Xalq artisti Ramiz Əzizbəyli ilə işinin çoxluğundan professoru olduğu Mədəniyyət və İncəsənət Universitetində görüşdük.
Xalq artisti yataqdan qalxandan bəri boş dayanmır. Filmlərə çəkilir, kitab buraxır, film çəkməyə hazırlaşır və sairə. İlyarım yataq xəstəsi olan xalq artisti sanki itirilmiş vaxtın əvəzini çıxmaq istəyir...
- Gözəl səsli aktyor, rejissor, ssenarist, yazar, bildiyimə görə həm də rəssamlığınız var. Ramiz Əzizbəyli əslində kimdir?
- Hər dəfə mənə bu sualı verəndə, ilk olaraq onunla başlayıram ki, Ramiz Əzizbəyli Bakıda doğulmuş bir azərbaycanlı balasıdır. Hər kəs çox gözəl bilir ki, necə vətəndaşdır. Özümdə ən üstün tutduğum cəhətim vətənpərvər olmağımdır. Mən Vətənimi, xalqımı, millətimi və bütün problemləri ilə birlikdə dövlətimi sevirəm. Allahımı tanıyanam.
Ramiz Əzizbəyli sadəcə Ramiz Əzizbəylidir. Mən boş-boşuna yaşamaq üçün yaranmamışam. Yəqin ki, mən Allah tərəfindən seçilmişlərdənəm, bəyənilmişlərdənəm. Və bu seçilmişlərin arasında özümü birincilərin birincilərinin birincisi hesab edirəm. Bilirsiniz nəyə görə? Çünki heç nəyə iddiam yoxdur! Bu qədər potensialı olan bir şəxs heç nəyə iddialı deyil. Buna görə də siz jurnalistlər də məni çox istəyirsiniz, xalq da çox istəyir, dövlət də. Hara gedirəm iddiasızlığımı göstərirəm. Hətta getdiyim beynəlxalq kinofestivallarda, tutalım mənə baş mükafat ayrılan yerdə görmüşəm ki, mükafat üstündə min oyundan çıxırlar. Demişəm ki, mən bura mükafat almağa gəlməmişəm.
Bilirsiniz ki, çəkdiyim filmlər xalq tərəfindən necə sevilir. Amma təbliğatı zəifdir, yenə də səsimi çıxarmıram. Heç görün mən dava edirəm?
- Niyə ki, “Bəxt üzüyü” çox tez-tez yayımlanır.
- Heç o filmin də davasını etməmişəm. “Bəxt üzüyü”nə görə mən milyoner olmalıyam. Bizim qanunlardakı boşluqlardan biri budur. Nə vaxt düzələcək? Elə şeylər var, tənzimlənib axı? Müəlliflik hüququ var. 20 ildir durmadan bu çarx fırlanır, amma mən heç nəyin sahibi deyiləm.
- Bu yaxınlarda kitabınız çap olundu.
- Bəli, müəllif kimi ön sözü də özüm yazmışam. Onu oxusanız görərsiniz ki, Yazıçılar Birliyinin üzvü olmağıma baxmayaraq, şairliyə, yazıçılığa iddialı deyiləm. Mən şairlərin, yazıçıların yanında utanıram.
- Yəqin elə bu səbəbdən kitabınızı “Cızma-qaralar” adlandırmısınız?
- Yox, səmimi olaraq “Cızma-qaralar” adlandırmışam. Bilirsiniz, mən 10-12 yaşından adda-budda yazıb atıram bir kənara. İstəsəydim gedib yazdıqlarımı o vaxtdan çap etdirərdim. Məni yaxşı insanlar məcbur elədilər. Dedilər ki, “deyilən söz bir halda ki, yadigardır, yazdıqlarını niyə bir kənara atırsan? Ver, işıq üzü görsün, gələcəkdə uşaqların oxuyar, mənəvi qida alarlar”.
- Hər halda, 10 ilə yaxındır AYB-nin üzvüsünüz, çoxdan çap olunmalıydınız. 10 ildə birinci kitabınızı buraxmağınız…
- Bəlkə də sonuncu. Mən qarşıma kitab buraxmağı məqsəd qoymamışam. Yazıçılar Birliyinin üzvü olduğum müddətdə dövri mətbuatda vaxtaşırı çap olunmuşam.
