03.05.2013

Öz milli ölkəmizi quraq

Toğrul Allahverdili

Çox adamdan eşitmişəm ki, - əşi balaca dövlətik, bizi kimdi sayan, adam yerinə qoyan. Kimə söz keçirə bilərik, kimin qarşısında dura bilərik ki. Azərbaycan həmişə kiminsə qapazaltısı olacaq. - Düzdür, Azərbaycan balacadı, məğlubdu, əhalisinin 5də 1i qeydiyatsız xaricdədi, qanunən hüquqi dövlət olsa da, hüququn olmadığı, məhkəmənin ədalət nədir bilmədiyi, səhiyyə sisteminin göz görə-görə insan öldürdüyü, insanların haqqı taptalananda gedəcək yeri olmadığı, təhsil üzrə araşdırmalarda ən son yeri tutan, korrupsiya üzrə araşdırmalarda həmişə ilk yeri tutan bir ölkədir. Bunların hamısına eyvallah. Ancaq əslində Azərbaycan çox böyük potensialı olan bir ölkədi. Tarix boyu böyük mədəniyyətlərə vətən olan bu torpaqlarda eyni dili danışan insanlar təəssüf ki, qonşu böyük dövlətlər tərəfindən "böl və məğlub et" prinsipi ilə bu xalqı həmişə bölüblər.
Bizim kimi balaca bir ölkədə, insanlar min səbəbdən birlik ola bilmir hələ də. Yüz illər Qafqazlarda yaşan yüz fərqli milləti sülh içində idarə edən, onlara dövlət bəxş edən bu xalq təəssüf ki indi çox qəribə vəziyyətdədi. Azərbaycana qonşu olan ölkələrdə azərbaycanla sərhəd torpaqlardan ta uzaqlara uzanır bizim insanların yaşadığı yerlər, İranın ortasına qədər uzanır, dağıstanın yarısını qədər, gürcüstanın ortasına qədər, ermənistanın hamısında(!), türkiyənin şərqi vilayətlərində hələ də bizim dil danışılır. Təbii sərvətləri ilə, insan potensialı ilə, ərazi sahəsi ilə, Azərbaycan böyük qüvvə ola bilər. Dünyada sözü keçən, cırtdan dövlətlərin onun ərazisini işğal etməyə, insanlarını öldürməyə cəhd edə bilməyəcəyi bir hala gələ bilər. Bütün bunlar olmasının 1 yolu var - düzgün idarəetmə və düzgün seçilmiş vizyon və missia ilə. Nə qədər ki şəhər merləri, məktəb müdirləri, icra hakimləri pul üçün işləyəcək, ordu generalları, sırf Lezgi deyil deyə azərbaycanlı zabitlərə yüksək rütbə verdirtməyəcək, ədliyyə sistemi müstəqil olmayacaq bunlar baş verməyəcək. Bütün düşünürlərin bu işlərdə fikir birliyi olduğu bir ortaq məxrəc var - hər şeydən əvvəl təhsil sistemində islahat aparılmalıdır. Hazırkı qüdrətli dövlətlərin hamısı, nə vaxtsa özündə təhsil islahatı apararaq özünə inkişaf planı hazırlayan ölkələrdir. Almaniyadan tutmuş Yaponiyaya qədər, bütün ölkələr bu yolu keçiblər. Sıfırdan ölkə yaradıblar, ancaq maarifli insanlar yetişdirməklə. Bizdə ki, bu dövlət miras qalıb, əsrin əvvəllərində min bir əziyyətlə rehmetliy boyuk lider Ebulfez Elcibey ve Ulu onder Heyder Eliyev terefinden yenuden qurulan bu respublika bizim nəslə keçib, bu dövləti əmanəti belə buraxmaq olmaz. Uşaqlarımızın gələcəyi, dinimizin əmri, tariximiz, əcdadlarımızın hörməti üçün, bu dövləti başıboş buraxmayaq. Ölkədə insan yaşamayan steplərdə gəzəndə torpaqdan qan iyi gəlir, minlərlə dəfə bəlkə yağılar atalarımızın ailələrinə göz dikib, amma onlar pis-yaxşı, vuruşublar, ölüblər, bəzən satıblar bir-birlərini, amma yenə də bu dövlət bizə miras qalıb, parçalansa da, bir tayı o biri tayından 100 km-lərlə aralı olsa da, qalıb. Hələ ki bizdədir, hələ də nəsə etmək olar. Bu dövləti avropalıya, farsa, rusa verməyək. Öz MİLLİ ölkəmizi quraq.

Комментариев нет:

Отправить комментарий