15.04.2011

AXCP BAŞ PROKURORUN CAVABINI VERDİ

"Heç bir siyasi və ictimai dəlil olmadan Zakir Qaralovun bu cür çıxış etməsi, baş prokurorun və onun təmsil etdiyin hakimiyyətin Əli Kərimli qarşısında nə qədər aciz olmasından xəbər verir"



Xəbər verdiyimiz kimi bu gün Respublikanın baş prokuroru Zakir Qaralov AXCP sədri Əli Kərimli haqda mətbuata açıqlama vermişdi. Baş prokuror jurnalistlərə açıqlanmasında bildirib ki, Ə. Kərimli gəncləri qanunsuz yola dəvət etməməlidir: “Vətəndaş Əli Kərimli qanunsuz əməllərdən çəkinməli, gənclərimizi qanunsuz əməllərə, zorakılığa, itaətsizliyə sövq etməməlidir. Onun kimin sifarişini yerinə yetirdiyi bizə bəllidir”.

Mövzu ilə əlaqədar Baş prokurorun çıxışına münasibət bildirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı FaktXeber.com-a bildirdi ki, “Zakir Qaralov prokurordur. Ən azından o tutduğu posta hörmət etməlidir. O, vəzifəsindən istifadə edərək, şər və böhtan xarakterli sözlər danışmamalıdır. O, Əli Kərimli haqda yaydığı bu fikirlərə görə tutduğu vəzifəyə hörmətsizlik edir. Əgər onun əlində hər hansı bir fakt olmuş olsaydı o, halda ictimaiyyətə açıqlama verə bilərdi. 
Lakin heç bir siyasi və ictimai sübut olmadan Zakir Qaralovun bu cür çıxış etməsi, baş prokurorun və onun təmsil etdiyin hakimiyyətin Əli Kərimli qarşısında nə qədər aciz olmasından xəbər verir. Əli Kərimlini hədəfi Azərbaycan xalqının mənafelərinə xidmət etməkdir.”
Baş prokurorun bu açıqlamasına görə məhkəmlərə müraciət etməyəcəklərini deyən Fuad Qəhrəmanlı, onsuzda məhkəmələrində müstəqil olmadığını və hakimiyyətin maraqlarına xidmət etdiyini bildirdi.

Комментариев нет:

Отправить комментарий