- Ramiz müəllim, 9 yaşından səhnədəsiniz. İlk çəkildiyiniz film hansı olub?
- İnşallah, yayda 63 yaşım tamam olacaq. İlk dəfə kinoya 1961-ci ildə “Əmək və qızılgül” filmində çəkilmişəm. O filmdə baş rola, dünya şöhrətli xoreoqraf Mahmud Esembayevin uşaqlığına təsdiq olunmuşdum. Çünki orta məktəbdə rəqsə gedirdim.
- Siz həm də rəqqassınız?
- Yox, rəqqas demək olmaz. İndi məndə o yoxdur. Düzdür, milli rəqs elementlərinin əksəriyyətini bilirəm. Amma indi çox şeyləri unutmuşam. Buna baxmayaraq, indinin özündə də qol götürüb oynayanda, pis çıxmasın hayıl-mayıl olurlar. (gülür) Hə, onu deyirdim axı, o zaman eyni vaxtda idmanla da məşğul olurdum, dərəcəm filan var idi. O vaxt məni SSRİ-nin məşhur Artek düşərgəsinə yarışa göndərdilər və qayıdanda xəbər tutdum ki, mənim təsdiqləndiyim baş rola başqa uşağı çəkiblər. Mərhum rejissor Tofiq Tağızadə yaman əsəbiləşdi, məni bir az danladı. Sonra dedi ki, “Eybi yox, sənin bu filmdə yadigar qalmağın üçün səni çəkəcəyəm.” Filmdə xüsusi olaraq mənim üçün epizodik bir rol yazdı. Guya, Mahmud Esambayevə uşaq vaxtı rəqs etməyi öyrədən qaraçı balası var imiş.
- Ramiz müəllim, kütləvi informasiyalar vasitələri Həmkarlar İttifaqının və “Ağsaqqallar Şurası”nın fəxri üzvüsünüz. Adəm Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının I vitse-prezidentisiniz və bu kimi bir çox ictimai fəaliyyətiniz var. Üstəlik də Mədəniyyət və İncəsənət Universitetinin proffesorusunuz. Bütün bu işlər necə çatdırırsınız?
- Mən yalnız yaradıcı insan deyiləm axı. Yaradıcılıqdan kənarda bir qohum, dost və valideyn kimi başqa işlərim də var. Şükür Allaha, ölmədim sağ qaldım. Hər bir işi özümə görə çatdırıram.
-Xəstələndiyinizi yada salmaq istəmirdim. İndi ki deyirsiniz, “Şükür Allaha ölmədim sağ qaldım”, amma yataqda olanda deyirdiniz ki, “bilirəm ki, sağalan deyiləm”.
-Çünki müəyyən dairələrin mənə qarşı biganəliyi, laqeydliyi məndə belə bir şübhə yaratmışdı ki, bunlar deyəsən mənim ölməyimi istəyirlər. “Bilirəm ki, sağalan deyiləm” deyəndə ümidsizliyə qapılmaq üzrə idim. Amma qurban olduğum dedi ki, “Elə deyil! Yaradan da mənəm, öldürən də!” Və məni ayağa qaldırdı. Həkim dostum Rəşid İbrahimovun köməyi və dövlət başçımızın qayğısı, siz kütləvi informasiya vasitələrinin nümayəndələrinin mənə qarşı olan diqqəti və xalqın məhəbbəti ilə ayağa qalxdım. Mən xəstə yatanda dünyanın 12 ölkəsindən mənə baş çəkməyə gəlmişdilər. Dövlət başçımız mənə təklif etdi ki, dünyanın hansı ölkəsində istəyirəmsə, orada əməliyyat olunmağımı təklif etdi. Dedim ki, bu vətəndə doğulmuşam, ölsəm də burada öləcəm, heç yerə getmək istəmirəm.
- Və əməliyyatdan imtina etdiniz…
-Əməliyyatdan imtina eləmədim. Sadəcə olaraq məni müalicə edən həkimə dedim ki, dövlət başçısı tərəfindən təklif gəlib. O da mənə dedi ki, “Səni yataqdan qaldırıb xərəyə qoysalar, sümüklərin açılıb tökülər. Sənin müalicən uzanan yerdə aparılmalıdır. Mən səni sağaldacam.”
