29.04.2014

Kürd düşmənlərimizi tanıyın!

Laçında “Qafqaz Kürdüstan”ını elan edən azərbaycanlılar

Avrasiya.net ermənilər tərəfindən Laçının işğalından sonra bir qrup separatçı kürdün ora gəlib erməni və digər bölgələrdən gələn kürd gənclərlə birlikdə “Qafqaz Kürdüstanı” dövlətinin elan edilməsi videosunu əldə edib.
Bu videoda kürdlərin ermənilərlə birlikdə adıçəkilən dövlətin elan edildiyi kadrları və hətta azərbaycanlı separatçı Vəkil Mustafayevin kürd bayrağını öpməsi anı da düşüb.
Xatırladaq ki, 18 may 1992-ci ildə Laçın rayonunun işğal edilməsindən sonra hazırda İtaliyada məskunlaşan Vəkil Mustafayev İrəvana getmişdir. 1992-ci ilin iyun ayında Laçın şəhərində Qondarma “Qafqaz Kürdüstanı” elan edildi və Vəkil Mustafayev “baş nazir” təyin edilmişdi.
“Kürd Respublikası”nın yaradılması ideyası Laçın dəhlizini Dağlıq Qarabağa birləşdirən strateji vacib əlaqə hesab edən ermənilər tərəfindən planlaşdırılaraq 1920-ci ildə yaradılmış “Qırmızı Kürdistan”ın mahiyyətcə davamı idi. Buna baxmayaraq, işğal zamanı Laçının az saylı kürd əhalisi də azərbaycanlılarla bərabər qaçqın kimi ölkənin başqa rayonlarında sığınacaq tapdılar. Beləliklə də, “Kürd Respublikası”nı yaratmaq üçün İrəvan bələdiyyə orqanlarının təşkilatçılığı ilə bir dəstə kürd gənc və ziyalıları (təxminən 70 nəfərə yaxın şəxs) avtobuslarla xüsusi olaraq Laçına gətirilimişdi.
Qondarma respublikanın baş naziri Vəkil Mustafayev Sovet hakimiyyəti illərində Mərkəzi Asiyada KQB-də baş zabit rütbəsində çalışıb. Ş.Mustafayev Özbəkistana sürgün edilmiş ailədə anadan olub. Onun həyat yoldaşı isə Sovet ordusunda zabit kimi qulluq göstərib. 
Vəkil Mustafayev Qırğızıstanda böyüdü, təhsil aldı və Daxili İşlər Nazirliyində vəzifə tutdu. Bu elə bir məqama təsadüf etdi ki, onu orada tutmaq istəyirdilər. 1980-ci ildə qaçdı Naxçıvana. Naxçıvanda yaşayan kürdlər onun müdafiəsinə qalxdılar. Ermənistana, Azərbaycana, Moskvaya yazdılar ki, bəs o, yaxşı kadrdır, ona böhtan atıblar. Hələ Qarabağ məsələsi başlanmazdan öncə Vəkil Mustafayev Əli Bayramlı rayonunda polis rəisinin müavini idi. 1992-ci ildə Laçın işğal edildikdən sonra Vəkil Mustafayev Ermənistana gedib. Qondarma respublika dağılandan sonra Vəkil Mustafayedə əvvəlcə Krasnoda qaçır, bir müddət sonra isə İtaliyada sığınacaq aldı.
Şərəfi Əşir qondarma respublikanın baş nazir müavini təyin olunmuşdu,  kabinetin digər üzvləri Karlan Çaçani mədəniyyət naiziri, Emerikə Sərdar isə informasiya naziri postlarını tutub. /avrasiya.net/

https://www.youtube.com/watch?v=phrpPBn-PFg#t=111

Комментариев нет:

Отправить комментарий