Ətir mağazaları bizi aldadır – İfritələr layihəsi
Leyla Əliyeva
Ətiri sevməyən qadın yoxdur. Amma ətiri nəbadə Publika.Az-ın ofisində vurasan. Kişi əməkdaşların hamısı bir səslə “yenə otağı iylətdilər” deyib söylənəcəklər. Əslində bu etirazlar ilk əvvəllər cəbhə yaratsa da, ağlımı müəyyən qədər qarışdırdı. Artıq bir müddətdir düşünürəm, bəlkə, haqlıdırlar? Biz elə doğrudan da pulumuzu havaya uçurub ucuz ətiri baha alıb kişilərin nəfəs borularında qıcıqlanma yaradırıq? Beynimi qazıyan bu tərəddüdlərə nəhayət son qoymaq qərarına gəldim. Günaya üzümü tutub dedim: “İfritə dur gedək. Görək bu ətir sektorunda nələr baş verir”.
Kosmetika və ətriyyat ərzaq, geyim kimi böhranlara davamlı əmtəələrdir. Bu biznes çoxsaylı sahibkarı cəlb edir. Hazırda ölkədə kosmetikanın geniş partiyada satışı ilə mağazalar şəbəkələri ilə yanaşı, müvafiq markaların lokal distribütorları, eləcə də əmtəələrini müstəqil yayan distribütorlar (L'Occitane və ya Yves Rocher) məşğul olurlar. Bəzi brendlər isə yalnız şəbəkə marketinqi (Oriflame, Amway və s.) vasitəsilə yayırlar. Bu dəfəlik hədəfimiz nə distribütorlar, nə də şəbəkə marketinqləridir. Geniş alıcı kütləsi olan, eləcə də keyfiyyətli kosmetika və ətirin satışı üzrə qarant hesab edilən, bazarın əsas kuratoru “İdeal” mağazalarının biznes sirlərini araşdırmağa çalışdıq. İstehlakçıların seçimlərində nə dərəcədə haqlı olduqlarını öyrənmək istədik.
İlk əvvəl onu da qeyd edək ki, “İdeal” “Chanel”, “Dior”, “Lancome”, “Guerlain”, “Bourjois”, “Calvin Klein”, “Collistar”, “Chopard”, “Gucci”, “Burberry”, “İsadora”, “Hugo Boss”, “Kenzo”, “Lacoste”, “Lanvin”, “Lumene” kimi kütləvi kosmetikanın ən çox tələb olunan brendlərinin satışını həyata keçirir. Sıravi alıcıların daha çox aldıqları bu brendlər dünyada mağazaların əsas satış həcmlərini formalaşdırsa da, bizdə sahibkarların müəyyən etdikləri qiymətlər orta statistik maaşa malik azərbaycanlının belə cib xərcinə uyğun gəlmir. Konkret desək, “İdeal”da çeşidlər kimi qiymətlər də nitqləri dondurur. Xüsusilə, eksklüziv əmtəə nişanlı ətirlərin qiymətləri. Rəsmi statistikada Azərbaycanda kosmetika və ətriyyatın illik satışının adambaşına 15 AZN təşkil etdiyi bildirilsə də, “İdeal”ın qiymət siyasəti bu rəqəmin nə dərəcədə qeyri-real olduğunu ortaya çıxarır. Mağazalarda ən ucuz kosmetikanın satış qiyməti 15 manat, ətir isə 40 manat təşkil edir.
Pərakəndə ticarət dövriyyəsinin mallar üzrə bölgüsünə əsasən, ətriyyat-kosmetika mallarının dövriyyəsi 0,67 faiz təşkil edir. Hansıki bu rəqəm heç də kiçik deyil. Göründüyü kimi, biznesin subyektləri kifayət qədər gəlir əldə edə bilirlər. Lakin bazarın dövriyyəsi artdıqca bu bizneslə məşğul olanların gəlir əldə etmək ehtirasları da çoxalır. Bu gün “İdeal” parfümeriya mağazalar şəbəkəsi məhsullarının satışını təkcə nəğd ödəmə ilə deyil, bank vasitəsilə, yəni kreditlə həyata keçirir. Alıcı təkcə baha qiymətə məhsul almır, üstəlik bunun üçün banka yüksək faiz də ödəyir.