Kişi kimi dediyini də elədi. Səhiyyə Nazirliyi səhhətimlə tez-tez maraqlanırdı. Sağalandan sonra mənə zəng vurub dedilər ki, o həkimi bizim yanımıza göndər. Orada Rəşid İbrahimovu çox yaxşı qəbul elədilər, məni sağaltdığı üçün “çox sağ ol!” dedilər. Məndən olsa ona “Şöhrət” ordeni verərəm.
- Səhhətiniz indi necədir?
- Şükür Allaha lap yaxşıyam. Evimin bazarlığını özüm edirəm, maşın da sürürəm. Yenə də deyirəm, yaradan da Allahdır, öldürən də.
- Afaq Bəşirqızı ilə barışmısınız?
- Bu suala cavab verməyəcəm. Ümumiyyətlə, bu barədə məndən heç vaxt heç nə soruşmayın!
Məndə elə prinsipialllıq var ki, nə qədər uşaqdır dözərəm. Böyüyəndən sonra doğma övladım olsa belə küsdümsə barışmıram. Çünki mən artıq ona o şüuru vermişəm.
- Yaman əsəbiləşdiniz, gəlin söhbətin səmtini dəyişək. Hal-hazırda kinoda bir fəaliyyətiniz var?
- 2011-ci il mənə düşərli oldu. Əvvala çoxdan yığılıb qalmış cızma-qaralarımı kitab halına saldım. Oqtay Mirqasımovun çəkdiyi “Qisas almadan ölmə!” bədii filmində baş rola çəkildim. Uzun müddətdir saqqalla gəzməyimin səbəbi bu film idi. İndi Ramiz Həsənoğlunun Mirzə Fətəli Axundovun yubileyi ilə əlaqədar “Müraviyə vəkilləri” televiziya filmində baş rola çəkilirəm. Daha sonra Axundov haqqında çəkilən iki seriyalı “Sübhün səfiri” filmində Hacı Qara roluna çəkilirəm. 3-5 günə özüm də istehsalata film buraxacam.
- Siz yataq xəstəsi olanda özünüz film çəkmək istəyirdiniz.
- Bilirsiniz, niyə film çəkmək istəyirdim? Əgər əməliyyat lazım gələrdisə, çox baha başa gələcəyini bilirdim. Yadınızdadırsa siz mənim adıma hesab açdırıb xalqdan pul yığılmasını istəyirdiniz. Bunu eşidəndə pis oldum. Mən buna razı ola bilməzdim. Mən məscid qabağında oturmamışdım. Heç xoşum gəlmədi.
- Biz sizə kömək etmək istəyirdik. Axı uzun müddət sizinlə maraqlanan olmadı…
- Çox sağ olun ki, mənə görə narahat olurdunuz. Mən bunu başa düşürəm. Amma mənim soyadımı yadınıza salsanız, başa düşərsiniz ki, mən əyilən-sınan kişilərdən deyiləm. Mənim dediyim o idi ki, mənə qayğı göstərməkdənsə iş verin. İşləyim öz halal pulumla özümü müalicə edim. Elə də oldu. İlk vaxtlarda özümün imkanım var idi. Sonralar da Allahın və dövlətin köməkliyi ilə sağaldım.
- Allah sizi bir daha yatağa salmasın.
- Allah heç kimi yatağa salmasın. Çünki insan sağlam olanda onunla mübadilə aparmaq olar, mübarizə etmək olar. İnsan sağlam olmalıdır ki, qeyri-əxlaqi, cinayət tərkibli əməli olanda onu tənbeh edib cəzalandırmaq mümkün olsun. Xəstə adama nə cəza veriləcək axı, onsuz da xəstədir. İndiyədək heç nəyi itirməkdən qorxmamışam, bircə şüurumdan başqa. Həmişə Allahıma yalvarmışam ki, Allah sən mənim şüurumu əlimdən alma, özüm-özümü idarə edim. Bax, mən o kişilərdənəm.
