Namiq Hüseynli
Təqribən altı ay bundan öncələrdə, uzun müddət hərəkətsiz qalan yazmaq ehtirasımı işə saldım və çox çətinliklə başıma gələn, bir-biri ilə əlaqəli hadisələri bir hekayənin içərisində birləşdirməyə qərar verdim. İş orasındadır ki, yazmaq ehtirası tez-tez baş oyanır amma o oyananda sən artıq yuxu ilə mürgüləmə arasında bir yerdə olursan. Belə halda gecə üçün yanına kağız qələm qoyanların da, işığı yandırıb yazmağa başlayanların da əslində yalan danışdıqları ortaya çıxır. Sənin yazdıqların heç kimə gərəkmirsə, çətin ki, özünü yazmağa razı salasan. Mənim üçün yazıçılıq status filan deyildi, sadəcə işsizlikdən yaranmış bir məşğuliyyətdir.
Deməli, təqribən beş-altı ay əvvəl gecə saat üçdə, dörddə beynimdən bir hekayə yazmaq keçdi ki, bu elə bir məqam idi ki, mən elə də yorğun deyildim və həmin anda özümdə güc tapıb oyana bilərdim. Normalda ən gözəl, yazılası mövzular beynimə tam yorulub, yuxuya getməyə azca qalmış gəlir, amma hər dəfə tənbəllikdən yazmağı sabaha saxlayırsan və təbii ki, günün çıxması ilə beyində yaranmış yazmaq həvəsi də çıxıb gedir işinin dalıyca. Amma bu hekayəni yazanda elə olmadı. Yüzlərcə haldan fərqli olaraq yatağımdan qalxıb kompyuterimi açıb yazmağa başladım.
Bəhs edəcəyim, hadisələr bundan 5-6 bəlkə də 7 il əvvələ gedib çıxır. Mən onda univerisitetə yenicə girmiş, sıx saçlı, uca boylu, arıq, xeyli adamayovuşmaz, ətrafda hər kəsə və hər şeyə nifrət edən birisi idim. Biz qrup yoldaşlarımızla birlikdə aradabir bir yataqxana otağında yığışıb çay içir, söhbət edir, birlikdə internetə girib qızlarla danışır, nömrə alıb zəng edirdik. Amma belə görüşlər bir qayda olaraq şən əhval-ruhiyyəylə başlayıb, bir az sonra 7 müdrikin qanqaraladan söhbətlərinə dönürdü. Siqaret və çay şəlalə kimi axıb gedirdi. Biz yaşadığımız məkandan və zamandan kənara çıxmaq üçün gerçəkliyin sərhədlərini zorlayırdıq. Onda mən bir küncdə oturmuş və söhbətlərə aradabir qarışan davakün oğlan kimi, tez-tez öz gələcəyimizi yəni o anda bizim keçmişə necə çevriləcəyimizi, dönüb özümüzü necə görəcəyimizi düşünürüdüm. Beynimdə hər dəfə gözəl bir roman adı parıldayıb doğur sonra, tədricən batıb gedirdi. Romanın adı “Biz keçmişə dönəndə”. Əhsən, gözəl addır, yazmaq lazımdır. Amma kim yazacaqdı? Mən orda ancaq dinləyiciydim, başqa heç kim.
Deməli söhbətlərimiz çox qeyri-peşəkar, savadsız, hətta absurd yönlərdə axıb gedirdi. Elmir adlı Şəmkirli bir oğlan daim Allahın möcüzələrindən, arı şanın üstündəki, balığın belindəki ilahi yazılardan, onun insanı necə xəlq etdiyindən, bütün heyvanları və bitkiləri ona halal buyurduğundan danışırdı. Mən ürəyimdə hər kəsə elə Elmirin özünə də nifrət edirdim. Onun dediklərinin heç biri ilə razılaşmırdım. Ümumiyyətlə uşaqlıqdan bəri dini söhbətlər dinləyə-dinləyə başım qazana dönmüşdü. Məndə Allaha, dinə, insana zərrəcə ehtiram qalmamışdı. Elmirin arxasınca, Balakəndən olan Turac adlı bir oğlan insanın nə qədər şərəfli, əzəmətli varlıq olduğundan danışanda mən içimdə insanın nə qədər ikrah doğuran, iyrənc bir virus olduğunu düşünürdüm. O bütün planeti götürüb, zibillik bakteriaları ya da deyək xərçəng virusları kimi dayanmadan çoxalır. Hər şeyi özününküləşdirir, əyninə paltar geyinir, danışır gülür, amma bir yandan da heyvanı öldürür, qanını tökür, sonra ətini bişirir yeyir. Mən heyvan əti yeyən, ətraf-mühitə hörmət qoymayan çoxlu saxtakarın arasında can verməkdəydim. Mənim yerim əslində vəhşi təbiətdir, heyvanlar və bitkilərin birlikdə yaşadığı, heç kimin heç kimə pislik eləmədiyi, yalnız yaşlıları və xəstələrin tələf olduğu aləmdə yaşamaq istəyirdim.
