Çarlz Bukovski “Qorxağın etirafı”
Yatağında çılpaq uzanıb Oldinqtonun “Dahinin portreti” əsərini təkrar oxuya-oxuya o: “Allahım,” – deyə düşündü. Amma... o fırıldaqçıdır. D.H.Lourens deyil, onun öz əri Henri, öz sallaq qarnı, heç vaxt daraq görməyən saçları, qısa şortdakı gəzişi, pəncərənin önündə bir ərəb kimi çılpaq dayanması və zarıması ilə. Üstəlik, o boynuna almışdı ki, əclafa çevrilir və Buddanın bütünü almaq, qocalmaq, həm də dənizdə boğulmaq istəyir, bir də saqqal saxlayacağını və qadına çevrildiyini demişdi.
Həm də Henri kasıbın kasıbı, dəyərsiz biri, yazıq və xəstə idi. Hələ bir bəstəkar Qüstav Meylerin cəmiyyətinə də üzv olmaq fikrindəydi. Özünün nəfəsi güclə gəlirdi, atası ruhi xəstəydi, anası isə ölüm ayağında olan xərçəng xəstəsiydi.
Bunlardan başqa, hava da çox isti idi, lap cəhənnəmdəki kimi.
− Yeni bir fikrim var, − Henri dedi. – Təkcə dörd-beş min dollar lazımdır. Əsas məsələ pulu düzgün sahəyə yerləşdirməkdir. Yaxşı qazansam, təkərli ev ilə səyahət edə bilərik.
Arvadı istədi desin ki: “Dörd-beş min dollarımız yoxdur,” amma ağzını açmağa halı yox idi. Heç nə baş vermədi. Bütün qapılar bağlı, bütün pərdələr də tarım çəkilmişdi, səhranın ortasında idilər, burda heç quzğunlar da uçmurdu, ikisi də partlamağa yaxın vəziyyətdə idi. Qız Texasda atasının yanında qala bilərdi. Onun əvəzində boşboğazlar dünyasından olan bu gic, səfeh, heç nəyə yaramayan adamın yanında qalmışdı. O isə simfoniyaların və poetik xəyalların arxasında gizlənən zəif və tənbəl ürəyə sahib birisiydi.
− Aparacaqsan məni muzeyə? − ərindən soruşdu.
− Niyə ki?
− Orda rəsm sərgisi var.
− Bilirəm.
− Bəs Van Qoqu görmək istəmirsən?
− Cəhənnəm olsun sənin Van Qoqun! Van Qoqdan mənə nə?
Qapılar yenə bağlandı və qız nə cavab verəcəyini heç düşünmədi.
− Mən muzeyləri xoşlamıram, − o, sözünə davam etdi. – Muzey adamlarını heç xoşlamıram.
Ventilyator işləyirdi, amma mənzil kiçik olduğundan, istiliyi çayniktək saxlayırdı.
− Sözün düzü, − o, köynəyini çıxararaq yalnız şortda qalıb dedi, − mənim heç kəsdən xoşum gəlmir.
Qəribə də olsa, onun sinəsi tüklü idi.
− Sözün düzü, − o, şortunu da çıxarıb davam etdi, − mən bir gün kitab yazacam və adını da Qorxağın Etirafı qoyacam.
Qapının zəngi elə çalındı ki, sanki kimisə zorlayır, ya da ətini kəsirdilər.
− İsa Məsih! – Henri dik atıldı.
Arvadı çarpayıdan yerə tullandı, həddindən ziyadə ağ və üst qabığı soyulmuş kimi görünürdü. Lap banan kimi. Oldinqton, D.H.Lourens və Taos yerə səpələndilər. O, dolaba sarı qaçıb hər tərəfi bürümüş qadın aksesuarlarının içində geyinməyə başladı.
− Niyə geyinirsən?
− Qapını açmırsan?
− Yox! Neynirəm ki?!
Zəng yenə çalındı. Qapının zəngi içəri daxil olub onları aradı, dərilərini soyub çıxartdı, sürünən gözləri ilə döydü onları. Sonra da susdu. Ayaqlar geriyə döndü, pilləkənlə addımladı, bir-iki-üç və yoxa çıxdı.
− Görəsən, − Henri yerindən tərpənmədən dedi, − nə olmuşdu?
− Bura gəl görüm, − arvadı çığırdı və əllərini irəli uzatdı.
Henri bir az iyrənərək donu arvadının başından dartıb çıxardı.
− Siz qadınlar bu cır-cındırı niyə geyinirsiz axı? – o hirslə soruşdu.
Arvadına elə gəldi ki, cavab vermək vacib deyil, çarpayıya sarı gedib Lourensi onun altından götürdü və yenidən uzandı, əri isə taxtın üstündə oturdu.
− Onun üçün kiçik bir məqbərə tikiblər, − əri dedi.
− Kim üçün? – arvadı acıqla soruşdu.
− Lourens üçün.
− Hə..
− Bu kitabda oranın şəkli var.
