16.04.2011

Balıq başından iylənər

Elşən İmaməliyev                 eimamaliyev@yahoo.com


Futbolla maraqlandığım gündən bu gözəl oyunun əsas fiqurlarından olan hakimlərlə bağlı bir çox söz-söhbətlərin şahidi olmuşam. Bu söz-söhbətlər dünyanın hər yerindən gəlirdi və indidə gəlməkdə davam edir. Amma dünyada baş verən hakim səhvləri milli çempionatımızda baş verən səhvlərdən çox fərqlənir. Əvvəla ona görə ki, dünya hakimlərinin səhvləri əksər halllarda yanlışlıqla baş verir və tənqiddən sonra bu səhflər ya hakimlərin özləri tərəfindən, ya da onlara rəhbərlik edən qurumlar tərəfindən dərhal aradan qaldırılır. Atalar yaxşı deyib, "eşşək palçığa bir dəfə batar". Bəs nə ücün bizim çempionatımızda səhvlər bitib-tükənmək bilmir və əksinə hər gün daha da artır?
Premyer Liqamızda şablon səhvlər mövcuddur. Məsələn, yan xətt hakimləri oyunun tempinə uyğunlaşa bilmirlər, geriyə qalmaları, bayraq qaldırarkən baş hakimin qərarını gözləmələri və s. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə bir yandan hakimləri müdafiə edib, klubların, azarkeşlərin haqq səsini batırmağa çalışır. Məgər bütün baş verənlər futbolumuza ləkə deyilmi, yoldaş Xəqani Məmmədov? Biz Tofiq Bəhrəmovdan bunumu öyrənmişdik? Bəs ayrı-ayrı oyunlardan gələn rüşvətxorluqla bağlı söz-söhbətlər? Bəs buna nə ad vərək, cənab Məmmədov? Babək Quliyevin rüşvət almaqda ittiham edilib, tamam başqa arqumentlə cəzalandırılması futbolumuza ləkə deyilmi? Səhv etmirəmsə, vaxtı ilə sizidə məhz bu səbəbdən - rüşvət aldığınız üçün hakimlikdən qovmuşdular. Elə bu yerlə atalar yaxşı deyib: "Balıq başından iylənər".
Məncə, baş verənlər heç də təsadüfü səhvlər deyil, düşünülmüş addımdır və planlı şəkildə davam edir. Bu gün elə bir adam tanımıram ki, Azərbaycan hakimlərinin səviyyəsindən razılıq etsin. Təkçə Hakimlər Komitəsinin sədrindən başqa...
Yadınızdadır Lənkərandakı oyun zamanı sizə şüşənin arxasında nə dedim? Yadınıza sala bilərəm: dedim ki, nə qədər siz istefa vərməmisiniz, Azərbaycan hakimliyi inkişaf etməyəcək. Odur ki, öz adımdan, bütün futbolsevərlər adından sizi özünüzə hörmət etməyə və öz xoşunuzla istefa verməyə çağırıram.
Özünüzə hörmət edin və istefa verin, yoldaş Xəqani Məmmədov!!!

Комментариев нет:

Отправить комментарий