Gecə dərinləşdikcə dini söhbətlər uzanıb gedir, mən əsəbdən alışıb-yanırdım. Bəzi uşaqlar artıq mürgüləyib yatırdılar, Elmirsə Allahın hidayəti, yer üzünün əşrəfi insan haqqında, ayələr və surələrdən sitatlar gətirə-gətirə bol-bol danışır, bizi axmaq yerinə qoyurdu. Birdən mən dözə bilməyim yerimdən dilləndim, söhbətə atıldım, əslində bildiyim çox şey yox idi, amma ucundan-qulağından eşitdiklərimi, əslində olmayan hadisələr, tarixi şəxsiyyətlər, onlara aid olmayan sitatları ilə möhkəmləndirib danışdım. Onsuz da bayaqdan danışanlar da yalan danışırdı, biz gedib onların yalanını yoxlayırıqmı? Yox. Bəs kimiyidi mənim yalanımı yoxlayan? Belə ki, söhbətə başladım:
“Əslində Budda bundan 3000 il öncə hələ, İslam və Xristianlıq yoxkən deyib ki, “İnsan o vaxt aliləşər ki, heyvanlara və bitkilərə mərhəmət göstərməyi, onların ağrılarını öz üzərlərində hiss etməyi öyrənsinlər. Bu insanın ən kamil halıdır”.
“Bəs onda biz nə yeyəcəyik, nə geyinəcəyik, nə içəcəyik” – deyə bayaqdan mürgüləyən oğlanlardan biri birdən-birə dirilib söhbətə atıldı, digərləri də padşahın saray əyanları kimi, bir ağızdan ona haqq verdilər: “Kişi düz deyir də”.
“Budda deyir: Biz özümüz kimi ağrılar hiss edən canlıları yeməkdən, onlara əziyyət verməkdənsə. Yetişdikdən sonra toxumlarını dadlı meyvələr halında bütün canlılara təqdim edən bitkiləri yeyək, çünki onlar bizim üçün halaldır” – deyə yapışdırdım cavabı.
Bundan sonra söhbət uzanmağa başladı, amma mən sözümü deyib, əvvəlki kimi var gücümlə nifrətimi içimdə boğaraq oranı tərk etdim. O günlərdə təsadüfən bir də Buryatiya buddistlərinin lideri Daşi-Dorjo İtiqelov haqqında bir sənədli filmə baxdım, çevrilib tamam buddist təbiətli birisi oldum. Yanımda kimsə müsəlmanlıqdan danışanda dərhal beynimdə gərləşmiş səslə söyüş söyürmüş kimi dualar oxuyan buddist rahiblərinin səsi və nədənsə mənə içi boşalmış boya qutularını xatırladan, buddist məbədlərinin içində sırayla qoyulan və gəlib gedənlərin əllə toxunaraq fırlatdığı dəmir silindirlər düşür. Mən gözümü yumub bir qədər sonra həmin dumanlı, yaşıl, xoş ətirli dağların qoynundakı buddist məbədinə gedib çıxıram, əllərimi üstündə qədim tibet heroqlifləri ilə yazılmış, sırayla düzülü dəmir slindirlərin üzərində gəzir, saçlarım kökündən qırxılıb və əynimdə narıncı rəndə parçadan rahib paltarı var. İçəridə hansısa dini bayramla əlaqədar kütləvi ayin keçirilməkdədir. Mən içəri girəndə qarşıma çıxan hər kəs məni gülərüzlə qarşılayıb, başlarıyla yer göstərirlər. Mən yarıqaranlıq məbədin bir küncündə hüzurla dolmuş şəkildə, bardaş qurub hamıyla birlikdə qədim dildə olan mətnlərdən təkrar edirəm.