− Hə, görmüşəm.
− Sən heç it məzarı görmüsən?
− Nə?
− İt məzarı.
− Hə, nə olub ki?
− Onların üstündə həmişə güllər olur. Bütün itlərin məzarı üstündə təzə, səliqəli gül dəstələri olur. Onları görəndə adamı ağlamaq tutur.
Gölün ortasında yalnızlıq axtaran bir insantək, o da kitabın axırıncı dəfə harasında qaldığını axtarıb tapdı: Beləliklə, acıyla dolu aylar kədər içində bir-birini əvəz edir, Lorentsonun dəhşətli itki hissi ilə müşaiyət olunurdu, onun...
− Kaş ki, baletlə məşğul olaydım, − Henri dedi. – Nə etsəm, uğursuzluğa düçar olur, çünki ruhum sönükdür. Əslində, mən çox qıvrağam, istənilən döşəyin üstündə atlanıb-düşməyə hazıram. Mən gərək qurbağa olaydım. Görərsən, bir gün qurbağaya çevriləcəm.
O, gölün sularını tərpədən küləyə əsəbiləşdi:
− Yaxşı, sən canın, baletlə məşğul ol! Axşamlar get ora! Qarnından xilas ol! Ürəyin istəyən qədər tullan! Qurbağa ol!
− Demək istəyirsən ki, İŞDƏN sonra? – o, kədərli halda soruşdu.
− Allahım, − arvadı dilləndi, − heç nə etmirsən, ancaq hər şey istəyirsən. – Sonra da ayağa qalxıb hamama girdi, qapını da kilidlədi.
Taxtın üstündə lüt oturub əri öz-özünə düşünürdü: “O başa düşmür, başa düşmür ki, mən zarafat edirəm. Zəhlətökən dərəcədə ciddidir. Dediyim hər bir şey özündə ya həqiqi, ya dramatik, ya da alt məna daşıyır. Daha bu cür danışmayacam.” Bu an gözü yan masaya, arvadının xətti ilə yazılmış kağız parçasına sataşdı. Onu əlinə aldı:
Mənim ərim Sartr, Lorka ilə yanaşı çap olunan şairdir,
Yazır Nitsşedən, Lourensdən, bir az da dəlilikdən.
Bəs mənim haqqımda nə yazıb?
o, komiks oxuyur,
zibili atır,
balaca papaqlar tikir,
kilsəyə gedir saat 8-də.
Elə mən də şairəm, bir az da aktyor,
bunu tənqidçilər deyir barəmdə.
ərim isə yazır:
o, komiks oxuyur...
Henri tualetdə suyun axıdıldığını eşitdi, bir an sonra arvadı oradan çıxdı.
− İstərdim ki, sirkdə təlxək olum, − sözləri ilə arvadını qarşıladı.
Arvadı isə yenə də çarpayısına kitabla birlikdə uzandı.
− Sifəti rənglənmiş halda ora-bura yıxılan tragikomik bir təlxək olmaq istəməzdin? – o arvadından soruşdu.
Arvadı dillənmədi. Henri at yarışı cədvəlini götürdü:
− Gələn bazar Kalientə gedirəm, − dedi.
− Lap yaxşı. Mən də Şarlottanı çağıraram. Allen onu maşınla gətirər.
− Sən onun keşiş tərəfindən evlənmə təklifi almasına inanırsan?
Arvadı kitabın səhifəsini çevirdi.
− Cavab ver, lənətə gəlmiş! – nəhayət ki, Henri hirslənib bağırmağa başladı.
− Nəyə cavab verim?
− Səncə, o, hər şeyi özündən uyduran fahişədir? Səncə, hamımız fahişə deyilik? Bütün bu kitabları oxuyub neyləsiyik, hə? Biz şeir yazırıq, onlar geri göndərirlər. Türmə kimi yerdə heç nə üçün işləyirik, çünki pul vecimizə deyil?
Arvadı kitabı bağlayıb ərinə yanakı baxdı və sakit səslə dedi:
− Nədir, hər şeyi atmaq istəyirsən?
− NƏYİ atmaq? Bizim heç nəyimiz yoxdur! Bəlkə, sən Bethovenin Beşinci, ya da Hendelin Su simfoniyalarını nəzərdə tutursan? Yoxsa Soul musiqini?
− Gəl dalaşmayaq. Xahiş edirəm. Mübahisə etmək istəmirəm.
− Yaxşı, mən başa düşmək istəyirəm ki, biz nə etməyə çalışırıq!
Qapının zəngi elə bütün zənglər kimi çalınıb sanki döşəmələri süpürdü.
− Sus! – Henri dedi. − Sss! Sakit dur!
Qapının zəngi bir də çalındı, elə bil, demək istəyirdi ki, mən sizin içəridə olduğunuzu bilirəm.
− Onlar bilirlər ki, biz evdəyik, − arvadı pıçıldadı.
− Məncə, odur, − əri dedi.
− Kim?
