“Mənə elə gəlir ki, ən çılğın, ən atəşli və dərin sevgimi hələ yaşamamışam”
Lent.az-ın “Məşhurların sevgi etirafları” layihəsinin növbəti qonağı Almaniyada yaşayan azərbaycanlı yazar, şairə və tədqiqatçı, Berlində fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşidir. Onu da qeyd edək ki, bu gün Nuridə xanımın doğum günüdür. Qəlbən heç qocalmayan, həm zahirən, həm də daxilən cavan qalan şairənin 46 yaşı tamam olur.
- Nuridə Atəşi ilk dəfə nə vaxt sevib?
- İlk dəfə 20 yaşımda, tələbə ikən. Tam 4 il... Lal baxışlarla, səssiz-səmirsiz. Dilə-ağıza gətirə bilmədən... Saatlarla şaxta-boranda küçədə dayanıb onun gəlib keçərkən mənə bircə dəfə adi, quru bir salam verməsini gözləyirdim. İndi nə qədər ağılsız və uşaq olduğumu anlayıram. O zamanlar sevə bilirdim, söyləyə bilmirdim, indi isə söyləyə bilirəm, amma sevə bilmirəm.
- Niyə sevə bilmirsiz?
- İnsan yetkinləşdikcə arzuları, təsəvvürləri, həyata baxışları və bəkləntiləri də çox dəyişir. O zaman bir qara gözlər, romantik baxışlar ürəyimi yerindən oynada bilirdi. İndi isə bu, çox-çox azdır. İnsan bəzən adicə söhbət edə biləcəyi adamı tapa bilmir, nəinki aşiq olub həyatını bölə biləcəyi adamı.
- İlk sevginizin sonu nə ilə nəticələndi? Onu elə o cür də səssiz-səmirsiz içinizdə dəfn etdiz, yoxsa cəsarət göstərib etiraf etdiz?
- O, ali məktəbdə müəllimim idi. İndi o da məşhur adamdır, ismini söyləməyim, lütfən. O, evli idi. Nəhayət, bir gün qəzetin arasında ona həsr elədiyim şeirləri verdim. Oxuduqdan sonra məni institun həyətində tapdı, belə gözəl hissləri tam 4 ildir içimdə həbs etdiyim üçün məni danladı. Və ən yaxın günlərin birində bir gecə “Kubinka”da kirayə qaldığım qapımı döydü. Mən 24 yaşında, hələ bir erkək nəfəsi toxunmamış bakirə bir qız idim. Onu yalnız platonik bir sevgi ilə sevdiyimi söylədim. Yalnız hərdən onu görməyi, səsini eşitməyi istədiyimi dedim. Çünki dəfələrlə ona telefon açar, “alo” səsini eşidərək dəstəyi asardım və bu, məni dünyanın ən mutlu aşiqi edərdi. Uff, nə qədər sadəlövh idim! Ancaq onun dedikləri bütün xəyallarımı alt-üst etdi. O mənə söylədi ki, “ya gərək aşiq-məşuq olaq, ya da mənim üzümü bir daha görməyəcəksən”. Həmin gecə o göylərdən gəlmiş ilahi qonağım dünyanın ən adi və bəsit bir erkəyinə çevrildi, sevgim öldü və platonik, ilahi məhəbbət yox oldu. O gecəni bütün təfsilatı ilə “Gəl günaha bataq” kitabımda “Əl yaylığının qoxusu” adlı poemamda yazmışam. Sabahı gün isə gələcək həyat yoldaşım olacaq qrup yoldaşımın məni illərlə səbrlə sevdiyini sanki birdən gördüm və onun bu sevgisini qiymətləndirmədiyim üçün özümü danladım. Və biz tədricən çox mehriban şəkildə dostlaşdıq, görüşməyə başladıq...
- ... Və nəhayət, ailə qurmağa qərar verdiz. Amma çox çətinliklərlə qarşılaşdınız...
