09.05.2017

Amerika yolda itən 36 raketini axtarır

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -67

Rüstəm Hüseynov: Mən 24 il yaşamışam o xoşbəxt Sovet dövlətində. Onun son 3 ilini saymamaq da olar. Qorbaçov alçağın vaxtına düşdü...
Pərviz Həkimov: Ruslar xalqı talamırdı, bu cəfəngiyyatdı. Rusların tikdirdiyi zavodlar, pulsuz evlər, ayda iki dəfə maaş, qəndi xaricdən baha qiymətə alıb vətəndaşlarına ucuz satmaq- bəs ədalətiniz varsa bunları da yazın da! Hələ Rusların tətbiq etdiyi təhsil sisteminin bir zərrəsi belə milyon barrel neftdən qiymətli idi.
Müttəqi Bərməki: Bu xalqı elə zombi gününə salblar ki, vətənpərvərlik anlayışında ikiləşmə gedib. Türkyəni sevmək, Azərbaycanı Türkiyə maraqlarına satmaq vətənpərvərlikdi...
Əmrulla Şirvanov: Qananı qanmaza edibdir möhtac, Gərdişini dəyişibdir zəmanə.
Qəmlo Əsədulla: Hətta Türkiyə Məclisində millət vəkili çıxış edib dedi ki bəsdirin Azərbaycanda Səudiyə Ərəbistanı ilə birgə şiələrə qarşı siyasət apardız, siz məzhəb davası salacaqsınız.
Nadir Qocabəyli: Mənə maraqlıdır, müxalifət lideri xarici ölkə səfiri ilə hansı məsələləri müzakirə edə bilər? Bu səfirliklər niyə çox zaman ABŞ və Böyük Britaniya səfirlikləri olur? Niyə tutaq ki, müxalifət Hindistan səfiri ilə heç vaxt görüşmədiyi halda mütəmadi olaraq ABŞ və İngiltərə səfirləri ilə görüşür?
Afiq Əliyev: Ümumiyyətlə Azərbaycan dilinin nəyə xeyri var? Azərbaycan dilinin yerli alverden başqa heç nəyə xeyri yoxdur. Nə onunla düzgün elm öyrənirsən, nə onunla mənəvi irəli gedə bilirsən. Azərbaycan dili ilə nə düz-əməlli həkim, nə alim, nə texnoloq olmaq mümkün deyil!
Fizuli Zaidov: Rusiya Xəzər dənizindən təqribən 1500 km məsafədə olan Suriyaya 100% effektiv nöqtə atışları etdiyi halda, ABŞ cəmi 100 km məsafədən atdığı 100 milyon dollarlıq 59 raketdən cəmisi 23 dənəsi aerodroma çatmış, onlardan da cəmi 4-ü hədəfə dəymişdir. Amerika yolda itən 36 raketini axtarır.
Qadir Şah: Osmanlı şərəfsizlər tam 300 il bizimlə döyüşüblər. Ağqoyunlu Sultanı Uzun Həsənin vaxtından son Səfəvi Şahına qədər. Hələ 1514 müharibəsini demirəm. Osmanlılar bizim əsas düşmənimizdir. O qədər ölümləri, qətliamları necə unutmaq olar?!
Sevil Gültən: Sovet vaxtı 55 manat təqaüd almışam. Bu pulla ev kirayəmi də vermişəm, yemək-içməyimi də almışam, hətta rayona pay da alıb yollamışam. 5-ci kursda oxuyanda əlaçı tələbələri Həmkərlar İttifaqı hesabına Ukraynaya yolladılar. Ukraynanın 17 şəhərini gəzdik. İndi hansı müstəqil ölkədə bu imkanlar var?
Hikmət Babayev: Bilge Tonyukuk, elə profil şəkilivə qoyduğun Atatürkün özü Müsavatı ingilis agentləri elan etmişdi. Onda niyə o şəkli profilə profilə AC-yə hörmətsizlik edirsən? Hə?! Bəlkə deyəcəksən Atatürk Rəsulzadəni Türkiyədən qovmayıb, qazetini qadağan etməyib? Belə faktlar çıxardılıb arxivdən...