İtiqelov təqribən yüz il bundan öncə yaşayıb, son dəfə o oturmuş halda meditativ yuxuya gedib, bütün bədəni qurusa da, amma çürüməyib, illərlə onun çəkisi artıb azalır, başının dazındakı qara tüklər hələ də parıldayır, dərisi qızarır, hələ də zaman-zaman o mətin, həm də zərif lotos duruşu beynimdə canlanır. Onun yanında olmaq, qurumuş, buz kimi, amma canlı əllərinə sarılıb, təklikdən fikirdən fikirə danışmaq, ondan çoxlu şeylər soruşmaq istərdim.
Məni buddizmə daha da doğmalaşdıran hadisə təqribən iki il əvvəl başlayıb. Deməli, Abşeron yarımadasının sulu, qamışlı bir yerində qədim monqol tayfalarının birinin adı ilə bağlı qəsəbə var. Qəsəbədə çox da qədim dövrə aid deyildi, əvvəl bu qəsəbə dəniz kənarına bitişən böyük bir qamışlığın sahəsiymiş, sonra Xəzər dənizimi geri çəkilib, yoxsa yeraltı çaylarmı quruyub, qamışlıq get-gedə kiçilməyə başlayıb və qəsəbənin düz ortasında kiçik bir gölün tutduğu sahə qədər yer tutub. Qamışlıq çəkildikcə içində qədim monqollara məxsus silahlar, alətlər, sür-sümüklər filan tapılıb. Amma Bakıdan arxeoloq gəlib, bunları aparıb, tarixini də bir az böyüdüb, qədim türk mədəniyyəti nümunələri adı ilə muzeyə yerləşdiriblər. Qəsəbənin hündür, təpəlik bir yerində qədimdə bir nəsturi (nestoryan) məbədi varmış ki, sonuncu daşlarını sovet dönəmində qəsəbə məktəbinin inşasında, özülündə istifadə ediblər. Kimi də deyir ki, ikinci dünya müharibəsindən əvvəl qəsəbə məktəbinin özülünü də qazarkən xeyli qızıl çıxıb ordan, qızılı məktəbin müəllimi işləyən bir kişinin arvadı tapıb, sonra qadalı-balalı müharibə illərində necə olubsa məktəbin direktorunu müharibəyə aparıblar, həmin bu müəllim qızıllardan maarif şöbəsinə rüşvət verib məktəbə direktor olub, sonra həmin qızılın hesabına iki qızını da tibb univerisitetinə qoydurub, oğluna bahalı toy eləyib. Məktəb direktoru, sovetin son illərində dünyasını dəyişsə də, hamının xəbəri var ki, o qızıl tapıb. Bircə direktorun özü həmişə bunu danırmış, üzərindən şübhəni atmaq üçün cındır-küləş paltarlar geyinirmiş, arvad-uşağı da elə geydirirmiş.