- Hə, çox çətinliklərdən keçdik... Bir qrupda oxumağımız, hər gün təmasda olmağımız bizi bir-birimizə çox bağladı. O, çox sakit, fağır, səmimi idi və məni dəlicəsinə sevirdi. Ancaq ailəsinin məni qəbul etməməsinə baxmayaraq, biz evləndik. Mənim üçün o zamanlar adətlər çox vacib idi. Mənimçün bu dünyada yeri dolmayacaq müqəddəs bir insan var idi ki, o da atam idi. Kənd içində atamın üzü ağ olmalıydı. Və mən gəlin paltarında , adım-abrım üstümdə, üzüağ ata evindən gəlin köçməliydim. Atam və anam son günlərinə qədər mənimlə əsl övlad, namuslu qız olaraq fəxr elədilər. Bunun üçün çox qurbanlar verdim, indi ona görə çox rahatam. Onun valideynləri isə rayon qızı olduğum üçün məni qəbul etmirdilər. O səbəbdən də atam evinə elçiliyə gəlmələri də absurd idi. Axırda biz məcburi olaraq tələbə dostlarımızla bir yalançı elçilik, toy səhnəsi düzəltdik və mən gəlin paltarında ata evimdən köçdüm. Lakin onun valideynləri yenə məni qəbul etmədi və bu üzdən də ailəmiz dağıldı və nə yaxşı ki, dağıldı. Bütün bunlar təfsilatı ilə “Gəl günaha bataq” kitabımdakı həyat hekayəmdə yazılıb.
- Dediyiniz kimi, həyat yoldaşınızı sevib ailə qurmuşduz. Bütün maneələrə, çətinliklərə rəğmən... Amma bu böyük sevginin sonu ayrılıq oldu. O vaxt yoldaşınız cəsarət və güc nümayiş etdirsəydi, sevginiz uğrunda mübarizə aparsaydı, yenidən bura qayıdıb onunla eyni həyatı paylaşardız?
- Bəli, həyat yoldaşımı sevmişəm. (Ümumiyyətlə, mən hesab edirəm ki, insan bir neçə dəfə sevə bilər.) Və o qədər ağılsız bir sevgi idi ki, o məni 2 illik Almaniya həyatımdan sonra qəbul etsəydi, heç nə düşünmədən qayıdıb özümü bir də o məhbəs həyatına atardım. Axı mən ora qızımın həyatını xilas etmək üçün getmişdim. Başqa çıxış yolum yox idi. Balamı bir neçə dəfə əməliyyat etmişdilər, amma uğursuzluqla nəticələnmişdi. Axırda əlacsız qalıb min bir zülmlə, dil bilməyə-bilməyə Almaniyaya pənah apardım. Qızımı əməliyyatsız-filan müalicə edib ayağa qaldırdılar. Ondan sonra mən çəkdiyim bütün zülmlərə rəğmən yenidən Bakıya, həyat yoldaşıma qayıdardım. Amma nə yaxşı ki, o məni qəbul etmədi. Etsəydi, indi mən necə bir bədbəxt, zavallı və qul bir qadın olardım. Yoldaşım televiziyada mənim məşhur mahnım olan İlhamə xanımın oxuduğu ”Neylərsən mənə görən” mahnısını hər zaman özünün ən sevimli mahnısı kimi evdə zümzümə edər və heyranlıqla deyərdi: “Kimdir görəsən bu məşhur Atəşi, necə də gözəl yazır”. Mən qorxumdan Atəşi təxəllüsünü götürmüşdüm. Bu, mənim intiqamım idi. O, hər dəfə mənim mahnılarımı eşidəndə necə zövq alar, mən də ona suallar verərdim. O isə nə qədər dərin sözlər olduğunu etiraf edərdi. İçimdə nifrətdən boğula-boğula ona üsyanlar edərdim ki, gör sən necə bir şairi divarlar arasına qapadıb belə zülmlər edirsən. Lakin sonralar biləndə ki, Atəşi mənəm, məni təpiklər altına salıb döydü. Bir həftə mən sürünə-sürünə, üz-gözüm qaralmış, bədənim qançır-qançır evdə zarıdım. Ac-susuz, xəstə balamla mən nə günlər çəkdim Qalada. Qara, kiflənmiş çörəyi boyat çayın içinə göz yaşlarımla tökərək balalarıma yedirirdim. Kimsə qapımı döymürdü. İndi nifrət edirəm hər Bakıya gələndə üstümə axışan qohum-qardaşdan. İyrənirəm və üzlərinə baxa bilmirəm. Bağışlamıram onları. Ümumiyyətlə, mən çoxlarını bağışlamıram və heç vaxt da bağışlamayacağam. Mənə elə gəlir ki, mən daha nələr etiraf edə bilərəm və etiraflar insanı necə yüngülləşdirir...