Firəngiz Bağırova: Azərbaycandakılara çatdırın Rusların adını çəkməsinlər. Azərbaycanın 80% kişiləri Rusiyada qazanıb vətəni və ailələrini dolandırırlar. Sənə çörək verənə təpik vurmazlar. Günahdır.
Zaur Musayev: Dost, tanış, kimi dindirirsən hamısı ölkədən getməyi planlaşdırdığını deyir. Belə baxıram, bu gedişlə ölkədə bir mən qalacam, bir də polislər.
Anar I-ov: Yenə də SSRİ-nin vaxtında mədəniyyət, tərbiyə, böyük-kiçik hörməti var idi. Çoxlarının bəyənmədiyi Sovetlər gənclərə pulsuz ev, iş, pulsuz məktəblər, institutlar xəstəxanalar verirdi. Bəs indi?
Cəmil Şirvanov: Maraqlı, gülməli və ağlamalı bir hadisə bilirəm bizim həkimlərin kəraməti barədə. Bir yoldaşın saçı lopa-lopa tökülürdü. 5000-dən çox pulu çıxdı müayinə və müalicələrə. Rentgen müayinəsinin nəticəsinə görə bir həkim ona demişdi ki, sənin başında “şiş” var, qısa müddət ərzində öləcəksən. Amma adam özünü yaxşı hiss edirmiş. Evdəkilər az qala yasa hazırlıq işlərini görürmüşlər; cavan övladlarının ölümünü ağlayaraq gözləyirdilər. Yoldaş İrana müalicəyə gedir. Ordakı həkimlərə həmin neqativi göstərdikdə, sevindirici xəbər alır. Sən demə neqativdə bizim savadlı həkimlərin “şiş” kimi qiymətləndirdikləri ləkə adicə barmaq izi imiş. Neqativ tam qurumamış kiminsə barmaq izi ora düşüb. Çox ucuzvari müalicə aldıqdan sonra bu problemi aradan qaldırdılar.
Telman İslam: Qaçqınlar var deyir, o vaxt bizə İran kömək etmişdir, böyük köməkləri olub.
Hacı Qüdsi: 200 il bundan qabaq hansı dövlətin vətəndaşı idin? Gülüstan müqaviləsində biz təbeyi-İran idik.
Tofiq Səfərzadə: Vahhabilər namaz qılsalar da belə müsəlman deyillər. Heç bu günə kimi eşitmisinizmi bir vahhabi belə olsun İsrail tərəfə güllə atsın? La ilahə illah deyən insanın başını kəsmək nə dərəcədə düzgündür? Heç vaxt it yiyəsinə hürməz.
Qlobal Oyunçu: Rayonlardan Bakıya maşınları buraxmırlar, şəhərdə yerli camaatdan çox ərəb turisti yeyib-icib kef eləyir, gəlib indi burda hür və azad yaşamaqdan danışır...
Qabil Fəttahov: Rusu tanımayan insan Rus haqda yazırsa mən Rusu o insana tanıtmağa hazıram. Gəlsin Rusiyaya, bütün xərclər də mənim olsun. Və görsün dəqiq Rus kimdir. Kimsə gedir hansısa bazarlarda işləyir, elə bilir ki kifayətdir, Rusu tanıdı. Rusu tanımaq üçün o millətin içində olmaq lazımdır.
Ceyhun Salahov: Sovetin vaxtında camaat bəy, xanım kimi dolanırdı, hamı da bir-birinə bacı-qardaş deyirdi. İndi bəy-xanım ancaq müraciət forması olub, camaatın əksəriyyəti də bəy-xanım qapısında çalışan nökər kimidi.