Xülasə-müxtəsər, qəsəbəyə təzə köçən bir nəfər nə vaxtsa qəsəbənin kilsəsi və kilsənin həyətindəki kiçik qəbirsanlığı olan yerdə özünə ev tikir. Sonra adamın ard-arda 2-3 uşağı olub ölür, evi yanır, nə bilim qoca atası ağacdan yıxılıb ölür. Sonra qəsəbənin ağsaqqalları adama evin yerini dəyişdirməyi məsləhət görürlər. Üstündən bir neçə il keçir, mənim çox yaxın qohumum Abbas Bakıda özünə ev axtarır, əlində də pulu az imiş, deyirlər get Bakı ətrafından al, nə fərqi var, kənddən kənddir, şəhərdən şəhər. Abbas qəsəbəyə gələn kimi, haman uğursuz, boş evi soxuşdururlar Abbasa. Abbas yerin əvvəl qəbirsanlıq yeri olduğunu bilən kimi, dindar anası, bacıları bizim kəndin ağır seyidlərini yerə gətirirlər, seyid ölənlərin ruhuna dua oxuyur, barışdırır və Abbasa məsləhət görür ki, yaxşı olar ki, qəbirsanlığın yerindəki evi söküb yerini dümdüz eləyib bir az aralıdan ev tiksin, evin əvvəlki yerində isə ancaq ot, gül-çiçək əksin, heyvan buraxmasın. Abbas evi buldozerin ağzına saldırır, kürütdürür, bu da azmış kimi, burda nə qədər sür-sümük olubsa hamısını kürütdürüb 4-5 kamaza doldurur, qamışlıq tərəfə tökdürü, qəbirsanlığın yerinə isə 10 kamaz peyin tökür, heyvan üçün yonca sahəsi əkir, hələ bir toyuq-cücəni də yerin içinə buraxır. Deyəsən Abbasın müqəddəslikdən, narahat ruhlardan filan heç anlayışı yoxuymuş.
Amma adamın üstündə allah var, bundan sonra həmin evin içindəcə Abbasin arvad-uşağı, qoca anası, bacıları sağ-salamat həyat yaşayırlar. Abbas deyir ki, “Tilsim ona inananlara təsir edir, sehrə, tilsimə inanmayan adama, bircə qurban olduğum allah eləyə bilər, nə eləsə”. Abbasın bu fikri xeyli müddət özünü təcrübədə doğrultdu ta ki, bədbəxt hadisə özünü göstərənə qədər. Belə ki, Abbasın yeniyetmə qızı həyətdə yer belləyəndə, beli bir az dərinə vurur, yerdən bir sümük çıxır, sümüyü əlinə götürüb baxır, hansısa kiçik heyvanın onurğa sümüyü imiş. Bu hadisədən sonra, qızın şüuru sürətlə zəifləyir, ağlı geriləyir, bədəni qıc olub tutulur, həkimlər deyir ki, onlar yaşadıqları yerdə nə vaxtsa nüvə tullantısı basdırıblar, qız yüksək dozalı radioaktiv maddədən 15-20 il ərzində çox nadir görünən bir sinir xəstəliyinə tutulub. Bu xəstəliyə tutulan insan, 10-12 il ərzində tədricən sinir sistemini, itirərək ölür. Abbas özünü çox ora-bura vurdu, qızı götürüb Türkiyəyə, İrana apardı. Güya 50-60 min dollar yığıb aparsa Almaniyada qızını müalicə etdirəcəkdir, amma hardadır o qədər pul? Bütün qohumlardan bir neçə il ərzində yığılmış ümumi pul qızcığazın heç dərmanlarına bəs eləmədi.
Bütün bu hadisələrin şahidi olan mən, hər kəsin gördüyü və diqqət etmədiyi bir məqamla qarşılaşdım ki, sonradan üzərimdə çox dərin izlər buraxdı. Belə ki, Abbasın qızının xəstəlik tapmasından bir qədər əvvəl məhəllələrindəki zibillikdə küllənən bir it diqqətimi çəkmişdi. Onun dərisində tükləri qeyri-bərabər tökülmüş, bəzi yerləri lüt qalarkən, bəzi yerlərinə də yeni tüklər əmələ gəlmişdi. Qışın son ayıydı və mən həftədə azı 2-3 dəfə Abbasgilin məhləsinə getməli olurdum və tez-tez bu itin tüksüzləşmiş dəri parçalarının soyuqdan qıpqırmızı qızarmış halını görürdüm. Mən ona kömək etmək istəyirdim, amma bu istək mənim içimdə uşaqcasına bir hiss kimi boğulub qalmışdı. Bəzi gecələr bayırda qar ya da çovğun olarkən mən isti yatağımda uzanıb indi haralardasa üşüyən, kürkünü itirmiş it haqqında düşünüb, ona heç bir yardım edə bilmədiyim üçün özümü qınayırdım. Düşünürdüm ki, o iti tutub, belinə bir ədyal ya da bir qoyun kürkü bağlamaq olardı, ən azından yaza qədər belə olardı, bəlkə də heç çox gözləmək də lazım olmayacaqdı, bir az sonra itin dərisində yeni tüklər çıxacaqdı. Sonda da özümü belə “əhəmiyyətsiz” şeylərin fikrini çəkdiyimə görə qınayırdım.
