20.04.2014

Qaniçən türk hökmdarları


Sizlərə millətvəkili Fazil Mustafanın hər dəfə bağıra-bağıra adını fəxrlə dediyi Osmanlı İmperiyası hökmdarlarından hansılarının oğul və qardaş qatili olduğunu təqdim edirəm:

1. (1298-1326) Osman Bəy- Osmanlı İmparatorluğunun qurucusudur. Doğma əmisi Dündar Bəyi öldürtdü. 
2. (1359-1389) I Murad (Xudagəndivar) Oğlu Savcıbəy ilə qardaşları Xəlil və İbrahimi öldürtdü.

3. (1389-1402) I İldırım Bəyazid- Qardaşı Yaqubu öldürdü. 
4. (1402-1421) I Mehmed- Qardaşı İsa Çələbini boğduraraq öldürüb, Şeyx Bədrəttini edam etdirib. 
5. (1421-1451) II Murad- Qardaşı şəhzadə Mustafanı öldürdüb.
6. (1451-1481) II Mehmed (Fateh)- Türklərin ən çox fəxr etdiyi Osmanlı hökmdarlarındandır. 1453-cü ildə İstanbulu fəth edib. 1472 Otlukbeli döyüşündə qalib olduqdan sonra. 2 yaşındakı qardaşı Əhmədi boğduraraq öldürüb.
7. (1481-1512) II Bəyazid Qardaşı Cem Sultan ilə döyüşüb. Cem Sultan Rodosda 13 il dustaq olaraq yaşayıb. Vəziri Gədik Əhməd Paşanı öldürdüb. Özü isə oğlu Səlim tərəfindən öldürülüb. 
8. (1512-1520) I Səlim (Yavuz)- Anadoluda 30 min Şiənin (Ələvini) qanını axıtmış, Atası II Bəyazidi, 2 qardaşını 3 qardaşı oğlunu və 3 vəzirini öldürdərək tarixdəki yerini almışdır.
9. (1520-1566) I Süleyman (Qanuni)- Ən uzun müddət taxtda qalan Osmanlı hökmdarıdır. 46 il hökmranlıq etmişdir. Oğlu Şəhzadə Mustafanı və nəvəsini öldürmüşdür.
10. (1574-1595) III Murad- Özünə rəqib olmasın deyə 5 qardaşını öldürdüb. Bu Osmanlı hökmdarının 110 övladı dünyaya gəlmişdir.
11. (1595-1603) III Mehmed- Osmanlıda qardaş öldürmə rekordunun sahibidir. 19 qardaşını və bir oğlunu öldürmüşdür. 

Hazırladı: İlkin Məmmədov

Комментариев нет:

Отправить комментарий