Vüsal Sadıqov: Gecə terrorçular bar-bar bağırırdılar ki, Rusiya və Suriya hərbi təyyarələri məscid bombalayıb və xeyli adam qətlə yetirilib. Səhərə yaxın məlum oldu ki, bombalayan ABŞ olub. Dərhal sözlərini dəyişərək məscidin yox, məscidin yanında binanın bombalandığını və binada Əsəd rejiminə qarşı döyüşənlərin iclası keçirildiyini deməyə başladılar. Bu şərəfsizlər başda Amerika olmaqla imperializmin o dərəcədə qulları və itləridirlər ki, hətta ağaları tərəfindən məhv ediləndə də buna bəraət qazandırırlar.
Həsən Həsənzadə: Bir şorgöz kişi olur, buna deyirlər cənnət istəyirsən, cəhənnəm? Gəl aparaq özün seç. Gətirib cəhənnəmi göstərirlər, görür cəhənnəmdə Asena, Sibel Can, Seda Sayan, Röya. Sonra aparıb cənnəti göstərirlər. Baxır görür burda ancaq möminlərdir. Deyir gedim cəhənnəmə, nə var e cənnətdə, gözəl müğənnilər ordadır. Cəhənnəmə girən kimi atırlar odun içinə. Deyir aaa, bəs müğənnilər hara getdi?! Deyirlər onları reklam üçün qoymuşduq.
Zərdüşt Əlizadə: Sizə sual verirəm, qırğızlar türkdürlər, eləmi? Bəs hansı dildə danışırlar? Qırğız. Özbəklər hansı dildə danışır? Türk, yoxsa özbək dilində? Əlbəttə, özbək. Türkmənlər də türkmən dilində danışır. Bəs Azərbaycan niyə türk dilində danışmalıdır? İyirmi bir ərəb dövləti var. Bir ədəbi dil, bir peyğəmbər, bir müqəddəs kitab. Bağdadda çıxan qəzetin dili ilə Mərakeşdə, Rabatda çıxan qəzetin dili arasında heç bir fərq yoxdur. Dialektlərdə fərq ola bilər, amma ədəbi dil eynidir. Universitetlər, orta məktəblərdə eyni dildən istifadə olunur. Amma itlə pişik kimi bir-biri ilə vuruşurlar. Suriyanı qırırlar, Liviya ayrı işlə məşğuldur. Niyə? Çünki etnik əsasda birlik mümkün deyil. Hamısı nağıldır.
Doktor Əli Şəriəti: “Ziyalı fəlsəfəni bilmirsə bilməsin. Fiqh alimi deyilsə, olmasın heç. Amma zəmanəni hiss etməli, xalqı anlamalıdır. Bu gün necə düşünmək lazımdır gərək bilsin. Necə bir məsuliyyət daşıdığını və bu məsuliyyətin qarşısında necə fədakarlıqlar etməli olduğunu bilməlidir”. 
Əli Azər Bandoj: Sözə bax e, “Məscidin hökumətə borcu var”. Yəni Allahın hökumətə borcu var. Yəni bu hökumət deyir ki, mən kafirəm...
Rusiya Dağılajax: Aksiomu təkrar edirik- Azərbaycanın yeganə xilası rusdilli rekonkistadadır. Azsektorun istənilən başlanğıcı fəlakətə məhkumdur.
Təranə Əliyeva: İki kəlməni calaya bilməyənlər gəlib universitetlərdə dərs verəndə, Elmlər Akademiyasında işləyəndə... Bunlara deyən gərək dədən sirkə, ciyin sarımsaq, hardan oldun gülməşəkər?! Savadları 0, səviyyələri 0... Pul saymaqdan başqa heç nə bilmirlər. Tarix hara, ideologiya hara, təfəkkür hara, bunlar hara?!
Zahid Mikayılov: Sovet quruluşu qədər dəyərli quruluş olmayıb.
Elxan Zaman: Təzə söz tapıblar: dindən istifadə eləməsinlər! Bəs neynəsinlər? Versinlər sizin monopololiyanıza, yoxsa aparıb evdə qoysunlar servanta?!
