19.11.2012

İsrailin tarixçəsi

Mayis Güləliyev

Son aylarda İsrail dövlətinin irqçi siyasətindən ciddi ziyan çəkmiş fələstinlilər Sionist müstəmləkəçiliyinə qarşı müqavimət göstərməkdə davam edirlər. Artıq dünya ictimaiyyətinə bəllidir ki, İsrailin terrora qarşı mübarizə bəhanəsi ilə Qəza bölgəsində həyata keçirdiyi qeyri-humanist siyasət son 60 ildə Yaxın Şərqdə həyata keçirilən sionist terrorunun məntiqi nəticəsidir. İsrailin hərbi zorakılığı bir çox ölkələr tərəfindən beynəlxalq hüquq normalarına, insan hüquqlarına, ümumbəşəri dəyərlərə hörmətsizlik və fələstinlilərin soyqırımı kimi qiymətləndirilsə də, İsrail işğalı dayandırmağa və BMT-nin konfliktlə bağlı qətnamələrini yerinə yetirməyə səy göstərmir.
Heç şübhə yoxdur ki, İsrailin fələstinlilərə qarşı həyata keçirdiyi bu soyqırımı ABŞ hökuməti tərəfindən nəinki dəstəklənir, hətta bu hərbi zorakılıq ABŞ Yaxın Şərq siyasətinin tərkib hissəsidir.
Bəs görəsən Yaxın Şərqdə neft və qaz ehtiyatları olmasaydı bu region ABŞ siyasilərinin diqqətini bu qədər cəlb edərdimi? Başqa sözlə desək, XİX əsrin sonlarında dünyada neftə olan təlabatın artması və XX əsrin əvvəllərində Yaxın Şərqdə çox böyük neft yataqlarının kəşvi olmasaydı Sionizmin Yaxın Şərqə ayaq açması və Fələstin xalqının müsibətə düçar olması baş verəcəkdimi?
ABŞ Yaxın Şərqin geniş neft yataqları ilə 1920-ci illərdən sonra maraqlanmağa başladı və ABŞ-ın iki şirkəti- Standart Oil və Texaco şirkətləri Səudiyyə Ərəbistanında fəaliyyətə başladılar. Bəhreyn və Kuveytdə neftin tapılmasından sonar Yaxın Şərq ABŞ-ın xarici siyasətinin prioritet sahəsinə çevrildi. Beləliklə, ABŞ öz şirkətləri vasitəsilə Yaxın Şərqdən Böyük Britaniyanı sıxışdırdı. II Dünya müharibəsindən sonra Yaxın Şərqdə əsas söz sahibi olmaq üçün ABŞ-a mane ola biləcək bir neçə factor var idi. Bunlardan biri və əsası ərazidə millətçi əhval-ruhiyyəsinin arta bilməsi idi. Regionda sənayenin inkişafı digər sahələrin də inkişafına təkan verə bilərdi. Təhsilin və iqtisadiyyatın inkişafı milli süurun da inkişafına, nəticədə isə, milli maraqların önə çəkilməsinə gətirib çıxara bilərdi. Odur ki, Yaxın Şərqdə ABŞ hegemonluğunu qorumaq üçün Sionizmin dəstəklənəsi və Yaxın Şərqlə bağlı mümkün problemləri İsrailin vasitəsilə həll etmək nəzərdə tutulmuşdu. İsrailin 1948-ci ildə yaradılması və sonrakı illərdə qonşu ölkələrlə aparılmış müharibələr, qonşu ölkələrin torpaqlarının zəbt edilməsi və təcavüzkar siyasətin indiyə qədər davam etməsi heç şübhəsiz ki, ABŞ xarici siyasətinin mahiyyəti ilə birbaşa bağlıdır. Odur ki, İsrailə ABŞ tərəfindən hərtərəfli yardımların göstərilməsi hələ də davam edir.
İsrail iqtisadiyyatı müstəqil deyil və ABŞ tərəfindən yardımlar olmasa İsraildə ciddi iqtisadi və maliyyə çətinlikləri yarana bilər. ABŞ yardımları olmazsa, İsraildə social və hərbi xərclər ciddi surətdə azala bilər. Bu isə İsrailin işğalçılıq siyasətini davam etdirməsinə ciddi təsir göstərə bilər. ABŞ tərəfindən hər il İsrailə verilən 3 milyard dollarlıq birbaşa yardımlar sionist rejiminə regionada hərbi vəziyyəti həmişə saxlamağa və müstəmləkəçilik siyasətini yeritməyə imkan yaradır. Bu yardımlara hər il verilən milyardlarla kreditləri, keçmiş Sovet respublikalarından və digər regionlardan İsrailə köcən sakinlərin social problemlərini həll etmək üçün verilən yardımları, regionda aparılan müharibələrin xərclərini aradan qaldırmaq üçün verilən yardımları və sair yardımları nəzərə alsaq ABŞ-ın İsraili necə himayə etdiyi aydın olar. ABŞ vergi ödəyiciləri onların vəsaitlərinin İsrail hərb maşını vasitəsilə insan qərğınına sərf edildiyinin fərqindədirlərmi?