− Mənə fikir vermə. Sadəcə, sakit ol. Bəlkə də, gedəcək.
− Gör bir nə qədər dostumuz var. Əladır da! – deyib arvadı oyuncaq dəyənəyi götürdü.
− Xeyr. Bizim dostumuz yoxdur. Sənə deyirəm, bu nə isə başqa bir şeydir!
Zəng yenə də çalındı, qısa, aramla, həvəssiz.
− Mən bir dəfə Olimpiya oyunları üçün üzgüçülük komandası yığmağa çalışmışdım, − deyib Henri əsas məsələdən tamamilə uzaqlaşdı.
− Hər yeni dəqiqə daha gülünc fikirlər deyirsən, Henri.
− Əl çəkməyəcəksiz? Bəsdirin də! – Henri bağırmağa başladı. – KİMDİ?
Cavab gəlmədi.
Əsəbdən gözləri bərəlmiş Henri özündən xəbərsiz halda ayağa qalxıb qapını taybatay açdı, çılpaq olduğunu tamamilə unutmuşdu. Hansisa fikrə qapılıb bir müddət qapının ağzında dayandı, amma arvadı anladı ki, qapıda heç kəs yoxdur, çünki ərinin lüt bədənini görən hər kim olsa, səs-küy salardı, ya da heç olmasa, müdrik bir şərh verərdi.
Sonra Henri qapını örtdü. Üzündə qəribə ifadə vardı, bərəlmiş gözləri lap anlamsızdı, arvadı ilə üz-üzə gləndə isə bir dəfə udqundu. Qüruru geri dönmüşdü, bəlkə?
− Mən qərar verdim, − o elan etdi. – Artıq qadına çevrilməyəcəm.
− Nə deyim, bu qərar, yəqin ki, aramızda olan bütün problemləri kökündən həll edər, Henri.
− Hətta səni Van Qoqa baxmağa da aparacam. Yox, dayan, yaxşısı sən mən apar.
− Nə fərqi var, əzizim. Bu ki eyni şeydir.
− Yox, sən məni aparmalısan!
Sonra da hamama girib qapını örtdü.
− Heç fikirləşmirsən ki, − arvadı qapının arxasından soruşdu, − o kim idi?
− Kimi deyirsən?
− Qapının zəngini çalanı. Özü də iki dəfə.
− Lənət şeytana, − o cavab verdi. – mən kim olduğunu bilirəm.
− Onda de.
− Pah.
− Nə?
− Deyirəm ki, pah! Heç sənə deyərəm?!
− Henri, sən də elə mənim kimi onun kim olduğunu bilmirsən. Sadəcə, dəliliyin tutub yenə də.
− Əgər söz versən ki, məni Van Qoqu görməyə aparacaqsan, onda sənə deyəcəm.
− Yaxşı, − arvadı onun başını bişirdi, − Söz verirəm.
− Belə. Qapını döyən mən idim.
− Qapını döyən sən idin?
− Hə, − o, axmaqcasına hırıldadı, − özüm özümü axtarırdım. Hər iki dəfə.
− Təlxəklik edirsən, Henri, hə?
Arvadı suyun axdığını eşidəndə anladı ki, o, üzünü təraş edəcək.
− Üzünü təraş etmək fikrindəsən, Henri?
− Saqqalın əleyhinə qərar verdim, − o dedi.
O yenə də bezdirici olmağa başlamışdı, ona görə də arvadı kitabı təsadüfi səhifədə açıb oxumağa başladı:
-Daha məni istəmirsən?
-Sadəcə, ayrılmaq istəyirəm, sənin məndən, mənim də səndən canım qurtarsın.
-Bəs bu son aylar?
-Bilmirəm. Sənə heç nə deməmişəm, amma düşündüklərim doğru çıxdı.
-Bəs onda niyə dəyişmisən?
-Elə deyil. Mən elə həminkiyəm. Sadəcə, görürəm ki, münasibətləri davam etdirməyimiz mənasızdır.
O, kitabı bağlayıb Henrini düşünməyə başladı: “Kişilər uşaq kimidirlər. Gərək onların başını bişirəsən. Onlar bunu heç anlamayacaqlar da. Bütün qadınlar bunu bilir. Henri də çalışır, sadəcə, o belədir, təlxək olmasa, bayağı zarafatlar etməsə, dayana bilmir.”
O, sanki yuxudakı kimi çarpayısından qalxıb hamama sarı getdi, qapını açdı və gözləri bərələ qaldı. Əlüzyuyanın kənarında yarıyadək sabunlanmış təraş fırçası və hələ də yaş olan təraş fincanı dururdu. Əlüzyuyanın dibində isə azacıq, özü də soyuq su qalmışdı. Suyun içində, düz tıxacın yanında isə yaşıl, büzüşmüş əlcək boyda, gözləri bərələ qalmış, kök, canlı bir qurbağa.
İngiliscədən tərcümə: Svetlana Quliyeva

Комментариев нет:
Отправить комментарий