gördüm ki bir qoca nənə Brejnevin qəzetdəki şəklini öpüb deyir: “Allah sənin canına dəyməsin, sən ölsən, biz hamımız yetim qalarıq... Dörd oğlum var, dəyyuslər mənə ayda 10 manat vermirlər, sən isə mənə hər ay 70 manat göndərirsən...” Noyabrın 10-u Brejnevin rəhmətə gedən günü idi. Onun ölümündən sonra nəinki o qoca nənə, dünyanın yarısı yetim qaldı...
Zahid Mikayılov: ABŞ ən şərəfsiz dövlətdir.
İlham Əlisoy: Deyir, bunların hamısını yığasan qapalı bir şəhərciyə. Əllərində olan bütün var-dövləti alıb, hərəsinə 250-300 manat əməkhaqqı kəsəsən. Təbii ki, kommunal xərclər diferensiallaşmış vəziyyətdə. Həmin şəhərcikdə personal heyəti ATU-nun məzunlarından təşkil olunmuş xudmani bir xəstəxana tikəsən. Şəhərciyin dini sahəsini vahhabilərə, təhlükəsizliyini isə tapşırasan Eldar Mahmudova. Elə ki cəbhədə bir güllə atıldı, dərhal bunların balalarını basasan qabağa. Mitinq-zad keçirib etiraz etmək fikrinə düşsələr, ciblərinə nanədən, keşnişdən (əsl narkotik yox ha, qoy ürəkləri partlasın) atıb, məhkəmədə narkotikdir -deyib qıpqırmızı üzlərinə durasan. Və ən əsası- "toy sezonu" başlayan kimi hərəsinin əlinə çox yox, cəmi iki dənə dəvətnamə tutuzdarsan ki, di yaşayın, ay dümbələklər!..
Təranə Əliyeva: Qaçanları qəhrəman edən yeganə xalq kimi Ginnesin rekordlar kitabına düşəcəyik. Qəhrəmanlar və liderlər güllə üstünə öndə gedər. Xalqını qoruyar. Danko kimi ürəyini çıxardar ki, işığında xalqını, elini zülmətdən qorusun, yolunu işıqlandırsın. Bizimkilər də qaçanları qəhrəman edir.
Əkrəm Məlikov: Soveti bəyənməyən əbləhlər! Görün nə günə qalmısınız. Ölkə QİÇS üzrə birinci yerdədir. Hepatitli xəstələrin sayi bilinmir. Minlərlə yoluxucu xəstəlik daşıyan insanlarımız var. Mentalitet dərdindən dərdini kimsəyə aça bilmir. Səhiyyə o qədər bərbad gündədir ki, qrip xəstəliyini müalicə edə bilmirlər. Xaricdən iribuynuzluların gətirdiyi ərzaq məhsulları milləti iflic vəziyyətinə salıb. SSRİ vaxtında niyə yox idi bu xəstəkiklər? İndi də xəstəlik daşıyıcılarının nəşini yandırmaq qərarı verirlər. Heç olmasa utanın, budurmu yüksək inkişafınız? Meyidi yandırmaq yox, sizin kimi nadürüstləri diri-diri yandırmaq lazımdır.
Rüstəm Hüseynov: 1991-ci ildə SSRİ dağılanda dövlətin 40 milyondan artıq vətəndaşa əmanətlər üzrə 315,3 milyard, dövlət sığortası üzrə 24 milyard, qiymətli kağızlar və istiqrazlar üzrə 342,2 milyon, cəmi 374,22 milyard Sovet manatı, yəni o zamankı kursla 220,13 milyard dollar borcu var idi. Müstəqilliyin 25-ci ilində isə Azərbaycanda 2,5 milyon insanın, yəni hər 4 nəfərdən birinin kommersiya banklarına kredit borcu var. Budur müstəqillk!
Elxan Zaman: Bugün azərbaycanlı iki məsələni bilməlidir: 1.Ona qarşı bütün səviyyələrdə və bütün istiqamətlərdən terror edilir, onunla hər vasitə, hər üsül və hər səviyyədə qaydasız müharibə aparılır. Bu müharibənin heç bir sərhədi, heç bir güzəşti və heç bir rəhmi yoxdur; 2.Hərb hiylədir. Bu iki məsələni yəqin edib həyatımızı bu iki məsələ, prinsip, bənd üzərində qura bilsək, bəlkə də xilas ola bildik...
Fərhad Həsənzadə: Vahhabi-sələfini harda gördün, tarakan kimi öldür! Azərbaycanda onlar üçün yer olmamalıdı!
Rusiya Dağılacaq: Yeraz, Naxçıvan, Qarabağ siyasi klanlarının tarixi siyasi-mənəvi rəhbər qismində Rəsulzadəni seçməkləri maraqlıdır. Necə olur ki, ölkənin tarixi əhalisinə (Abşeron, Muğan, Şirvan, Gəncə və s. camaatı) ikrah fonunda bakılıya tapınıblar? Burda, “zapadenlər üçün yaxşı bakılı ancaq ölü bakılıdır” deyib, zarafatla mövzunu bağlamaq olardı. Amma məsələ başqadır. Ələxsus Rəsulzadənin “bakılılığının” bəzi bakılılar tərəfdən vurğulanıb, beləliklə onun müdafiə olunması fonunda. Bəli, Rəsulzadə bakılıdır, amma bir bakılı kimi - İUDAdır. Bakıya və bakılılara, ümumilikdə, Şirvan torpoğına xəyanət etmiş satqındır. Əvvəla, Rəsulzadənin dini etiqadını vurğulayaq- şiə sitadelində doğulmuş bu adam, nəinki “osmanlı modelli” islama meyl göstərib, bəzi mənbələrə əsasən, ümumiyyətlə bəhai olub. Bundan əlavə, Rəsulzadənin osmanlara bağlılığı təkcə abstrakt “meyl” forması daşımayıb, ümumiyyətlə- inqilaba qədər məhz Türkiyəyə sığınıb, müharibədən sonra da orda yaşayıb və vəfat edib. Bütün bunların məntiqi nəticəsi kimi- osmanlı qüvvələrinin Azərbaycanı işğalının birbaşa vasitəçisi olub. Bəli, bakılı Rəsulzadə sözügedən qüvvələr tərəfindən sevilir, təbliğ-təşviq edilir, növbəti “ümummilli dönər” qismində inadla xalqa sırınır, amma onun “bakılılığı” burda bonusdur. Rəsulzadə bakılılara (və bütün azərbaycanlılara) nümunə kimi göstərilir- qabağa getmək istəyirsən, satqın ol. Türkiyəyə, lazım gəlsə, birbaşa ingilisə biət elə.
Sadiq Ağayev: Azərbaycanda “vətənpərvərlik” İranı və farsları söyməkdən başlayır).
Vüqar Aslanov: Mən bir dəfə Gürcüstandan qayıdanda dollarla verilmiş rüsvəti bölə bilməyən iki gömrük işçisinin bir saatdan çox xalqı necə ləngitdiyini görmüşəm maşın keçidində. Nə hesablayıb kimə nə düşursə ayırd etməyə ağılları, nə də “səndə qalsın, sonra ayırd edərik” deməyə etibarları çatmırdı. Mən hələ rüşvətsiz işləmək üçün vicdan çatışmazlığından danışmıram.
Elxan Xəlilov: Bəsdir daha Feys-meys. Adam bezdi. Elçibəy belə gəldi, Gülən belə getdi, Putin belə gəldi... Dənizə getmək vaxtıdır. Yeni işlərimizə enerji yığmaq lazımdır. Bilgəh jdi menya...))
Комментариев нет:
Отправить комментарий