- Müsahibədən öncə “Yaşamadığım qadınlıq” kitabınızı yenidən vərəqlədim. Və nədənsə mənə elə gəldi ki, siz onu – keçmiş həyat yoldaşınızı qəlbinizin hansısa dərinliyində gizli bir məhəbbətlə hələ də sevirsiz.
- Yox, artıq onu sevmirəm. İçimdə o sevgi çoxdan ölüb. Onu yalnız balalarımın xətri üçün hər gələndə arayır və görüşürəm. Balalarımın ürəyində ata sevgisini hər zaman yaşatmağa çalışıram. Ona isə aciz, həyata boyun əyən zavallı bir insan kimi sadəcə acıyır, lakin hər zaman xoşbəxt olmasını diləyirəm. Ona mənə verdiyi əziyyət üçün heç zaman kin saxlamıram. Əksinə, çox minnətdaram ki, bu gün belə güclü olduğuma çox kömək etdi.
- Bəs həyatınızın ən böyük sevgisini necə xatırlayırsız?
- Ən böyük sevgimi 30 yaşımda tapdım. 10 il bir alman bəylə birgə yaşadım. Qadın olmanın nə demək olduğunu da məhz bu zaman öyrəndim. 4 il evli, iki uşaq anası olmağıma baxmayaraq, mən qadınlığın bütün gözəlliklərini yalnız onunla daddım. Və bu, mənim duyğulu, qadınsı şeirlərimə çox təkan verdi.
- Onda niyə ayrıldız?
- Sevgim bitdi. Sevgisiz yaşamaq mənim üçün qəbul edə bilmədiyim bir həyat tərzidir. Yalnız ailə, uşaq xətrinə illərlə sevgisiz yaşayan insanlar dünyanın ən bədbəxt, zavallı və cəsarətsiz adamlarıdır. Həyat bir dəfə verilir və bu həyatı sevmədiyin insana qurban eləmək ən böyük səhvdir.
- “Bu dünyada nəyim varsa, hər şeyim insanlarındır. Amma mənim olan, tək mənə məxsus olan yeganə şey mənim ürəyimdir. Yalnız oraya heç bir kimsə əl uzada bilməz artıq...” Nə demək istəyirsiz bu fikrinizlə? Yəni, bundan sonra bir də sevməyəcəksiz?
- Yox, niyə sevməyim ki? Özümü dünyanın ən gözəl bir nemətindən niyə məhrum edim? Bununla demək istəyirəm ki, hər şeyim insanların olsun, amma mənim ürəyimlə kimsənin işi olmasın. Bu ürək mənimdir. Və yalnız kimi sevdiyimə mən qərar verirəm. Ümumiyyətlə, insanların başqasının ürəyinə, şəxsi həyatına əl soxmaları doğru deyil. Mənim gördüyüm işlər insanlar üçün maraqlı olmalıdır. İnsanın ürəyi, hissləri, mübhəm duyğularına müdaxilə etmək sadəcə etik və gözəl deyil. Hər kəs istədiyi kimi yaşamalıdır və hər kəsin buna tam haqqı var. Bacıları üzərində hökmranlıq edən qardaşlar, həyat yoldaşları üzərində ağalıq edən edən ərlərə ixtiyarım olsaydı, ən ağır cəzaları verərdim.