- Azərbaycan kinosunun indiki vəziyyətindən razısınız?
- Vəziyyət deyəndə konkret nəyi nəzərdə tutursunuz?
- Hollivud bir yana, İran artıq kinosu ilə dünyaya səs salıb. Nəyə görə bizim dünya səviyyəli bir filmimiz yoxdur?
- Bir həqiqət var ki, nə qədər ki, biz öz milli kino məktəbimizi yaratmamışıq, heç nə əldə etməyəcəyik. Bu o demək deyil ki, bizim milli kino məktəbimiz olmayıb. Olub, özü də çox böyük, adlı-sanlı olub.
- Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən bildirdilər ki, maddi-texniki baza ilə yanaşı yaradıcı heyət hələ bu səviyyədə yetişməyib.
- Onların hamısına böyük hörmətim var, hamısı da mənim dostum-qardaşımdır. Amma bu fikirlə razı deyiləm. Necə yəni yaradıcı heyət yoxdur? Əgər yoxdursa, niyə 30 ildir o kürsüdə oturmusunuz? Sadəcə indi başlayıblar yeni dalğa axını ilə işləməyə. Gənclərin arasında yeni nəfəs, yeni baxış axtarırlar. Ən böyük səhv budur. Çatışmazlıqların bəlkə də ən böyük günahı bundadır ki, əlimizdə olan hazır materialı kənarlaşdırıb, yeni qüvvə axtarırıq. Necə ki, vaxtı ilə istedadlı aktyorlarımız qala-qala nə üçünsə özgə millətlərin, özgə studiyaların aktyorlarını dəvət edirdilər. Belə olmaz! Biz ölüb çıxıb gedəcəyik, bərəkətə and olsun, heyfslənəcəklər ki, hanı bunlar?Amma indi bizi bəyənmirlər. Çox çətindir.
Maddi-texniki bazaya gəlincə sadəcə olanları itirmişik. SSRİ dövründə əlimizdə olan köhnə qırıq-salxaq nə texnikamız var idisə, SSRİ dağılanda bazamızı da dağıtdılar. İndi onu bərpa etmək üçün keçən dəfəki 10 manatlıq cihaz bu gün 3 milyona alınmalıdır.
- Ömrünü kinoya xərcləmiş biri kimi çıxış yolunu nədə görürsünüz?
- Milli kinomuz inkişaf etmədiyindən bütün bunları almaq üçün dövlətin büdcəsindən pul ayrılmalıdır. Dövlətin də nə qədər problemi var, quruculuq işləri, bərpalar, nə bilim nələr. Sadəcə olaraq dövlət öz büdcəsindən bizə pul ayıranadək, pulu dövlətin pulundan qat-qat çox olanlar kişi olub, sinələrini qabağa verməlidirlər. Kinoya 5 manat ayıranda soruşmamalıdırlar, “Bəs mən nə qədər qazanacam?”. Messenatlıq etməlidirlər, sponsorluq yox. “Titanik” filmini çəkdirən kişi, filmdən xoşu gəldiyi üçün ayırdığı pulu çəkiliş qrupuna bağışladı. Sponsor “Verdiyim pula 3 külqabı almışdınız, onun 2-si sınıb, bəs 1-i hanı?” soruşanda, belə xırda şeylərin davasını edəndə kino alınmaz. Belə sponsorla kino çəkmək olar? Ondansa elə dövlət kinosu yaxşıdır!
- Siz “Bəxt üzüyü”nü çəkəndə nəinki kinonun, ümumiyyətlə ölkədə vəziyyət ağır idi...
- Mən “Bəxt üzüyü”nü çəkəndə bir “Qarabəyi assosiasiyası” vardı, nə qədər dedik verdi. Bir qəpik də ummadı, halallıqla verdi. Bax buna görə “Bəxt üzüyü” 20 ildir yaşayır. Çəkilişlər üçün çox kasıb insanların həyətini tapmışdım. Filmin hesabına onlar üçün hasar tikdirdim, quyu qazdırdım, ağac əkdirdim, küləfrəngi tikdirdim. Həyətdə əlavə Seda ilə Rasimin yaşadığı evi tikdirdim. Çəkilişlər başa çatandan sonra sponsor dedi ki, “Bilməzsiniz birdən oradan bir taxta götürərsiniz ha, o kişi bizə evini verib, halal xoşu olsun!” Üstəlik də icarə haqqını verdi. Nə var idi qoydum çıxdım. Həyətin sahibi rəhmətə getsə də, uşaqları indiyədək bizə dua oxuyurlar. Kino xalqı, milləti inkişaf etdirmək üçün yaranıb, dağıtmaq üçün yox.
