07.05.2013

Mehriban Əliyevadan millət vəkillərinə sərt xatırlatma


mehriban eliyeva oturan yerMilli Məclisdə amnistiya aktının müzakirəsi zamanı çıxış edən layihənin təşəbbüskarı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva öncə H.Əliyev haqqında fikirlərini çatdırdı. M.Əliyeva onu müdrik, güclü, cəsarətli, nəhəng intellektə və əyilməz iradəyə malik insan kimi xarakterizə etdi: “Eyni zamanda o, çox mərhəmətli insan idi. Baxmayaraq ki, o, ömrünün müəyyən dövründə elə bu salonda oturan bəzi şəxslər tərəfindən ədalətsizlik, haqsızlıqla üzləşmişdi, vaxtilə irəli çəkdiyi insanlar ona qarşı çıxdılar. Ancaq o, 1993-cü ildə prezident seçilərək bu adamların əksəriyyətini bağışladı”.
M,Əliyeva dedi ki, bu gün müzakirə etdiyimiz amnistiya aktı elə bağışlama aktıdır və 90 illik ərəfəsində böyük rəmzi xarakter daşıyır: “Təqribən 9 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, 2 mindən artıq məhkumun azad olunması gözlənilir. Ümid edirəm ki, azad ediləcək insanlar bir də belə səhvlərə yol verməyəcəklər, həyatda öz yerlərini tutacaqlar”. Sonda M.Əliyeva deputatları amnistiya layihəsinə dəstək verməyə çağırdı.

Комментариев нет:

Отправить комментарий