Baxmayaraq ki, “Bank of Baku”nun kredit şərtlərində faizləri 0 kimi göstərir. Lakin gəlin bir düşünək, hansı bank komissiya tələb etmədən, 36 aylıq kredit kartı açar? Xüsusilə söhbət “Bank of Baku”dan gedirsə, bu heç inandırıcı deyil.
“İdeal”-ın endirim kampaniyaları da diqqət çəkir. 2009-cu ildən endirim kartlarının tətbiqinə başlayan şəbəkənin kartlarının yararlıq “şərtləri” fantastikdir. Yəni bir neçə faizlik endirim qoparmaq üçün “İdeal”dan böyük həcmdə və dəyərdə kosmetika alınmalıdır. Konkret olaraq müştəri “Gold” kartı əldə etmək məqsədilə 600 manatlıq alver edib 15 faizlik endirimə nail olmalıdır. 20 faizlik “VİP” kart üçün alverin həcmi 1200 manatdır. Mağazalar şəbəkəsində “Premium” kart da var. Burada isə alverin dəyəri 3,500 manatdır.
Digər endirim kampaniyası olan “Bir alana 1 hədiyyə”yə gəlincə, nədənsə bu kampaniya zamanı piştaxtaları az satılan və ucuz əmtəələr bəzəyir.
Niyə “İdeal” parfümeriya mağazalar şəbəkəsində kosmetika və ətrin qiymətləri bu qədər bahadır?
Bu sahibkarın beyninin məhsuludur, yoxsa sektorda gömrük tarifləri yüksəkdir? Araşdırmalarımız göstərir ki, parfümeriya məhsullarına gömrük rüsumu o qədər də böyük deyil. Məsələn, ətirlər üzrə gömrük rüsumu 3303 00 100 0 kodu ilə 15 faiz , tualet suyu 3303 00 900 0 kodu ilə yenə 15 faiz təşkil edir. Digər kosmetika növləri üzrə də rüsum 15 faizdir. Bura 18 faiz əlavə dəyər vergisini də əlavə etdikdə, yənə də qiymətlər “İdeal” mağazalarındakından aşağı olur. Bəs nədir qiyməti şişirən? Ətirin gətirildiyi ölkənin bazarına nəzər yetirək. Dubayda “Lanvin” ətirinin 50 ml həcmində olanı 6 dollardır. “İdeal”da həmin ətiri 30 manata belə almaq mümkün deyil.
Saxta malı orijinalı ilə necə ayırmaq olar?
Ətriyyat və kosmetika sektoru saxtalaşdırmaya açıq bazardır. Bir qədər əvvəl “Parfüm de Frans”dan endirimlə satılan “Düpont” ətiri ilə bağlı əhvalat hər kəsin yadındadır. O zaman bəlli olmuşdu ki, “Parfüm de Frans” Çində istehsal edilən “Düpont” ətirlərini endirim kampaniyası adı altında satışa çıxarıb.
Ətirlərin qutusunun altında birka olur. Həmin birkada seriya nömrəsi göstərilir. Bu nömrə qutunun özü ilə eyniyyət təşkil etməlidir. Bundan əlavə ştrix koddakı ilk rəqəm istehsalçı ölkəni göstərməli, qutunun üzərindəki sellofan zədəsiz, nazik və səliqəli olmalıdır. Bir şeyi də nəzərə alın ki, bütün ətirlər sellofan ilə örtülü olmur – “Clinique”, “Davidoff”, “Hugo Boss”-un bir neçə məhsulu, “Lacoste” və s.
“İdeal”da da elə ətirlər var ki, birkadakı seriya nömrəsi qutunun özü ilə eyniyyət təşkil etmir. Bu da istehlakçının aldadılmasıdır.
