Sayman Aruz
Dünya Azərbaycanlı Yazarlar Qurumu
Bərabərlik prinsipinin həyata keçirilməsi əsas sayılan sahələrdən biri də siyasi sferadır. Demokratiya əhalinin böyük siyasi proseslərdə bərabər rola sahib olmasını təmin edən bir üsuldur. Demokratiya əslində qədim Yunanıstanda şəhər dövlətlərində meydana gəlmişdir və demokratiyadan məqsəd ( demos) hakimiyyət və ya ictimaiyyətdir. Başqa sözlə, cəmiyyətlə bağlı ümumi qərarların qəbul edilməsində söz sahibi olmaqdan ibarətdir. Demokratiya barədə bir -birilə fərqli ikili münasibət formalaşmışdır.Birincisi, cəmiyyətin üzvlərinin adəti üzrə səsvermə yolu ilə şirkətin idarə edilməsində iştirakından ibarətdir. İkincisi, insanların özlərinin belə mənasını dərk etmədikləri həqiqi mənafeyini təmin edilməsi üçün demokratik hökümətin yaradılmasına israr edir.
Əlbəttə, demokratiyanın özü də bir neçə mühüm yarım kateqoriyalardan ibarətdir. Buna misal olaraq, vasitəsiz, birbaşa demokrasiya, nümayəndəliyə əsaslanan demokratiya, xalq və ya kütləvi demokratiya, formal və ya xristian demokratiyasını göstərmək olar. Demokratiya həmçinin təşkilat və ya sənaye formalarında da təzahür edir ki, tələbə demokratiyasını buna misal göstərmək olar. Söhbətimizin ardı olaraq, bu formaların bəzilərinin xülasə şəklində araşdırılmasına
çalışacağıq.
VASİTƏSİZ, BİRBAŞA DEMOKRATİYA
Birinci demokratik hökümətlər vasitəsiz və ya birbaşa demokratiya şəklində olmuşdur: yəni səsvermə hüququna malik olanların özləri nümayəndə seçmək əvəzinə hər bir mövzu barədə müzakirə və fikir mübadiləsi edir və rəy verirdilər. Vasitəsiz demokratiya təkcə iştirakçıların sayı az olduğu və qəbul edilməsi lazım olan qərarların sayı nisbətən az və məhdud olduğu təqdirdə həyata keçirilə bilər. Elektron vasitələrin böyük sayda insanların səsvermə prosesində iştirakını təmin etməyinə baxmayaraq , onların praktiki plaraq rastlaşdıqları problemlər və mövzu spektri genişdir. Lakin bu məqsədin həyata keçirilməsi mümkün olduğu təqdirdə belə, demokratik hökümətin ağıllı qərarlar verməsi üçün seçicilərin müzakirə mövzusu barədə təsəvvürlərinin olması zəruridir. Bunun üçün zaman və müvafiq təhsil proqramı olmalıdır.
NÜMAYƏNDİLİYƏ ƏSASLANAN DEMOKRATİYA
Müasir demokratik hökümətlər nümayəndəliyə əsaslanan demokratiyadan ibarətdir. Bu növ demokratik şəraitdə keçirilən seçkilərdə seçicilər ürəkləri istəyən nümayəndələri seçirlər. Nümayəndələr daha sonra demokratik prinsiplərə əsaslanan gündəlik qərarların qəbul edilməsində iştirak edə bilərlər.
Nümayəndəliyə əsaslanan demokratiya bəzi cəhətdən xalq hakimiyyətinə arxalanır və bəzi hallarda öz məqsədlərinə çatmırlar. Lakin xalq tərəfindən seçildikləri təqdirə öz məqsədlərinə çatırlar. Bununla belə, nümayəndələr seçildikləri halda, adətən kiçik məsələlərdə insanların istəklərinin həyata keçirilməsində lazımi rolu oynamırlar. Yeni seçkilərin keçirilməsi hakimiyyətdən sui- istifadə edilməsinin qarşısının alınması məqsədini daşıyır. Seçicilərinin istəklərinə qarşı soyuqqanlı olan nümayəndələrinn yenidən seçilməsi bu arada mümkün deyildir.

Комментариев нет:
Отправить комментарий