ABŞ-İsrail Alyansında İsrailin üzərinə düşən məsuliyyət ABŞ-ın İsrailə göstərdiyi bu əliaçıqlılığın müqabilində regiondakı enerji resurslarının tam şəkildə ABŞ-ın nəzarətində olmasına şərait yaratmaqdır. Beləliklə, son 60 ildə İsrailin regionda həyata keçirdiyi siyasətin mahiyyətində məhz neft və ya qaz ehtiyatları üzərində ABŞ-ın nəzarətinin təmin edilməsi dayanır.
İsrailin 2006-cı ildə Livana qarşı apardığı təcavüzkar müharibənin də mahiyyətində enerji məqsədləri gizlənirdi. İsrailin Livanı nəzarətə alması Xəzər neftini İsrailə nəql edən boru kəmərinin nəzarətə olması demək idi. İsrailin enerji ilə təmin edilməsində BTC xüsusi rol oynayır. Başqa sözlə desək, İsrailin hərbi potensialının güclənməsində, Livanda və Qəzzada İsrail hərbi maşınının qurbanı olmuş minlərlə insanın iztirablarında Xəzər neftinin də payı var.
Regionda ABŞ-ın enerji maraqlarına xidmət edən İsrail Xəzər neftinin Aralıq dənizi ilə nəql edilməsində və Asiya bazarlarına çıxıarılmasında təhlükəsizlik qarantı rolunu oynamağı boynuna götürüb. Odur ki, həm Livana, həm də Qəzzaya qarşı İsrailin təcavüzkar müharibəsi bu ərazilərdən keçən və ya keçməsi planlaşdırılan boru kəmərlərinin İsrail nəzarətində olması məqsədi daşımış və ABŞ tərəfindən tam şəkildə dəstəklənmişdir.
Heç şübhəsiz ki, İsrailin yaranması və son 60 ildə hərtərəfli dəstəklənməsi onun ABŞ və Böyük Britaniya hərbi birliyinin tərkib hissəsi olduğundan xəbər verir. Bu hərbi birlik isə Yaxın Şərqdə Qərb transmilli şirkətlərinin maraqlarını qoruyaraq, həm də Xəzər neftinin İsrailə nəqlinə nəzarət edir. ABŞ-ın Yaxın Şərq siyasətinə görə, Türkiyədən İsrailə yönələn boru kəməri Ceyhan ilə İsrailin Aşkelon portunu, sonra isə Qırmızı dənizin əsas boru kəmərləri sistemini birləşdirməlidir. Əlbəttə, Xəzər neftinin İsrailə ötürülməsi təkcə İsrailin öz estehlakına yox, həm də Asiya bazarlarına çıxarılmaq üçün nəzərdə tutulub. ABŞ siyasilərinin düşüncəsinə görə, bu boru kəmərlərinin İsrail vasitəsilə reallaşdırılması və İsrail tərəfindən nəzarətdə saxlanması regionun neft nəqlinin daha etibarlı həyata keçirilməsinə şərait yarada bilər. Hələ BTC boru kəməri layihələşdiriləndə və onun maliyyələşdirilməsi məsələsi gündəlikdə duranda, onun Trans-İsrail-Eliat-Aşkelon boru kəmərləri sisteminə qoşulması cəhdlərinın olacağı və regionda ciddi qarşıdurmaların yaranacağı proqnozlaşdırılırdı.
Türkiyədən İsrailə istiqamətlənən boru kəmərləri təkcə enerji nəqli üçün deyil, həm də su təchizatı üçün nəzərdə tutulur. 2006-cı ilin Aprelində hər iki ölkənin rəsmiləri Suriyadan və Livandan yan keçməklə dörd boru kəmərinin tikintisinin planlaşdırıldığını bəyan etdilər. Əlbəttə, Xəzər neftinin də bu boru kəmərləri ilə Aşkelon portuna ya tankerlərlə, ya da sualtı boru kəməri ilə nəqli və Qırmızı dənizlə Asiya bazarlarına çıxarılması mükündür.
