26.04.2014

Vicdan məhbusu Ruhullah Axundzadənin BMT Bakı nümayəndəliyinə müraciəti

Birləşmiş Millətlər Təşkilatının Bakı nümayəndəliyinə

A/R-nın Ə/N-nin P/X-in 15 saylı cəza çəkmə müəssisəsində məhkum  Axundzadə Ruhullah Höccət oğlu tərəfindən

Birləşmiş Millətlər Təşkilatının Bakıdakı nümayəndəliyinin Rəhbəri! Və şəxsən Pan ke Mon.
Mən hələ SSRİ-nin dövründə Sizlərin ayrı-ayrı maraqları üst-üstə düşən ölkələrin birliyi olduğunuzu başa  düşmüşdüm. Belə ki, təkcə Fələstin  xalqının başına gətirilənlərə BMT-nin biganə münasibəti, qəsbkar sionist  İsrailə himayəçiliyi dediklərimi təsdiqləmədədir. Vyetnam müharibəsi yaddaşlardan silinməyib. Amerikanın Nato qoşunlarına rəhbərliyi ilə Əfqanıstana qoşun yeritməsi, İraq-İran müharibəsində 30-dan çox həmkar ölkələrinizin İran İslam ideologiyasını məhv etmək məqsədi ilə İraqa himayədarlığınız sonradan kimyəvi silah axtarışı bəhanəsi ilə İraqın işğalı bunlar yaxın keçmişinizi, kimin kim olduğunun bariz aşkar dəlilləri deyilmi?!

Lakin ondan da dəhşətli Bosniya Hersoqovina müsəlmanlarının kütləvi qətliamı və ardıyca Sizlərin pərdə arxası himayədarlığı ilə Qarabağın işğalı və Xocalı vəhşiliyi, bir milyondan çox qaçqın köçkünü olan Azərbaycanı deyil Erməniləri himayə edənlərin təşkilatı Siz BMT-ı deyilmisiniz?!
4 qətnamə. Əgər bu qətnamə hər hansı müsəlman Ölkəsinə qarşı olsaydı, heç bir gün də səbr edilməzdi. Dərhal  Nato qətnaməni həyata keçirərdi. İngilis, fransız, alman, ispan, italyan Rus qəsbkarlarının əsl niyyət, məqsəd və məramları heç də BMT-nin tərkibində bütün millətlərə deyil bir yığın qeyri müsəlman qəsbkarları, zalim və təcavüzkar, “arxalı köpəklərin” təşkilatı adlandırmağa mənə və mənim kimi repressiyaya məruz qalanlara tam yəqinlik verdi.
Hal-hazırda Ukraynanı parçalamadasınız. Lakin Qarabağ torpağının, hətta İrəvanın başdan başa Azərbaycanın tərkib hissəsi olduğu Bütün Sülh Sevər dünya əhalisinə gün kimi aydın olduğu halda 4 qətnaməniz  kağız üzərində qalmadadır. Bilirsiniz niyə? Çünki,  Siz Sionist Amerika və bəzi Avropa Ölkələrinin Birləşmiş mafiya təşkilatısınız. Hal-hazırda Misiri, Suriyanı, Əfqanıstanı, İraqı, Pakistanı, Türkiyəni, Livanı, bəzi Ərəb, Küveyt Şeyxlərinin həram pulları hesabına terrorçu yuvalarına, qan gölünə döndərən Amerika və sionist İsrail Silahları ilə təminatı Siz BMT-nin gözü qarşısında baş verir.
Siz hal-hazırda bu daxili çəkişmələrin Türkiyəni bürüməsini və sonra da Azərbaycan daxilində qarşıdurmaları qızışdıran qüvvələrə himayədarlıq etməklə hakimiyyət dəyişikliyi bəhanəsi ilə ölkəni zəiflədib (Nəxşibəndi, Nurçu, Vəhhabi, Bəhai satanist və digər bu sayaq cərəyanları silah sursat pul və digər ehtiyaclarını təmin etməklə) Azərbaycanı ermənilərin vətəni etməyə çalışmağınız heç də gizlin deyil. Lakin bir səhfiniz var. Azərbaycanı yatmış şirə bənzədənlər heç də yanılmayıblar. O gün uzaq deyil yatmış Şir oyananda arzu və istəkləriniz puça çevrilən günə az qalıb. Necə İran İslam Respublikası Şiə ideologiyası İmam Hüseyn (ə.s) - məktəbi ilə Sizləri  son 40 ildə mat qoydu, eləcə də Azərbaycan şiələri müsəlmanları “ hər yer Kərbəla hər gün Aşura“  şüarı ilə Sizlərə yağlı sillə çəkəcəyi günə az qalıb. Biz gözləmədəyik. Siz də gözləyin! Vəssəlam.

Комментариев нет:

Отправить комментарий