Günay
“İfritələr” layihəsi başlayandan Bakının küçələrini tək dolaşmıram. Sağ olsun, Leyla Əliyeva məni də özünə qoşub biznes sektoru çökdürməyə davam edir.
Bu dəfə hədəf parfümeriya sektorudur. Salam Sarvan deyir ki, “Səp qanımı üstünə, ətirlən çıx gəzməyə”. Qanını üstümə səpməyə adam tapmasam da, gedirik, saxta ətir axtarmağa. Yəqin ki, hamınız ictimai nəqliyyatda baş gicəlləndirən tər qoxusu ilə yanaşı ucuz parfümeriya məhsullarının qoxusundan bihuş olmusunuz. Halbuki, parfüm, ətirin qoxusunu iki nəfərdən artıq heç kim hiss etməməlidir. Məsələn, sənin şit parfüm qoxunu mən hiss eləmək məcburiyyətində deyiləm. Şirin, krişnaçıların buxurlarının qoxusunu verən parfümeriya qoxusu təkcə metroda və ya avtobuslarda gəlmir. Parfümeriya dükanlarının həndəvərinə yaxınlaşanda qoxu artıq insanı vurur. İş gününün sonunda yorğun, gözləri, ayaqları şiş metroya düşürsən.
Oturmağı ağlına da gətirmirsən. Bakı metrosunda qatara mindinsə, deməli rahatlıqla Sirat körpüsündən də keçə bilərsən. Elə ki, qatara mindin, sınağın ikinci hissəsinə keçid alırsan. Metrodakı tər və ayaq qoxusuna dözə bilirsənsə, deməli, dünyada dözə bilməyəcəyin işgəncə, zülm yoxdur. 1990-cı ildən antiperspirant adlı nəsnə satışdadır. Ancaq bundan hələ də xəbər tutmayanlar var. Anti perspirant həyatımıza o qədər möhkəm daxil olub ki, gigiyenamızı onsuz təsəvvür edə bilmirik. İlin günün bu vaxtı, iqlim şəraitinin, insan orqanizminin, ekologiyanın dəyişdiyi bir zamanda antiperspirantdan istifadə etməmək mənəvi terrordur.
Leyla ilə bir günümüzü şəhərin allı-pullu ətir mağazalarına sərf eləməyi qərara aldıq. “İki ifritə” qol-qola girib düşdük şəhərin canına. Axtardığımız isə keyfiyyətli, qoxusu ictimai nəqliyyatda işgəncə effekti yaratmayan parfümeriya məhsullarıdır.
Parfümeriya sahəsi yeniliklərə ən açıq sektordur. Elektron alış-veriş də elə ilk olaraq parfümeriya sahəsindən başlayıb. Eləcə də, ən çox zərbəyə məruz qalan sahə də parfümeriya sahəsidir.
Bakıda hər keyfiyyətdə, hər qiymətdə ətir tapmaq olar. “Parfume De France”, “İdeal”, “Sabina” parfümeriya mağazaları şəbəkəsində nisbətən bahalı və keyfiyyətli ətir tapmaq mümkündür. Di gəl ki, adıçəkilən mağazaların da məhsullarının orijinallığı müzakirə predmetidir. Çünki, Bakıda alınan eyni ətiri 4-6 cür qiymətə görmək mümkündür. Bu da alıcıları çaşdırır.
“İcazəsiz riviziya”nı əhalinin nisbətən cibinə uyğun olan “İdeal” parfümeriyadan başlayırıq. “İdeal”da ən ucuz parfümün qiyməti 40-50 manat arasındadır. Mağazada satılan ətirlərin bir neçəsinin barkodunu, istehsal olunduğu ölkəsinin adını yazıb üz tuturuq “qara bazar”a.
