26.04.2014

Azərbaycanda baş verən hadisələrdə “masonluq” izi

Son dövrün siyasi statistikasına nəzər saldıqda baş verən hadisələrdə hiss olunan bağlılıq hər kəsin diqqətini cəlb edir

İstər məmurlar arasında qızışmış ədavət, istər ölkədə baş verən narazılıqlar, istərsədə "din pərdəsinə bürünmüş" təriqətlər əslində bağlılıq təşkil edir. Bütün bunlar sanki bir dənizin sahilə çırpılan ləpələridir. Bəs onda ləpələri sahili yuyub aparan bu dənizin adı nədir? ”Cihad”, “nurçuluq”, ”vəhhabilik”, ”sunqurçuluq”, ”sələfilik” və dini İslam olan azərbaycanlıların suveren dövləti... Hər gün KİV-də yerli məmur və hökumət nümayəndələri haqqında yayılan məlumatlar düşünməyə əsas verir ki, hadisələr hansısa bir qurum tərəfindən idarə olunur.
Son 10 ilin tarixinə nəzər saldıqda azərbaycanda vəhhabi adlı dinin təriqətin yayıldığını və cihad adı ilə gəncləri müxtəlif üsullarla öz cərgələrinə qoşduqları məlumdur. İndi isə nurçu, sunqurçu və s. dini təriqət nümayəndələri siyasətçiləri öz torlarına salmağa başlayib. Bütün dünyanın hörümçək toru adlandırılan masonluğun əsas ideyaları Azərbaycanda da özünü göstərir. Beynəlxalq Mason siyasətini həyata keçirən missionerlik üç yüz ildə İslam dininə qarşı düşünülmüş və planlı mübarizə aparır. 
Bu mübarizənin əsas şərtlərinə daxil olan qaydaları belədir:
1) İslamda olan süni və şiə məzhəbləri arasında ədavəti qızışdırmaq. Aralarında anlaşılmazlıq olan millətlər arasında ədavət toxumu səpmək;
2) İxtilaf yaradan kitabların nəşrini artırmaq;
3) Din alimləri haqqında iftira və şayələr yaymaq, onları yaramaz əməllərdə ittiham etmək və adamları onlardan uzaqlaşdırmaq;
4) Qatillərin edam olunması maddəsini qanundan çıxarmaq, çünki cinayətkarlığın qarşısını alan yeganə üsul ölüm hökmüdür;
5) İqtisadi tənəzzülü hər vasitəilə dərinləşdirmək, ticarət gəmilərini batırmaq, məhsulları xarab etmək, sənaye müəssələrinin işinə mane olmaq;
6) Dövlət məmurlarını rüşvətxorluğa sövq etmək, spirtli içkilərə, qumarbazlığa dəvət etmək, onları xalq və dövlət əmlakını mənimsəməyə alışdırmaq;
7) Sələmçliyi kütləvi surətdə yaymaq, bank sektorunda bundan istifadə etmək;
8) Müsəlmanları islam dinindən uzaqlaşdırmaq üçün məktəb və kolleclər açdırmaq, yunan və erməni uşaqlarını türklərlə eyni məktəbdə oxutdurmaq;
9) Müsəlmanlarda Qurana qarşı şübhə oyatmaq.
Bunlar masonluğun yüz illik plana daxil olan bir neçə şərtidir. Azərbaycanda baş verən hadisələrdə isə masonluq özünü aşağıdakı kimi göstərir.
Milli Məclisin deputatı Ceyhun Osmanlının nurçu olması ilə bağlı yayılan xəbərlər düyün düşmüş siyasi məsələləri çözməyə başladı. Bir birinin adınca özbaşınalıq edən məmurlar ifşa olunmağa başladı. Deməli, masonların əsas ideyalarından biri hakim təbəqə arasında münasibəti qızışdırmaq missiyası həyata keçirilir. Ağdamın eks icra başçısı Nizami Sadıqovun qumarda külli miqdarda pul uduzması, məmur övladlarının lüks həyat tərzi yaşaması, bir-birinin ardınca açılan korrupsiya faktları növbəti missiyanın əlamətləridir. Sələmçiliyin adi hala çevrilməsi, banklarda faizlərin hədsiz yüksək olması və əhalini dövlətə qarşı qaldırmaq cəhdləridə masonların yüz illik planına daxildir. Müsəlman gənclərinin cəlb edildikləri mədrəsələr, cihad adı ilə azərbaycandan çıxarılan yüzlərə azərbaycanlı və hələdə həll olunmayan Qarabağ problemi.
Bəzi tədqiqatçı yazarlar Azərbaycanda masonluq izlərinin illərdi olduğunu iddia edirlər. Buna misal olaraq Qafqaz Universitetinin "F" şəklində tikilməsinin nurçuluğun ən güclü davamçısı olan Fətulla Gülənin adı ilə bağlayırlar, həmçinin Azərbaycan Dövlət Neft Akademiyasının giriş qapısının üstündəki üçbucaq və pərgarın olması masonluqla əlaqələndirilir.

Günel Qarayeva            politika.az

Комментариев нет:

Отправить комментарий