Hüsnü Məhəlli:
-Mən Qarabağ savaşının ən qızğın vaxtında oraya getmiş yeganə jurnalistəm. Həm Azərbaycan, həm də Ermənistan tərəfindən getdim… Mən Xankəndində olanda ermənilər hücum edib Ağdamın bir hissəsini işğal etdilər. Azərbaycanlı gəncləri əsir almışdılar. Koçaryana dedim ki, onlarla danışmaq istəyirəm. Mənim operatorum bosniyalıdır, illərdən bəri onunla işləyirəm. Uşaqlara salam verən kimi ağlamağa başladılar. Necə ağlayırdılar! Həyatımda o cür şey görməmişəm. Onlar ağlayan kimi, mənim bosniyalı operatorum da ağladı. Mənim də boğazım düyünləndi. Hamımız ağlayırdıq, baxdım ki, yanımdakı erməni zabiti də ağlayır. Dedi ki, bizim düşdüyümüz vəziyyətə bax, Ыovet vaxtında biz ən yaxın iki xalq idik, Moskvada tələbə olarkən savaşanda birgə savaşardıq, indi düşdüyümüz vəziyyətə bax... O günlərdə gördüyüm bir mənzərə mənə o qədər pis təsir edib ki, ömrümün axırına qədər unutmayacağam…
Комментариев нет:
Отправить комментарий