06.11.2010

Xalq və ya kütləvi demokratiya

Sayman Aruz                           Dünya Azərbaycanlı Yazarlar Qurumu


Xalq və ya kütləvi demokratiya kommunistlərin bir partiyalı siyasi sistemlərini ənənəvi bir neçə partiyalı sistemlərdən ayırmaq məqsədi daşıyan və onların nəzərinə görə, burjuaziya demokratiyası adlanan bir demokratiyadır. Bu sitemdə kommunist partiyası özünü cəmiyyətin əksəriyyətinin nümayəndəsi kimi qələmə verir. Kommunistlər belə bir şəraitdə cəmiyyətdə azlıq təşkil edən və istismarçı adlanan təbəqə üçün heç bir siyasi hüquq tanımırlar. Beləliklə belə bir nəticəyə gəlmək olar ki, bu növ demokratiya və demokratik prinsipə liberalizm ənənlərində riayət edilmir. Bu cür demokratiyaya proletariat diktaturası da deyirlər.
 XRİSTİAN DEMOKRATİYASI. Xristian demokratiyası xristian kilsələri və adətən katolik kilsəsi ilə ittifaqda olan bir sıra Avropa siyasi partiyalar qrupunun  ideoloji adıdır (Xristian demokrat partiyası).  On doqquzuncu əsrdə bu partiyaların əksəriyyəti imperializmə , sosializmə və iudaizmə qarşı çıxış edirdilər. Bu növ demokratiya daha çox kilsənin siyasi qüdrətini bərpa etmək məqsədini güdürdü. Lakin partiyaların Vatikanla əlaqəsi arzuolunan səviyyədə olmamışdır .
 DEMOKRATİYANIN ŞƏRHİ. Bir sıra nəzəriyyəçilər, xüsusilə də Karl Maksın (1818-1883) təsiri altında olan nəzərəiyyəçilər yuxarıda qeyd edilən demokratiyanınformalarına hücum edərək iddia edirdilər ki, bu formalar siyasi həyatda iştirak barədə gerçəkliyi əks etdirməyən hisslərdən qaynaqlanır. Onların iddiasına görə səsvermə sahəsində göstərilən səylər suverenliyi təmin etmir. Mümkündür ki, səs verənlərin bir hissəsi hətta nəyin onların mənafeyinə uyğun olduğunu bilmirlər və ya çıxış edənlərin sözlərinə aldanmış olurlar. Bu halda seçkilərdə iştirak edən namizədlərin əksəriyyəti seçkidə iştirak edərək səs verənlər üçün düzgün seçim etmək üçün lazımi imkanı yaradılması nöqteyi nəzərindən onlarınistəklərinə uyğun hesab olunmurlar. Marksistlər bu növ demokratiyanı burjua demokratiyası adlandırırlar ki yalnız hakimiyyətin mənafeyinə uyğun siyasət yeridirlər. Bu da öz növbəsində  mövcud iqtisadi münasibətlərdən meydana gəlirdi. Ümumilikdə demokratiyanı boş xəyal adlandırırlar.
 Demokratiyanın əleyhinə olan digər bir iddia seçicilərin lazımi təcrübəyə malik olmaması ilə bağlıdır. Demokratiyanın ən məşhur tənqidçilərindən olan Platon düzgün siyasi qərarın qəbul olunması üçün lazımi təcrübə və səlahiyyət tələb olunur. Yəni elə bir şeylər tələb olunur ki, səsvermədə iştirak edənlərin əksəriyyəti bu meyarlara malik deyildirlər. Bna görə də gerçəkliyə daha yaxın olan birbaşa demokratiya bir o qədər də əhəmiyyət kəsb etməyən siyasi quruluşun yaranmasına gətirib çıxarır. Çünki hakimiyyət höküməti idarə etmək təcrübəsinə malik olmayan insanların əlinə düşmüş olur. Həmçinin digər demokratiya növlərinə də qarşı oxşar tənqidlər də səslənir. Məsələn nümayəndəli demokrasiyaya qarşı tutulan iradlar bundan ibarətdir ki, nümayəndələr mümkündür ki, xalq kütlələrini aldatsınlar və ya əllərində cəmləşən mənbədən  və qüdrətdən dolayı yolla sui-istifadə etsinlər. Yaxud öz düşüncə tərzlərini cəmiyyətdə hakim siyasi quruluşa diktə etsinlər.
 Daha bir iddia isə paradoks məsələsi ilə əlaqədardır. Bu məsələnin mahiyyəti ondan ibarətdir ki, əgər mən konkret bir mövzuya razılığımı bildirsəm və əksəriyyətin rəyi mənim razılığımı bildirdiyim mövzu ilə müxalif olarsa və demokratik əsaslatra uyğun olaraq əksəriyyətin rəyi keçərli olarsa, o halda mənim vəzifəm və mövqeyim necə olacaq? Bu halda əksəriyyətin rəyinə ehtiramla yanaşmaq və şəxsi fikir və mənafedən imtina etmək lazım gələcək? Bu suala müsbət cavab verildiyi təqdirdə digər bir sual ortaya çıxmış olur ki, nəyə görə başqasının fikir və mənafeyini şəxsi fikir və mənafedən üstün tutmaq lazımdır?

Комментариев нет:

Отправить комментарий