İlk baxışda elə düşünmək olar ki, Türkiyədən İsrailə çəkilməsi planlaşdırılan dörd boru kəməri qonşu ölkələrin, o cümlədən Suriya və Livanın müstəqilliyinə birbaşa təhlükə yaratmır. Lakin boru kəmərlərinin çəkilməsi ilə bu ərazilərdə İsrailin hərbi nəzarətinin güclənməsi və ciddi hərbi qarşıdurmalar üçün ehtimal yaranırdı. Belə ki, bu boru kəmərlərinin mövcudluğu sonradan ərazilərin hərbiləşdirilməsinə və Ceyhan portundan İsrailə qədər ərazilərdə İsrailin hərbi qüvvələrinin yerləşdirilməsinə şərait yaradırdı. Doğrudan da, hadisələrin sonrakı inkişafı göstərdi ki, məhz bu ərazilərdədə öz hərbi gücünü artırmaq məqsədilə İsrail Livanı sıxışdırmağa və hərbi güc tətbiq etməyə can atdı. Suriyanın bu konflitə qoşulması ərazilərə daha böyük oyunçuların, yəni ABŞ-ın gəlməsinə və ərazidə ABŞ qüvvələrinin nəzarətinin tam təmin edilməsinə şərait yarada bilərdi.
İsrail tərəfindən Qəzza bölgəsinin də yenidən işğalı onun Livanla apardığı müharibənin məntiqi davamı hesab oluna bilər. Qəzza bölgəsində terrora qarşı müharibə bəhanəsi ilə aparılan və yüzlərlə dinc insanın ölümünə sabəb olan müharibə İsrailin işğalçı mahiyyətini bir daha sübut etdi. Milyonlqarla dinc fələstinlinin son 60 ildə öz yurdlarından vəhşicəsinə qovulması, Qəzza bölgəsinə yaşayan fələstinlilərin neçə illər blokada şəraitində yaşaması bəs deyilmiş kimi, Qəzza bölgəsində qaz ehtiyatlarının kəşv edilməsi fələstinlilər üçün yeni müsibətlər yaratdı.
Məlumat üçün qeyd edək ki, Qəzza bölgəsinə aid olan dəniz sektorunda 2000-ci ildə tapılmış qaz ehtiyatının hasil edilən hissəsinin 90%-i xarici şirkətlərə, daha doğrusu Britiş Qaz Qrupu və CCİC şirkətinə, 10% isə Fələstin hökumətinə məxsusdur. Qaz hasilatı ilə məşğul olacaq şirkətlərlə müqavilə hələ 1999-cu ildə bağlanmışdır. Qeyd edək ki, CCİC şirkəti Azərbaycanda BTC boru kəmərinin tikintisi ilə də məşğul olmuşdur. Bu şirkətin insan hüquqlarına neçə etinasız yanaşması Azərbaycanda onun fəaliyyətini monitorinq edən Qeyri-hökumət təşkilatlarlna yaxşı məlumadur. Əsasən fələstinlilərə məxsus olan Qəzza qazının hasil edilməsini və nəqlini nəzərdə tutan müqavilə 25 ili əhatə edir. Bağlanmış müqaviləyə əsasən qazın nəqli üçün vacib olan boru kəmərinin tikintisi də nəzərdə tutulur. Qaz ehtiyatlarının böyük hissəsi, yəni təqribən 1,4 trilyon kub fut həcmində qiymətləndirilən 60%-i Qəzzanın fələstinlilərə aid olan sektorundadır və hüquqi cəhətdən Fələstinə məxsusdur.
Yasser Ərəfatın ölümündən və Hamas hökumətinin seçilməsindən sonra Qəzzanın dəniz zonasındakı qaz ehtiyatları ilə bağlı danışıqlar Britiş Qaz qrupu ilə İsrail dövləti arasında aparılmağa başladı. Hamasın müxtəlif bəhanələrlə prosesdən kənarlaşdırılması baş verdi. İsrail və ABŞ hökumətləri onların Yaxın Şərq siyasətləri ilə razı olmaq istəməyən Haması hansı yolla olursa olsun siyasi səhnədən silməyə cəhd göstərdilər. Bu, İsrailin Qəzza qazı üzərində nəzarətinin möhkəmlənməsi məqsədilə edilirdi. Ariel Şaronun İsrailin Baş Naziri seçilməsindən sonra isə Qəzza sektorundakı qaz yataqları üzərində Fələstinin suverenliyi İsrail Ali Məhkəməsi tərəfindən tamamilə rədd edildi. Şaron hökuməti birmənalı olaraq bəyan etdi ki, Qəzzanın dəniz zonasında yerləşən qaz yataqları Fələstinə yox, İsrailə məxsusdur.
