23.04.2014

Ruzbeh Gülümov - Mən sənin qəlbinə köçə bilmədim

Başımı qoymağa yer axtarırdım
Daşı da sən bildim səhərə kimi...

Çəkdim qaranlığı üstümə gecə
Soyuğu qovurdum, çəni gətirdim
Əl qatdım gecəyə səhərə kimi
Yuxuma bu gecə səni gətirdim.

Şumşad saçlarının qoxusun aldım,
Aldım nəfəsimə sən deyə dərdim.
Sənin üzündəki təbəssümünü
Səpdim qaranlığa, gecəyə.

Səsimiz yüksəldi sevincdən bizim.
Çoxları bu eşqdən duyuq da düşdü.
Təzəcə isinirdi əllərim, gülüm.
Sən getdin o anda soyuqda düşdü...


---
Əyildim keçməyə qolunun altdan
Vüqarım bircə tək sözə ilişdi.
Az qaldım diz çökəm önündə sənin
Ruhun yer üstəydi, dizə ilişdi...

Çökdüm sinəsinə, çökdüm üstünə.
Dərdimi qaşıyıb tökdüm üstünə.
Sevincə bürünüb çəkdim üstümə
Uzandı, uzandı gözə ilişdi...

Çarxı diyirləndi, dayandı dünya
Közərdi ,közərdi ha yandı dünya
Adamlar deyəsən oyandı dünya
Axtara-axtara bizə ilişdi...

---
Önümdən yürüdün hər addım başı.
Mən səni adlayıb keçə bilmədim.
Qəlbinin hücrəsi doldu, boşaldı.
Mən sənin qəlbinə köçə bilmədim.

İllərin sayini itirdim birdən.
İllərim elə bil tələyə düşdü.
Sənə bəslədiyim məhəbbətim də
Yağışa, çovğuna, küləyə düşdü.

Yollara dikildi yazıq gözlərim,
Arxanca baxmaqdan nə hala döndü.
Dizimi qarşında bükməkdən gülüm,
Qamətim durmaqdan suala döndü.

Men elə yanmışam, qalanmışam ki
Səni isidən isti-odumdan çıxıb.
Mən elə arxanca durub qaçmışam
Ömürlük ünvanım yadımdan çıxıb!

Комментариев нет:

Отправить комментарий