30.04.2014

Elnur Aslanovun reklam şirkətindəki oyunlar

“Media qurumları ilə biznes şirkətləri arasında vasitəçilik edən “Nyumedia” reklam şirkəti Elnur Aslanova məxsusdur”.

Bu barədə “Axar.az”ın əməkdaşına mötəbər mənbələrdən məlumat verilib. Məlumata görə, adı çəkilən media-reklam şirkəti Elnur Aslanova bağlı olan adamlar tərəfindən idarə edilir və əslində şirkət faktiki olaraq PA-nın keçmiş şöbə müdiri Elnur Aslanova məxsusdur. Həmin şirkətin iş prinsipi media şirkətləri ilə biznes qurumları arasında vasitəçilik etmək olduğu üçün “Nyumedia” vasitəsilə Elnur Aslanovun media qurumları davamlı olaraq reklamla təmin edilib:

“Müxtəlif media qurumlarına reklam vermək istəyən biznes qurumları və iş adamları “Nyumedia”ya yönəldilib. Həmin təşkilatların nəzərdə tutduqları reklamlar məhz “Nyumedia”nın vasitəsilə Aslanova məxsus xəbər saytlarına və agentliklərə verilib. Həmçinin bu imkandan Aslanovla yaxşı münasibətləri olan, onunla əməkdaşlıq edən media orqanları da bəhrələnib”.
Məlumatlı mənbə şirkətin bu yolla milyonlarla manat həcmində reklamları Aslanova məxsus media qurumlarına verdiyini deyib. Elnur Aslanov Prezident Aparatında İnformasiya Təminati şöbəsinin müdiri olan zaman tutduğu postdan istifadə edərək, biznes şirkətlərinin reklam məsələlərini “Nyumedia” şirkəti ilə razılaşdırmasına nail ola bilib. /axar.az/

Комментариев нет:

Отправить комментарий