- Hazırda ürəyinizdə, həyatınızda kimsə var?
- Təəssüf ki, hazırda ürəyim də, həyatım da, qollarım da boşdur. Amma uzun zaman boş qalacağını sanmıram. Mən sevməyi, sevilməyi, sevgini yaşamağı gözəl bilirəm. Mən sevərkən sevgimi hayqırmağı da bacarıram. 25 il bundakından fərqli olaraq... Ölən sevginin arxasınca insan yas saxlamamalıdır. Sevgi gəlir, öz ömrünü yaşayır və çıxıb gedir. Gələrkən ona qollarını açmağı, onu doya-doya yaşamağı, gedərkən isə buraxmağı və unutmağı bacarmalısan. O zaman həyatı özünə və başqalarına zindan etməzsən. Mənə elə gəlir ki, mən ən çılğın, ən atəşli və dərin sevgimi hələ yaşamamışam. Amma özümü qətiyyən mutsuz saymıram. Çox gözəl dostlarım var və həm elmi, həm də yaradıcı həyatımda çox uğurlar qazanıram. İş ən gözəl özündən qaçışdır. Və müvəffəqiyyət insanı çox mutlu edir.
- Dediyinizdən belə anlaşılır ki, bütün ömrü boyu bir nəfəri sevib ona sadiq qalan insanları qəbul etmirsiniz?
- Əgər belə mələklər varsa, onlara səcdə edərəm təbii. Amma mən mələk tanımıram. Və bütün ömrü boyu vəfalı ola bilən insan da görməmişəm həyatımda. Biz hamımız mələk rolu oynamağa çalışırıq. Hamı gec-tez bir-birini ya aldadır, ya da atır, unudur. Sizin əxlaqsız dediyiniz şeylər örf-adətlərdən irəli gəlir, mənim üçün əxlaqsızlıq sevmədiyin insanla bir yastığa baş qoymaq, aldada-aldada, aldana-aldana yaşamaqdır. Mən buna qarşıyam. Taqor deyib deyəsən - “Sevgisiz öpüşmək əxlaqsızlığın anasıdır”. Bir ətrafınıza baxın, nə qədər “müqəddəs” analar görəcəksiniz.
- Amma sizin özünüzün də belə bir beytiniz var : “Sevgisiz öpüşməyi də öyrətdilər. Üzün qara olsun, dünya”. Yoxsa, siz də sevgisiz öpüşmək məcburiyyətində olmusuz?
- Bu, ümumi deyilmiş bir ifadədir. O qadınlar sevgisiz öpüşməyə məcbur olurlar ki, mübarizə apara bilmirlər, itaət altında qul həyatına baş əyirlər, yaxud maddi cəhətdən bir ərkəyin hakimiyyətinə möhtacdırlar və onlarla hər cür rəftar edilməsinə, alçaldılmasına, tapdalanmasına dözürlər. Bunların heç birisinə mənim ehtiyacım yoxdur.. Mən mübarizələrdən sıyrılıb çıxdım, necə deyərlər, alovlardan keçdim, amma yanmadım. Yalnız çox nadir hallarda mən ürəyimin qarşısında çarəsiz qalıram. Çox qeyri-romantik bir misal yadıma düşdü - ürək bir quşdur, gülə də qonur, təzəyə də. Və sən iqtidar sahibi ola bilmirsən gülüstanı seçəsən. Nə qədər güclü olsam da, hələ də sevdiyim və həsrətini çəkdiyim yeganə bir zəiflik var - aşiq olduğun bir erkəyin alovlu baxışları qarşısında dizlərinin qatlanması, uçunması...
