Qəlbimə həsrətlər min yara vurub,
Yol gözlər olmuşam boynumu burub.
Səninçin yaşaram ayaqda durub,
Ölməyə nə var ki- ölsəm ölərəm.
Harama sevgimi qata bilmərəm,
Vicdan ağrısıyla yata bilmərəm.
Günahla məqsədə çata bilmərəm,
Gəlməyə nə var ki- gəlsəm gələrəm.
Qəhrəman olmağa nə var ki dildə,
Bəlkə də gülürəm bir dəfə ildə.
Qəlbim ağlayarkən saxta şəkildə,
Gülməyə nə var ki- gülsəm gülərəm,
Ölməyə nə var ki- ölsəm ölərəm!
Комментариев нет:
Отправить комментарий