05.11.2010

Dörd dəqiqəniz qalıb

Dilqəm Əhməd
d.ehmed@list.ru

  “Saatım haradadır?” 
                             (Salvador Dali)

İctimai TV-də namizədlərin çıxışlarına qulaq asdıqca nədənsə məşhurların son sözlərini xatırladım. Xüsusən də, edam olunan kəslərin son sözləri hər zaman maraqlı olub. Edam üçün gilyotinə doğru addımlayarkən səhvən cəlladının ayağına basan Kraliça Mariya Antonettanın “Bağışlayın, bilərəkdən etmədim”, Motsartın “Ölümün dadı dilimin ucundadır, bu dünyadan olmayan bir şey hiss edirəm” sözləri ən həyəcanlısıdır. Çıxışları dinlədikcə, dörd dəqiqə ilə platformalarını və ya platformasızlıqlarını açıqlamağa çalışan namizədlərə qulaq asdıqca həyatımızda boşa keçən nə qədər dörd dəqiqələrin olduğunu düşünürəm. Dörd dəqiqəyə ya bir stəkan çay içmək, ya bir siqaret tüstülətmək, ya da ki, hərəsinə bir dəqiqə ayırmaqla 4 dostunun halını soruşmaq mümkündür. Ya da ki, İsa Qəmbər kimi 4 dəqiqəlik çıxışınla 4 namizədin iftiralarına cavab verəsən. Doğrudan da çətindir. Dörd dəqiqə ərzində dili topuq vuran insanlar 5 il ərzində xalqa vəkillik etmək istəyir. Dörd dəqiqəyə insanların hörmət bəslədiyi bir seyid ocağı siyasətə alət edilir. 4 dəqiqəyə yaltaqlanmağın ən müxtəlif üsulları tapılır…

Elə bu ilk yazı da cəmi 4 dəqiqəyə yazıldı.

Комментариев нет:

Отправить комментарий