Mərdan Əzimov
Bilirsiniz insanlar hamısı geri düşüncəli, bütün fikirlərimi bir sözlə ifadə etmək istəsəm əgər “qıjı” kimi doğulurlar. Heç kim doğulanda Bukovskini, Tolstoyu, Cəlil Məmmədquluzadəni, Əli Əkbəri, Aqşin Yeniseyi tanımırdı, oxumamışdı, bilmirdi… Amma yaşamaq, nəyisə öyrənmək, öyrənməyə çalışmaq, cəhd etmək insanı geri düşüncələrdən kənarlaşdırıb daha dolğun və müasir bir insana çevirir. Hal-hazırda ölkəmizdə də bu riski gözə alıb cəhd etmək istəyənlər çox azdır. Ona görə də göydən bir alma düşəndə insanlar toplumsal şəkildə o almaya doğru gedirlər, amma normalda alma bir nəfərə yetəcək çəkidədir…
İnsanların geridə qalmış, düşüncə baxımdan geriyə addımlayan olmalarını hər gün irəliyə atdığımız hər addımımızda görürük, amma görmək yetməz nə isə etmək lazımdır.
Hal-hazırda Azərbaycanda yetərincə kitab düknaları, nəşriyyatlar var. Geriyə addımlayanlarımız gedib kitab alsalar, oxusalar daha gözəl, vətənə, millətə, dövlətə yararlı bir iş görmüş olmazlarmı? İllaki “FBİ” kepkası taxıb yaradıcı insanların, şəxsiyyətlərin dincəlmək üçün çıxdığı şəhərin havasını korlamaq məcburiyyətindədilərmi?
Olmaz ki, əzizim belə olmaz! Nəsə bir plan cızıb o plana uyğun olaraq hərəkət etmək lazımdır! Hər addımda xalqa, vətənə dayaq, dəstək olacaq, xalqın, vətənin üzünü ağ, başını daim dik tutmağa vadar edəcək bir şeylər etmək lazımdır!
Qıza söz atmaqla olmur ay bırat…

Комментариев нет:
Отправить комментарий