2006-cı ildə Hamasın seçkilərdə qalib gəlməsi və faktiki olaraq fələstinin iki yerə parçalanması Qəzza qazı ilə bağlı İsrailin daha ciddi addım atmasına münbit şərait yaratdı. Maralıdır ki, 2006-cı ildə Böyük Britaniyanın Baş Naziri Toni Bleyer Qəzza bölgəsinin qazının Misirə nəql edilməsini nəzərdə tutan razılaşmanın pozulması üçün İsrail adından məsələyə müdaxilə etmişdir. Bu fakt İsrailin öz siyasətini Böyük Britaniya və ABŞ ilə necə əlaqələndirdiyini əyani sübut edir.
2007-ci ilin May ayında Ehud Olmertin Nazirlər kabineti ilə Britiş Qaz Qrupu arasında imzalanmış razılaşmaya əsasən Qəzza qazının hasilatından və nəqlindən gələn gəlirlərin yarısı, yəni təqribən 2 milyard dollar vəsait fələstinlilərə verilməli idi. Lakin Təl-Əvivin qaz gəlirlərini Fələstinlə bölmək niyyəti yox idi.
Beləliklə, 1999-cu uldə Britiş Qaz Qrupu ilə Fələstin hökuməti arasında bağlanmış müqavilə ləğv edilərək 2007-ci ildə İsraillə yenidən bağlandı. Bu müqaviləyə əsasən Fələstin qazı Qəza dəniz quyularından hasil edilərək dənizin dibi ilə İsrailin Aşkelon portuna gəlməli idi. Bununla da Fələstin qazının ötürülməsinin və satışının nəzarəti tamamilə İsrailə keçirdi. Lakin Qəzza qazının satışından əldə edilən gəlirlərin, hətta cüzi bir hissəsinin belə, fələstinlilərə verilməsi, Mossadın rəhbəri Mair Daganın fikrincə, Haması gücləndirə bilərdi. Odur ki, İsrailin Qəzza qazı ilə bağlı qəti mövqeyini müəyyənləşdirməsinin vaxtı çatmışdır. İsrailin siyasətinə görə elə etmək lazım idi ki, Qəzza qazının satışından gələn gəlirlərin Fələstinlilər tərəfindən istifadəsinə imkan verilməsin.
Göründüyü kimi, Qəzza zolağının İsrail tərəfindən yenidən işğalı hələ 2008-ci ilin İyununda hazırlanmışdı. Qəzza zolağının uzun müddət blokadada saxlanması və ərazidə olan fələstinlilərin müqavimətinin qırılması istiqamətində İsrailin hərbi cəhdləri çox uzağa gedən məqsədə xidmət edirdi. Başqa sözlə desək, 2008-ci ilin lap sonlarında Qəzzaya qarşı törədilən soyqırımı heç də, İsrail rəsmilərinin israr etdiyi kimi, Hamasın atdığı əldəqayırma raketlərlə bağlı deyil. İsrailin Qəzza zolağını nəzarətə alması onun Livan müharibəsində nəzərdə tutduğu məqsədlərin tərkib hissəsidir və Qəzzanın qaz ehtiyatlarının hasilatının və nəqlinin üzərində nəzarəti həyata keçirməklə bağlıdır.
Beləliklə, Qəzzanın yenidən işğalından sonra İsrailin enerji nəqli ilə bağlı planının əsas konturları qapanmış olur. Xəzərdən Türkiyənin Ceyhan portuna BTC ilə nəql edilən neft və qaz Livan sahillərindən keçərək İsrailə uzanan boru kəmərləri ilə əvvəl Aşkelona, oradan isə Qırmızı Dənizin Eilat portuna istiqamətlənə bilər. Lakin nəzərə almaq lazımdır ki, Qəzzanın İsrail tərəfindən yenidən işğalından sonra İsrail bu ərazilərdə olan qaz və neft boru kəmərlərini tam nəzarətə almaq üçün geniş hərbiləşmə həyata keçirə bilər. Qəzza qazı üzərində nəzarətin başa çatması üçün Qəzza qaz yataqları İsrailə aid olan qaz infrastrukturları ilə birləşdirilə və bu yataqlara sahiblik Fələstinlilərdən tamamilə alına bilər. Bu isə Qəzzada qarşıdurmaların daha da dərinləşməsinə və çoxlu sayda insan qırğınına səbəb ola bilər. İsrail tərəfindən minlərlə insanın məhvinə səbəb olan bu planın son məqsədi budur. Lakin unutmaq olmaz ki, bir qrup sionistin külli miqdarda gəlir götürməsi məqsədilə fələstinlilərin kütləvi qırğınının təşkil edilməsi və dünyanın gərginlikdə saxlanması haqqın məhkəməsindən kənarda qalmayacaq.

mayis_gulaliyev@yahoo.com

Комментариев нет:

Отправить комментарий