28.04.2014

Ağaclar niyə kəsilir?

Bakı şəhərində ağacların qanunsuz kəsilməsi halları ilə tez-tez rastlaşırıq. Şikayət və məktublardan da şəhərin ağ ciyəri hesab olunan ağacların bəzən təmir olunan parklarda, yol kənarlarında kəsilməsinin şahidi oluruq.
Unuduruq ki, sanitariya-gigiyena normalarına əsasən şəhərətrafı zonalarda istirahət etmək üçün hər adambaşına 750-1000 kvadratmetr, şəhər içində isə 25-30 kvadratmetrdən az olmayaraq yaşıllıq olmalıdır. Yaşıllıq olmadığı halda sanitariya tarazlığı pozulur, onun landşaftının gözəlləşməsinin qarşısını alır.
Bəs görəsən ağacların kütləvi şəkildə kəsilməsi bizləri nələrdən məhrum edir? Bizdə Azadxeber.net olaraq bu suala cavabı şəhər sakinlərindən almağa çalışdıq.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov ağacları məhv edərək onların yerində kafe-restoran,ticarət obyektləri tikənləri qınadı və ağacların insan həyatında əvəzolunmaz rolundan danışdı.
“Bir çox ağac növü var ki, insanlara xeyir, enerji verən ağaclardır. Buna misal olaraq çinar ağacını gətirmək olar.Bu ağacın altında  10- 15 dəqiqə dursanız onun sizə enerji verdiyini görərsiniz. Elə ağaclar əkilməlidir ki, tozların , xəstəliklərin qarşısını alan alsın, epidemiya xəstəliyinin yayılamasını qarşısını alsın. Ağacları kəsməkdənsə şəhər əhalisinin dincəlməsi üçün yaşıllıqdan ibarət olan parklar yaratsalar yaxşı olar. Bunun qarşısını almaq üçün ağac kəsənləri cəzalandırmalı və qınaq obyektinə çevirmək lazımdır”.
Çalışın ağacların qayğısına qalın. Təbiət ona vurduğumuz hər ziyana görə bizdən qisas alır.

Vüsalə Rəhimova       azadxeber.net

Комментариев нет:

Отправить комментарий