- Sizcə Hollivud filmlərinə çatmağımıza çox var?
- Hər şey maddiyyata bağlıdır. Bir dənə maşın, bina yandıra bilmirik, bir körpü partlada bilmirik. Bunlar hamısı pul tələb edir. Hollivud nə ilə qazanır? Vizual effeklərlə, yandırır, partladır, dağıdır. Burada nə çətin iş var? Dekorasiyasını tik, partlat-dağıt. Bunun üçün bizim özümüzün kino düşərgəsi yaradılmalıdır. Onun içində təyyarə limanından tutmuş okean dibinin çəkilişlərinin effektini verən hovuzlarımız olmalıdır.
- Bəs SSRİ dövründə siz deyən səhnələr olan Azərbaycan filmlərimiz harada çəkilirdi?
- Şıx kəndində hovuzumuz var idi. Bizim dalğıclar operatorlarla birgə suyun altında bu səhnələri çəkirdilər. "Azərbaycanfilm" kinostudiyasında qəşəng bağ-bağat salınmışdı, dağ, dərə-təpə mənzərələri var idi. Qatar xətti salınmışdı, xırda planlar lazım olanda gedib dövlətin dəmir yolunu bağlamırdıq. İndi heç nə yoxdur. Nəyimiz vardı daşıdılar.
- Kimlər daşıdı?
- Moskva apardı. O biri respublikalar oğurladı apardı. Bizimkilərdən satanı oldu. İndi Ramiz Əzizbəyli nə ilə kino çəksin? Kino üçün ayrılan pulun 35%-ni verib ancaq bir kinokamera alıram. Kinoaktrisanı dəvət edəndə, 5000 manat istəyir, mənimsə 500 manata gücüm çatır. O ya gəlmir, gələndə də 500 manatlıq oynayır.
- Tutalım, maddi-texniki baza yaradıldı, aktyorlarımızın peşəkarlığı sizi qane edir?
- Əsl kinoya çəkilmək üçün bizim kinoaktyorlarımız 12 növ imtahandan keçməlidirlər. Bizim aktyorların biri də at çapa bilmir. Hər hansı bir tarixi mövzuda film çəkəndə qəhrəman at çapmalıdırsa, məcbur olurlar hansısa kənddən adam gətirib, atın belində otuzdururlar. Əvvəllər elə deyildi. Mən özüm “Qaçaq Nəbi”yə çəkiləndə məcbur idim at çapmağa. Filmdə atı qovduğum səhnələr var. Şəhərdə böyümüş adamam, at harada görmüşdüm. Digər aktyorlarla düz 3 ay “Cıdır” düzündə at çapmağı öyrəndik. Axı indi elə şey yoxdur. İndiki aktyorlar gəlib bizim universitetdə 1 il özünü göstərir, qalan 3-4 ili heç dərsə gəlmir. Rejissorluqda oxuyanlar da gedib bir kamera tapıb, bir klip çəkir və deyir mən rejissoram. Budur fakt! Bu baxımdan hal-hazırda televiziyalarda çəkilənlərin heç biri kino deyil! Mən bunu həmişə demişəm, yenə də deyirəm. Bu, kino-kino oynamaqdır! Necə ki, biz uşaqlıqda dava-dava oynayırdıq. Mən sözün birini deyib 99-nu demirəm.
- Kino sahəsində daha nələr baş verir?!
- Hələ bu nədir ki, mən heç ağzımı açmamışam. Danışsam iyrənərsiniz.
-Ramiz bəy, sizdən bir şey soruşmaq istəyirəm, “Bəxt üzüyü” filmində üzüyü kim oğurlamışdı?
-Dövr, zaman…

ANSPRESS
Комментариев нет:
Отправить комментарий