07.05.2013

Missioner dilənçi


Şəklə diqqətlə baxın! Heç birimizin içində olmayan insanlıqdır bu qoca. Bu qoca dini, dili bəlkə də əqidəsi də bizdən fərqli olan adi səfil qocadır. 98 yaşı var Bolqariyanın Bailova kəndində yaşayan bu səfilin. Yay qış əynində gördüyünüz bax bu səfil əlbisələri ilə dolaşır. Hər gün təxminən 10 kim-lik məsafəni qət edərək paytaxta gəlir və müqəddəs Aleksandr Nevski kilsəsinin önündə dua edir. Nevski haqqında sənədli film çəkilərkən bolqar jurnalist bütün dünyanı heyrətə gətirən bir arxiv sənədi tapdı: kilsə tarixində ən böyük yardımı həmin bu Dobri adlı səfil qoca edib, məbləğ isə 40000 avro...
Özü 100 avro olan təqaüdə yaşayır. Və mütəmadi olaraq yaxınlıqda yerləşən uşaq evlərinin kommunal xərclərini ödəyir. Özünə diləndiyi zaman verilən 1 "qəpiyə" belə toxunmadan yaşayır. Şəkli Назиля xanımın səhifəsində gördüm. Dedim bəlkə sizə də maraqlı olar. Axı o bizdən qat qat aşağıdır. Biz yol ilə gedərkən qoca Dobri qabağımıza çıxsa onun səfalətdən əyilən belinə xüsusi hörmət qoymadan, iylənən vücudunun yanından üzümüzü turşudaraq keçəcəyik. Biz onun kimi deyilik, biz daha bəzəkli, daha təmiz, daha ağıllı və qat-qat daha RƏZİLİK bu qocayla müqayisədə.

Nurida Allahyarova-Memmedova

Комментариев нет:

Отправить комментарий