22.04.2014

ASO-ya qoşulmuş 1 general və 2 polkovnik yüksək rütbəli kəşfiyyatçılar imiş


Bəşər Əsəd dünyanı heyrətləndirməyə davam edir. Dünya "Azad Suriya Ordusu"na qoşulan yüksək rütbəli zabitlərin geri qayıtmasından danışır. İslamazeri.az-ın Suriya mediasına istinadən verdiyi xəbərə görə, Suriya ordusundan "Azad Suriya Ordusu"na qoşulan 3 yüksək rütbəli zabit yenidən Suriya ordusuna qayıdıblar.
ASO bir general və iki polkovnikin qayıtma xəbərini təsdiq edərək, bu üç zabitin əvvəldən hərbi kəşfiyyatçılar olduğunu bildiriblər. 
ASO-nin açıqlamalarına görə, ordunu satan heç bir yüksək rütbəli zabit geri dönərkən bağışlanmaz və ona etimad edilməz. Kəşfiyyatçıların adları da artıq mətbuata məlum olub. Onlar briqada generalı Əbu Zayyadə, ASO-nun hərbi şurasının bölgə rəhbəri polkovnik Maruan Nahil, Dəməşqdə ASO-nun hərbi şurasının rəhbərlərindən olan polkovnik Əbu Vəfadir.

Комментариев нет:

Отправить комментарий