25.04.2014

Rövşən Məmmədli - Kərbəla vaqiəsi

Ləb teşnə Hüseyn ibni Əli, Kərbü-Bəladə
Tövhid ələmin ucaldaraq, oldu əmadə
Ol söylədi, ölsəmdə belə, dəştü-fənadə
Zillətu-zəlilliyin, libasın geyməyəcəm
Zalimə and ola ki, mən boyun əyməyəcəm

Nəfsim eşqimdə fəna, həqq evinə müştəriyəm
Tanımırsızsa bilin, Heydər oğlu Heydəriyəm
Rəsulullah buyurub, iki dünya sərvəriyəm
Heç xəyal eyləməyin, sizə beyət eliyəm
Gəlmişəm büt dağıdam, çünki məndə Əliyəm

Mən xanım Fatimənin, bağının meyvəsiyəm
Cəddimin Mədinədə, dolaşan gur səsiyəm
Allahın höccətiyəm, nurunun cilvəsiyəm
Gəlmişəm bu gün bura, həqqi ehya eliyəm
Qanımla olsa belə, zülmü ifşa eliyəm

Difayi-həqqi mənə, öyrətdi anam Zəhra
O özü ilk elədi, difayi-həqqi-vila
Mədinədən səhrayə, gəlmişəm ki, ey dünya
Anamın inqilabın, burda bərpa eliyəm
Şeyxeyni-Mədinəni, indi rüsva eliyəm

Getdiyim yol eşidin, Mustəfanın yoludu
Qılıncı tutan qolum, Heydərin öz qoludu
Qəlbimə dağ çəkilib, dərdü-qəmnən doludu
Mən savaş istəmədim, gərək əmma eliyəm
Kərbəla torpağına, qanla imza eliyəm

Rövşəna eşqidə sən, bildinmi kimdi Hüseyn?
Arifə qibleyi-həqq, aşiqə nu`ri-eyn
Behişdi bir dünyada, bilki Beynol-Hərəmeyn
Gər istəsəm dünyamı, həmdə üqba eliyəm
Gərəkdi ziyarətin, mən də icra eliyəm

Комментариев нет:

Отправить комментарий