26.04.2014

Bir tikə çörək

Pərnisə Fazil

Yolda yerə yıxılmış bir insan görəndə ona yaxınlaşmazlar, içkilidir...küçə adamıdır...avaradır...
Yerdə bir tikə çörək görəndə əyilib götürərlər, öpüb göz üstə qoyaraq, yaxınlıqdakı divarın kənarına qoyarlar.
İçləri rahat olar, axı Allahın nemətinə sayqı ediblər, onun üçün əyiliblər...
O bir tikə çörəyi qazanmaq üçün çox şeydən keçiblər axı, namusdan, şərəfdən, qeyrətdən. Üzü üzlər görüb, üzünə min söz deyilib, üzü tüpürcəklər görüb. Necə dəyərli olmaya bilər axı o bir tikə çörək?!
O bir tikə çörək ki, bu gün paramparça olmuş Vətəni unutdurub, ləkələnmiş Bayrağımıza laqeydləşdirib, bütün milli dəyərlərin dəyərini salıb...

O bir tikə çörək üçün körpü altına yığışan və qul kimi çalışaraq  uşağının yanına "üzüağ" gedən insanları kiçildərək, o körpünün bir daşından da kiçik  edibdir.
O çörək ki, 300- 500 manata boğularaq min cür alçalmağa razı olarlar və heç vaxt əlinin arxası ilə silib ata bilməzlər heç nəyi, müdürün qapısını çırpıb çıxa bilməzlər.
O bir tikə çörək ki,...
Əgər o bir tikə çörəyi qazanmaq sizi doyuzdurmursa, sizi üzüağ etmirsə, səsinizi səslərə qatmırsa, öz məmləkətinizdə yad adam edirsə, tüpürün o çörəyə...çünki
O BİR TİKƏ ÇÖRƏK  deyil...
O BİR TİKƏ ZƏHRİMARDI!

Комментариев нет:

Отправить комментарий