Çovğunlu, melanxonik günlərin birində eşitdik ki, Abbasın qızı o biri dünyaya dönüşsüz səfərə yola çıxıb. Gecənin birində bədəni artıq müdafiə və müqavimət limitini qurtarıb xəstəliyə təslim olmuşdu. Biz hüzur yerinə çatanda artıq həyətdə üstü örtülü mafə qoyulmuşdu və arvadların vay-şivəni allahın yanına çıxırdı. Abbasın üzündə üzgünlüklə bərabər ağır yükdən qurtulmağın gizli sevinci də hiss olunurdu. Adamlar bu mistik ölümündən danışır, narahat ruhları haqq-hesaba salır, hansısa rayonda belə analoji hadisələrdən basıb-bağlayırdılar. Amma Abbasın dünya görüşlü, savadlı, xaric görmüş qardaşı and-aman eləyirdi ki, “Qızı özüm qucağımda çox savadlı türk həkimin yanına apardım, qızın əlini vurduğu heyvan sümüyünü də aparmışdım, dedi bu sümük ibtidai bir heyvanın sümüyüdür ki, istənilən canlını zəhəri ilə 2-3 aya öldürməyə qadirdir. Adamın heyvanın adını familini də yazıb diaqnozun içinə, inanmırsan gətirim baxın”.
Eynilə Abbası narahat etmədiyi kimi, bu ölüm məni də çox ağrıtmırdı, nəinki tüksüz qalan itin soyuqdan çəkdiyi əziyyətlər. Mən Abbasın balaca oğlunu yanıma çağırıb, məhlədəki itlə bağlı soruşdum, o dedi ki, it xəstədir. Mən onun məhz harasının xəstə olduğunu soruşanda, məlum oldu ki, it tez-tez yaxınlıqdakı qamışlıqda, zibilli və kanalizasiya suyunun töküldüyü yerlərdə nəsə ağ, zəhərli şeylər yeyib, ondan sonra bütün günü məhəllənin hər yerinə ağ-ağ qusub. Ondan bu günə qədər də beləcə canıyla əlləşir. Sağda solda büzüşüb ölümünü gözləyir.
O an o itin heç kimi maraqlandırmaması və onunla bərabər yaşamaq haqqına sahib bir qızcığazın ölümünə bu qədər adamın yas tutub ağlaşması mənim üçün insan mərkəzçiliyinin ən banal nümunəsiydi ki, içimi nifrətlə doldurub daşdırırdı.
Abbasın qızının qırxı Novruz bayramından 6 gün sonraya düşmüşdü, artıq yaz gəlsə də hava hələ də tutqun idi, bir növ matəm havası vardı və kiçik monqol kəndinin yerindəki böyük qəsəbədəki kasıb evlərin, bir-birinin burnunun dibində tikilməsi kənardan qəbirsanlığı çox xatırladırdı. Abbasın evi ən kasıb və də ən kədərli qəbir kimi görünürdü. Ömrümdə bir də heç vaxt nə bu uğursuz qəsəbəyə nə də bu evin həndəvərinə hərlənmək istəmirdim. Ona görə də bu son şansımdan istifadə edib, növbəti dəfə Abbasin balaca oğlunu yanıma çağırdım, məhəllədəki tükü tökülmüş iti soruşdum. Oğlan çiynini çəkib, bic-bic gülümsündü, “Mən nə bilim alə” deyərək əlimdən sivişdi. Xoşbəxtlikdən məhəllədəki başqa balaca uşaqları gördüm və itin aqibəti ilə bağlı soruşdum. Məlum oldu ki, yazıq it, cəmi 3-4 gün bundan əvvəl amansız şaxtanın əlində dünyasını dəyişib, ölərkən onun bədəni tamam tüksüz olub və onu zəhərləyən həmin qamışlığın yaxınlığında bir divarın dibində donub qalıb, onun üstünə gecəykən çoxlu qar yağıb və uşaqların təbiriylə desək “soyuqdan gəbərib”.

Комментариев нет:
Отправить комментарий