Əkrəm Həsrət: Bu xalqı murdar siyasətlər ilə 100 il geri saldılar. Hələ dəhşətli günlərimiz qabaqdadır. Xalq neçə yerə parçalanıb. Bunları yığıb-yığışdırmaq, anlatmaq çox çətin olacaq. Milliyyətçilik olan bir məmləkətdə nəinki monarxiya, istənilən anarxiya mütləq olacaq.
Sahil Qənbərli: Əvvəllər ərindən boşanan müğənni olurdu, indi jurnalist olur.
Fərhad Həsənzadə: Azərbaycan SSR çiçəklənən respublika idi, müstəqillik qazanandan sonra əməlli-başlı müstəmləkəyə çevrildi. Əgər Sovet Azərbaycanına başqa millətlərdən gəlib yaşayan var idisə, bu gün öz camaatı hətta Rusiyanın ucqar şimalına qaçmağa hazırdı, hətta qaçır da.
Rəhim Həsənli: 50 ballıqların məntiqi: Konfutsi türkdür, Kürşad türkdür, hunlar türkdür, macarlar türkdür, osmanlılar türkdür, monqollar türkdür, kanadalılar türkdür, apaçilər türkdür, komançilər türkdür və ilaxır və sair... Amma qızılıbaşlar türk deyil... Heyf o 50 bala ki, sən ona nail olubsan!!!
Əkrəm Məlikov: Sovetlər bizə ağa ağ, qaraya qara deməyi öyrədib. Böhtandan, ikiüzlülükdən, riyakarlıqdan uzaq olmağı öyrədib. Kiminsə hesabına yox, öz halal zəhməti ilə dolanmağı öyrədib. Sovet bizə sözü eyhamla deməyi öyrədib. Anlamayanları isə konstitusiya zopası ilə başa salırdılar. Sovetin dəyişilməz müqəddəs qanunları var idi. Mənimlə sərt danışmağınızdan hiss olunur masanızın üstündə “müstəqil Azərbaycanın” ayda iki-uç dəfə qaralama dəftəri kimi yazılıb pozulan konstitusiyası var. Ona əsaslanıb diskussiya aparmaq fikrindəsinizsə, yanılırsınız. Kifayət qədər savadım və dünyagörüşüm var. Dünənki uşaq deyiləm. Qaldı Leninin mirası olmağımla da qürur duyuram. Sizlər Ərdoğanla, Əli Kərimli ilə, İsa Qəmbərlə qürur duyduğunuz kimi.
Hüsnü Məhəlli: Mən Qarabağ savaşının ən qızğın vaxtında oraya getmiş yeganə jurnalistəm. Həm Azərbaycan, həm də Ermənistan tərəfindən getdim… Mən Xankəndində olanda ermənilər hücum edib Ağdamın bir hissəsini işğal etdilər. Azərbaycanlı gəncləri əsir almışdılar. Koçaryana dedim ki, onlarla danışmaq istəyirəm. Mənim operatorum bosniyalıdır, illərdən bəri onunla işləyirəm. Uşaqlara salam verən kimi ağlamağa başladılar. Necə ağlayırdılar! Həyatımda o cür şey görməmişəm. Onlar ağlayan kimi, mənim bosniyalı operatorum da ağladı. Mənim də boğazım düyünləndi. Hamımız ağlayırdıq, baxdım ki, yanımdakı erməni zabiti də ağlayır. Dedi ki, bizim düşdüyümüz vəziyyətə bax, sovet vaxtında biz ən yaxın iki xalq idik, Moskvada tələbə olarkən savaşanda birgə savaşardıq, indi düşdüyümüz vəziyyətə bax... O günlərdə gördüyüm bir mənzərə mənə o qədər pis təsir edib ki, ömrümün axırına qədər unutmayacağam…

Комментариев нет:

Отправить комментарий