30.04.2014

Şeyx Səfiəddinin şeiri


Şeyx Zahid Gilaninin məhşur mürüdlərindən olan, Səfəvi sülaləsi şahlarının ulu babası İshaq ben Əminəddin Cəbrayıl Ərdəbili-Şeyx Səfiəddin adı ilə məhşur olmuşdur.
Şeyx Səfiəddin, Ərdəbildən olmasına baxmayaraq, Gilanı çox sevdiyindən, əsasən Gilanda yaşamış, Talış və Gilək dillərində sərbəst danışmışdır. O, öz müəllimi Şeyx Zahidin xatirini yüksək tutduğu və ona dərin ehtiram göstərdiyi üçün, onun vəsfinə Talış dilində şeirlər yazmışdır ki, o şeirlərdən biri qorunub saxlanılmış, bizə yadigar qalmışdır.
Bu şeiri Qədim Azəri dilində yazılıb. Qədim Azəri dili Talış dili, Zaza dili, Sorani dili və digər Şimal-İran dillərinin əcdadıdır.

Dılır kuhi sər əv dəndə nıbu,
Əşgır cui ki, vəryan band nıbu,
Helmır bağe şəriət mand zir an
Ruhır bazra bə pərvaz dənde nıbu

Mu əzəş-əzcə əv yan mande durim,
Əz cə əv yan xasan poşt zurim,
Dəhəşəm duş bə ərş o bə kursi
Sultan Şeyx Zahid çuvkam kuim.

Sətri tərcüməsi

Ürəyin bir dağdır ki, zirvəsi tərtəmiz,
Eşqin sənin bir arxdır ki, bağlamaq olmaz
Helmin şəriət bağını abad edər,
Ruhun uca uçan şahindir ki, ucalığı görünməz.

Allah eləməsin, mən onlardan uzaq olum,
Çünkü, mən onlardan güc və qüvvət alıram.
Çiynimi söykəmişəm ərşlə kürsüyə
Elə bil ki, Sultan Zahid çəvkanıyam mən.

Bu şeiri Lənkaranlı həkim Mirsalam Babayev bu şəkildə tərcümə etmişdir:

Ürəyin- zirvəsi görünməz dağın,
Eşqin bir bulaqdır, çağlayar, daşar.
Helmin abad edər şəriət bağın,
Ruhun bir qartaldır, buludlar aşar.

Mən qala bilmərəm onlardan uzaq,
Gücüm və qüvvətim onlardır hökmən,
Çiynimdir ərş ilə kürsüyə dayaq
Sanki Sultan Zahid çəvkanıyam mən.

Şeyx Səfiədindin şeirindəki sözlər daha çox Lerik rayonunun Orand hissəsində yaşayan Talışların ləhcəsinə yaxındır.
Şeyx Səfiəddin Hicri-qəməri təqvimi ilə 735-ci ilin Məhərrəm ayının 12-sində vəfat etmişdir.

Hazırladı: Rəzzaq Xansuvar

Комментариев нет:

Отправить комментарий