“Calvin Klein” və “Collistar”nı 28 May ətrafında yerləşən “Beatrise” adlı mağazada da tapmaq mümkündür. Qablaşdırmanın alt tərəfindəki barkod, istehsal olunduğu ölkə də eyni. Di gəl, satıcılar iddia edir ki, onlarda satılan məhsulların hamısı orijinaldır. Bir az aşağı qiymətə istəsək, o da tapılar. “Bir az” ucuzlar isə deyilənə görə Dubaydan və Türkiyədən gətirilir. Qablaşdırmadan isə açıq-aydın görünür ki, hər iki nümunə əziz, qardaş ölkə, bütün dünyanı birə kimi götürmüş çinlilərin əl işidir. Qiymət fərqinə gəldikdə isə burada təəccüblü heç nə yoxdur.
Ağlı düzgün işləməkdən başqa hər şeyə işləyən azərbaycanlı “iş adamları” qardaş ölkəmiz, çörək ağacımız Çinə gedəndə eyni maldan bir neçə qiymətə və həmin qiymətə görə bir neçə keyfiyyətə istehsal etməkləri üçün sifariş edirlər. Alıcının sağlamlığı bir tərəfə qalsın, aldadılması isə normal hesab edilir. Azərbaycanlı alıcı artıq çoxdan dünyanın ən bahalı markalarını “istifadə” eləməyə alışıb. Məsələn, 1-ci kurs tələbəsi deyir ki, istifadə elədiyim parfümün adı “Pierre Carden”dir. Ancaq almaq üçün əziyyət çəkib İtaliyaya və ya Fransaya getməyib.
“Pierre Carden” “Vasmoyun bazarı”nda çoxdan sındırılıb.
7-8 manata ən bahalı ətirləri almaq üçün "28 May" metrosuna da gedənlər az deyil. Burada satılan parfümeriya məhsullarının keyfiyyəti, etiketi, nə də firması “İdeal” və “Sabina” parfümeriyalar şəbəkəsində satılanlardan aşağı deyil. “Sabina”da satılan “Miss Dior” və “Fendi” "28 May" metrosunda satışda olanın eynisidir. Sadəcə olaraq birinin qablaşdırılması Çinin baha sexində sifariş edilib. Digərininki isə "28 May" metrosu alıcıları üçün nəzərdə tutulub.
Alıcı sayına görə işi “xod gedən” “İdeal” və “Sabina” parfümeriyalar şəbəkəsinin isə mallarının haradan gətirilməsi sadə alıcıya məlum olmasa da, işi-gücü “icazəsiz reviziya” olan “İfritələr”ə məlumdur. Deməli, maaşınızın yarısını verdiyiniz, sinənizə döyə-döyə “İdeal” və ya “Sabina”dan almışam dediyiniz parfümləri, ətirləri adıçəkilən mağazalar özləri "28 May" metrosunun Dəmiryolu Vağzalı olan çıxışındakı alverçilərin zarafatla “Fransa”adlandırdıqları böyük anbardan götürürlər. Sadəcə olaraq bu anbarda “Duty Free”dən hansı yollasa ələ keçirilmiş mallar olduğuna görə yüksək keyfiyyətli, orijinal mallar tapmaq mümkündür, böyük parfümeriyə şəbəkələri bir dəfəlik rüsvay olmur. Bahalı parfümeriyadan gələn gəlirin yanında isə “basməmmədi” satılan ucuz parfümlər daha çox gəlir gətirir. İstənilən halda alıcı aldadılır. Ona Fransa, İtaliya, Dubay, Türkiyə adı ilə Çin malı sırınır.
Günün sonunda isə fikirləşdik ki, “İfritələr” bizim mahiyyətimizə tamamilə uyğundur. Camaat biznes qurur, mal gətirir, Fransa adı ilə Çin satır, pul qazanır. Adama deyərlər, sizə nə? Alan guya bilmir ki, 15 manata “Cristian Dior” olmaz? Şübhəsiz ki, bilir. Ancaq buğa əti yeməmək o demək deyil ki, buğa səni vurmayacaq.
P.S: “İfritələr” yalana dözmür!
publika.az

Комментариев нет:
Отправить комментарий