30.08.2011

Xoş gəldin...!

Jalə Sadıxova


Xoş gəldin ömrümə sevgim!
Nağıl aləmimin sarayındakı
Ağ atlı şahzadəm,xoş gəldin!
Ağlayıb qızarmış gözlərinlə,
Kiminsə aldanmış fitnəsiylə
Ürək dolu sözlərinlə,
Sevgimə sən,xoş gəldin!
Qədəmlərin mübarək!
Qəlb evimə,xoş gəldin!
Gəl yaxına,qorxma sevgim
Olan oldu keçdi artıq,
hürkmə sevgim...!
Kimsə kimi qisas almam,
İncitmərəm əsla səni!
Demişəmsə,birdə deyim
Pak eşqimə,xoş gəldin!
Yalan ümid verməyəcəm,
Çoxu kimi sevməyəcəm.
Keç qəlb olan tərəfə,
Ürəyimə xoş gəldin!
Çağrılmamış qonaq kimi
Qapı bağlamaram üzünə.
Səni kim göndərib bura?!
Ünvan yanlış...adın yanlış!
Daha dala qaytarmaram!
Viranəmə xoş gəlmisən!!!

Комментариев нет:

Отправить комментарий