- Şeirlərinizdə görünən ehtiraslı, qısqanc, atəşli qadınla Nuridə Atəşi arasında bənzərlik çoxdurmu?
- Mən elə şeirlərimdəki ehtiraslı, atəşli Nuridə Atəşiyəm. Amma şeirlərimdəki qədər də qısqanc deyiləm. Mən maskalanmağı heç zaman sevmirəm, kiməsə mələk görünməyə heç ehtiyacım yoxdur. Sevərkən də təbii sevirəm, ayrılarkən də. Məni sevən insanlar məni elə beləcə olduğum kimi - təbii, vəhşi, səmimi - sevir və qəbul edirlər. Hamının məni dərk etməsinə, sevib qəbul etməsinə heç gərək duymuram. Bunu hər kəsdən gözləməyin özü belə yanlış olardı. Almaniyada Angela Merkel kansler olanda ona belə bir sual verdilər: “Sizi çoxları sevmir, siz necə kansler olacaqsız?” O, çox mənalı təxminən belə bir cavab verdi: “Qadını əri və balaları sevərsə yetər. Başqalarının məni sevməsinə ehtiyacım yox, mənə hörmət etsinlər, bu, yetər”.
- Sizcə, qadının öz bədəninin gözəlliyini nümayiş etdirməsinin kökündə nə durur?
- Qadının gözəl ayaqları və sinəsi varsa, açıq dekolte geyinməsi və bunu göstərməsinə çox gözəl, təbii və estetik baxıram. Qadınların belə geyimləri kişilərin mədəniyyət dünyalarını açmaq üçün gözəl bir açardır. Sən dərhal qarşındakı ərkəyin mədəni səviyyəsini anlayacaqsan. Onun həyata, qadına baxışını, acgöz və ya tox olduğunu, hansı səviyyənin insanı olduğunu dərhal hiss edəcəksən.
- Uzun illərdir Avropada yaşayırsınız. Azərbaycan və Avropa kişisinin fərqi nədir?
- Əlbəttə ki, eyni fikri hamıya aid etmək olmaz. Çox səviyyəli, nəzakətli, böyük dünya görüşlü Azərbaycan kişiləri var. Lakin millətindən asılı olmayaraq bir şeyi öyrənə bildim ki, kişilər ümumiyyətlə gözəl, ağıllı, zəkalı və güclü qadından qorxurlar. Və əlbəttə ki, bunu heç bir zaman etiraf etməzlər. Onlar belə qadınlarla hər zaman kompleksə qapılırlar. Bir erkək məndən güclü, məndən qüdrətli olmalıdır ki, mən onu sevə bilim. Ən azından eyni səviyyədə mənimlə söhbət edə bilsin. Ona görə də güclü, zəkalı və ağıllı qadınlar çox zaman yalnız qalırlar.
- Sizcə, indiki yalnızlığınızın kökündə bu amillər də durur?
- Mən özümü yetəri qədər ağıllı, güclü və zəkalı qadın hesab etdiyim üçün bu ifadələri məmnuniyyətlə mənə də şamil edə bilərsiniz. Amma hər ad günümdə olduğu kimi, bu gün də hiss edirəm ki, keçən ilkindən daha ağıllı, daha zəkalı və daha güclüyəm və həm iş həyatımda, həm dostlarımı seçməkdə, həm də şəxsi həyatımda daha az səhvlər edirəm. Bilirsinizmi, dostluq da, sevgi də mənim üçün ən böyük investisiyadır. Zaman, duyğu, inam-etibar... sonunda insan ya zəngin olur, ya da müflisləşir. Mən dost sarıdan çox-çox zəngin olsam da, sevgidə müflis oldum. Amma məncə, hələ zəngin olmaq şansım var...
Xəyalə MURADLI

Комментариев нет:
Отправить комментарий